KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Qorbaçov “Dağlıq Qarabağ Azərbaycana aiddir”

Qorbaçov “Dağlıq Qarabağ Azərbaycana aiddir”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
233 0

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun 29 il əvvəl, yəni hələ SSRİ dönəmində “Dağlıq Qarabağ Azərbaycana aiddir” ifadəsində qeyri-adi heç nə görmədiyimə dair kiçik status paylaşdım. Çünki, Azərbaycan SSRİ-nin 15 respublikasından biriydi və Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət idi. Qorbaçov fərqli açıqlama verə bilməzdi. Maraqlı o olardı ki, 20 yanvarda soydaşlarımın qanını tökən Mixail Qorbaçov 29 il əvvəl dediyini indi təkrarlayardı və ya hardasa deyərdi ki, “Dağlıq Qarabağ Azərbaycana aiddir”. Statusumun məğzi bu idi ki, ermənipərəst Qorbaçovun 29 il əvvəl yaydığı bəyanatın indi mənası yoxdur və bundan sensasiya düzəldilməsinin əleyhinəyəm.

Bu statusu yazanda Qorbaçovla bağlı xəbəri hansı saytın yayınladığını bilmirdim, bu mənim üçün vacib deyildi. Statusda heç kimi də təhqir etməmişdim, tənqid var idi. Daha sonra həmin xəbərin müəllifi statusumun altına şərh yazdı, normal polemika apardıq. Məni tanıyanlar bilirlər ki, tənqidə açıq insanam. Ancaq yolda olarkən ard-arda jurnalist dostlarımın və həmkarlarımın telefon zənglərindən xəbər tutdum ki, xəbəri yayan saytın hirsi soyumayıb, haqqımda geniş yazı yayınlayıb. Olsun, yenə də təkrar edirəm ki, tənqidə açıq insanam. Ancaq yazıda tənqiddən çox təhqir gördüm, nalayiq ifadələrlə dolu olan yazıda hətta ünvanıma “rədd olsun Azərbaycandan” kimi ifadələr işlədilib. Azərbaycan vətənimdir, köküm də Qarabağdandır. Siz və sizi maliyyələşdirənlər Azərbaycanı özəlləşdirmisiz ki, məni doğma vətənimdən qovmaq istəyirsiz? Bu sözləri yazan müəllif məktəb partası arxasında oturanda mən yazılarımla işğalçının və onun arxasındakı güclərin iç üzünü açırdım. İndi ki, məni bir politoloq kimi bəyənmirsiniz, hər gün dəfələrlə zəng edib müxtəlif mövzularla bağlı münasibətimi öyrənməyin, statuslarımdan xəbər düzəltməyin. Bunu sizə qadağan edirəm! Sizin təhqir dolu yazınıza mənim cavabım budur!
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir