Լեւոն Տեր-Պետրոսյան. Իմ եւ Նիկոլ Փաշինյանի հարաբերությունների մասին

NAZARBAYEV RUSİYAYA MARAQLI MESAJLAR GÖNDƏRİR

Трудный союз. Смогут ли Россия и Турция договориться по Сирии

7-8 տարի հետո մեզ սպասվում է դեպոպուլյացիա. Մենք շատ ենք ուշացել

“20 yanvar”ı necə anlamalıyıq?

Azerbaycan, Gündem 19 Ocak 2019
41

“ yanvar” haqqında yazmaq həm çətin, həm də asandır. Əvvəla, ona görə çətindir ki, o gün 140-a yaxın insanımız öldürülüb, çox sayda insanımız yaralanıb və həbsə atılıb. İkincisi, ona görə çətindir ki, şəhid edilən bu insanlarımıza, haksızlığa uğrayan xalqımızı qarşı bu cinayəti törədənlər cəzasız qalıb. Hələ bu bəs deyilmiş kimi, Bakı neftinin gəliri ilə yaradılan Nobel sülh mükafatı Bakıdakı “20 yanvar” cinayətinin siyasi və hüquqi baş səbəbkarı Mixail Qorbacova verilib. Həm də eyni il, yəni 1990-cu ildə verilib bu mükafat ona. Üçüncü, ona görə çətindir ki, son 26 ildə minlərlə insan bu barədə danışıb və yazıb. Bugün bu barədə yeni bir şey demək və ya təkrarlardan qaçmaq çox çətindir.

Digər tərəfdən, “20 yanvar” haqqında danışmaq həm də asandır, çünki bugün qürurumuzun kədərimizin önünə keçdiyi gündür həm də. Millətimizin tarixən göstərdiyi mübarizlik və həmrəyliyin zirvələrindən biridir. Bugün də “20 yanvar” millət olmanın əsas xüsiyyətlərindən olan birlikdə hiss etmənin bizdə qalan az sayda müsbət nümunələrindəndir. Şəhidlər xiyabanı da bu hissin, xüsusilə də o gün ən güclü yaşandığı ünvandır.

“20 yanvar” həm ara, həm son, həm də ilk dayanacaqdır!

“20 yanvar” eyni zamanda bir ara dayanacaqdir.

Maraqlidir ki, Baki Metrosunda 20 yanvar dayanacağı “Azadliq (Prospekti)” ilə “28 may” dayanacaqlarının arasında yerləşir. Geniş mənada 20 yanvarda “Azadlıq” deyə hayqıranlarla Romalılara üsyan edən Spartak və silahdaşları, 1776-dakı Amerikan inqilabının mübarizləri, 1789-dakı Fransız inqilabçıları, Çanakkale və Kurtuluş savaşı mücahidləri, 1956-ci ildəki Macar hərəkatçıları, 1968-ci ildəki Praqa mübarizləri, 1980 Polyak mübarizləri, 1986-daki Qazax etirazçıları, 1989-daki Tiflis nümayişçiləri arasında ciddi mahiyyət oxşarlığı vardır. Bu proseslər bəşəriyyət tarixində Qabil ilə Habil, zalimla-məzlum, avtoritarizm ilə azadliq, səhvlə-düz arasında davam edən və əbədiyyən davam edəcək mübarizə yolunun bəşəriyyət tarixindəki mühüm dayanacaqlarından biridir.20 yanvar şəhidləri de babaları Cavadxan, Səttarxan, Rəsulzadə, Xiyabani, Pişəvəri və bənzərləri kimi bu müqəddəs yolda öz şərəfli yerlərini almışlardır!

“20 yanvar” həm de son dayanacaqdır.

Fərd olaraq, azadlıq və müstəqillik üçün öz canını verən insanlar üçün fiziki baxımdan son dayanacaqdir. Ictimai baximdan Sovet legitimliyinin Azərbaycandakı sonudur. Siyasi baximdan da, kommunist ideologiyanin və Sovet hakimiyyətinin faktiki sonudur. Elə Baki metrosundaki “11-ci Qizil Ordu Meydanı” dayanacağının adının “20 yanvar” olaraq dəyişdirilməsi də bu sonun simvoludur. Qısaca, 20 yanvar SSRI üçün “Pirr qələbəsidir”.

“20 yanvar həm de ilk dayanacaqdır.”

Yazımızın başındakı Baki Metrosu bənzətməsi ilə davam edəcək olursaq, 28 Aprel stansiyasini adının 28 May olaraq dəyişdirilməsi də bu ilk addımın simvoludur. 20 yanvar fiziki olaraq ölənlərin həm dini, həm də ictimai baxımdan əbədiyyətə yüksəlişinin ilk dayanacağıdır. Bütövlükdə ABAD (Azad, Bütov, Adil və Demokratik) Azərbaycan üçün müasir dövrdəki ilk dayanacaq və mühüm ilk qovşaqdır. Eyniylə 28 may metro dayanacağı kimi bir qovşaqdır. Tarixdən gələn, hazırda davam edən və gələcəkdə də davam edəcək müqəddəs və şərəfli bir yolun ən mühüm qovşağıdır “20 yanvar”. Bu dayancaqdan minilən qatarın getdiyi yol uzun və çətindir, ancaq millətimizin, yəni bizim yolumuzdur.

Bir mərhum Türk bilgə liderin tez-tez təkrarladığı misralarda deyildiyi kimi:
“Orda bir yol var uzaqda,
O yol bizim yolumuzdur,
Getməsək də, varmasak da
O yol bizim yolumuzdur”!!!
Dr. Nazim Cəfərsoy

Yorumlar