KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ərdoğanın Şərq hədəfləri: Astana-Bakı-Tehran

Ərdoğanın Şərq hədəfləri: Astana-Bakı-Tehran

Hasan Oktay Hasan Oktay - - 16 dk okuma süresi
365 0

Ərdoğanın Şərq hədəfləri: Astana-Bakı-Tehran… – TƏHLİL
Nida Təhlil11 Sentyabr 2017 11:39 398 Baxış
Ərdoğanın Şərq hədəfləri: Astana-Bakı-Tehran… – TƏHLİL
Qazaxıstanda keçirilən “Expo 2017 Astana” beynəlxalq sərgisində ən diqqətçəkən məqam iki türk liderin – Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın üçüncü türk lider Nursultan Nazarbayevin ölkəsində bir araya gəlməsi oldu. Hərçənd, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən sərgiyə türk liderlərinin qatılması nadir hal kimi qarşılanmamalıdır və Astana toplantısını sıradan siyasi hadisə kimi qiymətləndirmək olar. Lakin beynəlxalq siyasi proseslərin kölgəsində baş verənlər türk liderlərin qazax torpaqlarına gedişinin məhz mühüm siyasi qərarların müzakirəsinə bağlı olduğunu deməyə əsas verir. Sərgi diplomatik örtük idi.

Türkiyə, Qazaxıstan və Azərbaycan türk dünyasında ən sıx tellərlə bir-birinə bağlanmış ölkələridir, üç türk lideri – Ərdoğan, İlham Əliyev və Nazarbayevi isə üç qardaş hesab etmək olar. Bu baxımdan, qardaşların öz evlərində görüşərək, nələrisə müzakirə etməsindən təbii heç nə ola bilməz. Amma müzakirələrin nədən ibarət olduğu, məhz nəyin baş verməsi də maraq doğurur.

Ərdoğan Astana səfərindən sonra Bakıya gələcək və Türkiyə prezidentinin bu iki paytaxta səfərini də qardaşlara baş çəkməsi kimi qiymətləndirmək olar. Lakin Bakıdan sonra onun Tehrana getməyi planlaşdırması Astana və Bakı səfərinin hansı siyasi gedişləri üzvü şəkildə bir-birinə bağladığını da aydınlaşdırır.

Astana-Bakı-Tehran: Ərdoğanın Şərq ekspedisiyası başlanır. Proseslərə bu kontekstdən yanaşa bilərik. Və bu Şərq ekspedisiyasının ümumi tablosunu üç məsələ tamamlayır, hansı ki, bunlar həm də Ankaranın planlarına baxa bilməyimiz üçün pəncərədir.

Avropa körpüləri yandırır; Rusiya ABŞ-ın mümkün hücumlarından özünü sığortalamaq üçün öz içinə çəkilir; Türkiyə Suriyada vəziyyəti öz xeyrinə çevirmək istəyir.

Birinci məsələ – Avropa: Avropa İttifaqı Türkiyə ilə körpülərin böyük hissəsini yandırdı və Brüssel Ankaraya açıq şəkildə “səni qəbul etmirik” mesajını verdi. Almaniya və Fransa bəyan etdi ki, Türkiyədəki “siyasi vəziyyət” Aİ-nin bu ölkə ilə apardığı danışıqlara son verməsini şərtləndirir. Angela Merkel Türkiyə ilə danışıqlar məsələsinə oktyabrda baxılacağını açıqladı və alman xanımın sözləri Ankaraya “veto” qoyulacağının artıq qaçılmaz olduğunu göstərir. Fransa isə bir az da irəli gedərək, Türkiyə ilə danışıqların “vaxtın boşa getməsi” olduğu iddiasını irəli sürür. Yəni Avropa Türkiyəni çayın o biri tərəfində saxlamaqda qərarlıdır. Ankara üçün Aİ-yə daxil olmaq artıq prioritet olmasa da, Trampın PKK/PYD-ni müttəfiq seçməsindən sonra ABŞ-la buzlaşan münasibətlər fonunda bu yaxşı xəbər deyil. Çünki Qərb yarımkürəsinin bu iki gücündən-ABŞ və Avropa İttifaqı-biri ilə yaxşı münasibət Türkiyənin manevr imkanlarını saxlaması deməkdir. Yaranmış situasiya bu imkanlardan məhrum olmaq təhlükəsini aydın göstərir. Bu mənzərədə Türkiyənin bir çıxış yolu qalır: Şərqə doğru irəliləmək.

İkinci məsələ – Rusiya: Türkiyənin Şərqə doğru üz tutması məntiqi olaraq, onun Rusiya ilə yaxınlaşmalı olduğu fikrini ön plana çıxarır. Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi İttifaqı: Ankara bu birliklərlə əməkdaşlığı gücləndirərək, Qərb qarşısında təklənmək təhlükəsini arxadan buraxa bilər. Lakin görünür, Ankara Rusiya ilə məsafəni qorumaq və münasibətləri bu məsafədən saxlamaq niyyətindədir. Bunun bir sıra səbəbləri var:

a) ABŞ Rusiyaya qarşı sanksiyaları rəfdən qaldırıb və yaxın dövrdə Moskvanı yeni hücumlar gözləyir. Rusiya ilə eyni səfdə dayanmaq ABŞ-ın sanksiyalarından da pay almaq təhlükəsini gözə almaq deməkdir. Bu baxımdan, Türkiyə Rusiyanın ən yaxınında yer alaraq, özünü mümkün hücumların hədəfinə çevirmək istəmir.

b) Əksinə, Ərdoğan hücumlardan ən az zərərlə çıxmaq üçün öz qınına çəkilən və imkanlarını maksimum qorumağa çalışan Rusiyanın düşdüyü vəziyyətdən istifadə edərək, Türkiyənin regional liderlik gücünü artırmaq gedişi edir. Bu baxımdan, ilk olaraq Astanaya, ardınca da Bakıya səfər planı təsadüfi deyil. Qazaxıstan Mərkəzi Asiyada ən əhəmiyyətli və güclü ölkədir, həmçinin, rus ittifaqlarının – Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müaviləsi Təşkilatı – Rusiyadan sonra ən aparıcı üzvüdür. Azərbaycan isə Rusiyanın “axilles dabanı” hesab olunan Cənubi Qafqazın əsas gücüdür. Bu iki gücü yanına almaqla Türkiyə regional liderlik perspektivi genişləndirə bilər.

Lakin məsələnin digər tərəfində də Ankara əlini gücləndirmiş olacaq: Qərblə arasında uçurum yaranan Türkiyənin S-400 raket sistemlərini almaq üçün ruslarla müqaviləsi bağlaması NATO ilə də münasibətlərində çatlar yaratdı. Türkiyənin S-400 gedişi haqlı idi, çünki üzvü olduğu Şimal Aıyansı ona rusların verdiyi imkanları vermirdi. Lakin Rusiya üçün ABŞ və Avropa İttifaqı ilə münasibətləri pisləşmiş Türkiyə daha sərfəlidir və bu situasiya Moskvaya Ankara qarşısında daha ağır şərtlər irəli sürmək imkanı verə bilər. Ərdoğanın Aİ-nin körpüləri yandırmasından dərhal sonra Qazaxıstana – bir daha xatırladaq: rus ittifaqlarında demək olar ki, ikinci söz sahibi – getməsi, ardınca da Azərbaycanın yolunu tutması və Moskva üçün dəyərli olan Astana-Bakı xəttində güclənməsi Türkiyəyə Rusiya ilə daha əlverişli bazarlıq etmək şansı verəcək.

c) Astana və Bakıda güclərini birləşdirən Ankara Suriya xəritəsində rusların qarşısına güclü çıxmaq istəyir. Çünki Moskva ABŞ-ın əl-qolunu kəsmək üçün lazım olanda PYD-yə dəstək verməyə hazırdır, hansı ki, indiyə kimi bu zaman-zaman müşahidə olunub. Digər tərəfdən, Suriya ilə bağlı Astana danııqlarında ruslar Əsədin tərəfindən çıxış edirlər və türklərin dəstək verdiyi müxaliflərə qarşı çıxırlar. Türkiyə, İran və Rusiyanın rəhbərlik etdiyi növbəti Astana danışıqları sentybarın 14-15-də baş tutacaq. Hesab etmək olar ki, Ərdoğan Astana danışıqlarında xal qazanmaq üçün məhz Astanada “güc nümayişi” edir. Təbii ki, Qazaxıstan bu danışıqlarda sadəcə dialoq məkanı rolunda çıxır edir və təsir gücü zəifdir, lakin “sənin ən yaxın müttəfiqin mənimlədir” mesajı rusları müəyyən məsələlərdə yumşalda bilər. Və bu kontekstdə Qazaxıstan Xarici İşlər Nazirliyinin press-relizi diqqət çəkir: “İştirakçılar İdlib, Homs və Şərqi Qutadakı tәhlükәsizlik bölgәlәrinin sərhədlərini tәsdiq edәcәk, koordinasiya mərkəzi, məhbusların və girovların azad edilmәsi üçün yaradılacaq qrup, meyitlərin təhvil verilməsi və itkin düşәn insanların axtarışı ilə bağlı qanun layihəsi təsdiq olunacaq”. Söhbət “təhlükəsizlik zonaları”nın yaradılmasında gedir və bu zonalardan birinin – İdlibin Türkiyənin dəstəklədiyi müxaliflərin əlində olması da Ankaranın siyasi gedişlərinə müəyyən mənada aydınlıq gətirir. Lakin bu, ümumi mənzərədə elementlərdən biridir, əsas tablo isə Suriyada türk maraqlarının tapdanması təhlükəsinin qarşısını almaqdır.

Üçüncü məsələ – Suriya: Ərdoğanın Astana və Bakıdan sonra Tehrana getmək istəyinin səbəblərindən biri, daha doğrusu ana məqsədi burada ortaya çıxır. ABŞ PKK/PYD terroruna açıq dəstək verir və Türkiyənin cənub sərhədlərində – Suriyanın şimalında “kürd dəhlizi” layihəsini reallaşdırmaq üçün PYD-dən bölgədə güclü ordu düzəldir. İndiyə qədər yüzlərlə TIR silah-sursatın PYD-yə verilməsinin səbəbi də budur: İŞİD Suriyadan çıxarılır (terrorçular Yaxın Şərqdən çıxarılarsa, güman ki, ABŞ-ın planlarına görə, bir qismi Mərkəzi Asiyaya – Rusiya sərhədlərinə, digər qismi Cənub-Şərqi Asiyaya Çin sərhədlərinə doğru axın edəcək. Bu hələki uzaq ehtimaldır, lakin üfüqdə az da olsa işartıları görünür), PYD ABŞ-ın “vuran əli” olur və “kürd dəhlizi” layihəsini həyata keçirmək üçün Türkiyəyə qarşı güclü ordu hücuma keçir. Əslində, sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik üçün referendum keçirmək niyyəti təsadüfi deyil. Amerika İraqın şimalında yaradacağı müstəqil Kürdüstanla Suriyanın şimalındakı kürdlərlə birləşdirərək, Aralıq dənizinə qədər öz nzəarətində olan dəhlizi reallaşdıracaq. Bu, hər kəsdən öncə Türkiyəyə təhlükəli gələcək vəd edir.

Bu təhlükəni aradan qaldırmaq üçün Türkiyə bəlkə də hazırki geosiyasi şərtlərin ən ağırına gedərək, topun ağzındakı İranla yaxınlaşır. Halbuki, Suriya məsələsində əvvəldən Əsədin yanında olan İranla Türkiyənin bir araya gəlməsi ağılasığmaz görünürdü. Bir tərəfdən, Türkiyə ümid edir ki, İranı vurmağa hazırlaşan ABŞ Ankaranın Tehranla yaxınlaşmasını görərək, müəyyən güzəştlərə gedə bilər. Trampın İranı təkləmək planları fonunda bu gediş məntiqli görünür. Digər tərəfdən, Türkiyə Suriyada əsas oyunçulardan biri olan İranla yaxınlaşaraq, öz maraqlarının müdafiə olunmasında yeni manevr edir. Onsuz da hazırda Ankaranın prioriteti Əsədin gedişi yox, cənub sərhədlərində yarana biləcək “terror dəhlizi”nin qarşısını almaqdır. İran bu məsələdə Türkiyəyə həm lojistik, həm də siyasi dəstək verə bilər. Amerikanın “anti-İran planı”na qarşı İran da türklərlə razılaşmağa meylli görünür. Bu baxımdan, Ərdoğanın Tehran səfərinin ana məqsədi məhz Suriyanın şimalında “terror dəhlizi” məsələsidir. Lakin ortada bir məsələ açıq qalır: Türkiyə Rusiyaya etibar etmirmi, yaxud ruslar türklərin istədiyini vermirmi?

Ehtimal ki, Qərblə açıq qarşıdurma müstəvisinə keçən Türkiyə təkcə Rusiya ilə kifayətlənmir və bölgədəki digər güc olan İranla da münasibətlərində yaranmış çatları təmir etmək və birgə hərəkət etmək xəttini seçir. Lakin o da mümkündür ki, Rusiya indiki məqamda ABŞ qarşısında geri çəkilə və ilğımdan sağ çıxmaq üçün Suriyada Vaşinqtonun xeyrinə güzəştə gedə bilər. Axı nəticə etibarilə Moskva üçün əsas olan MDB-dir. Ərdoğan da məhz ruslara öz “yuvasından” mesaj verir, buna paralel olaraq, Suriyada daha qalıcı qüvvə olan İranla yaxınlaşır.

Ərdoğanın İran səfərinin üfüqündə Qətər böhranı ilə münasibətləri pisləşən və Tramp cəbhəsində yer alan Səudiyyə Ərəbistanına alternativ gediş etmək məqsədi də görünür. Və təbii ki, Tehranda Türkiyə prezidentinin dediyi kimi, Qəndildə PKK terroruna qarşı birgə əməliyyatların keçirilməsi məsələsi müzakirə olunacaq. PKK-nın qolu olan PJAK-dan əziyyət çəkən İran bu məsələdə maraqlı ola bilər, həm də birgə əməliyyatlar Tehranın təklənmək təhlükəsini müəyyən qədər azaldacaq.

Niyə Astana və Bakıdan sonra Tehran? Ərdoğanın Şərq ekspedisiyasında bu sual da açıq qalır. Şübhəsiz ki, bu, türk liderin səfər proqramında ortaya çıxan təsadüf deyil.

Hesab etmək olar ki, Ərdoğan Astana və Bakıda güclənərək, Rusiya qarşısına olduğu kimi, İran qarşısına da inamlı çıxmaq niyyətindədir. Lakin Rusiyadan fərqli olaraq, İrana özü ilə “İslam dünyasında güc olmaq” mesajını aparacaq. Xüsusilə İranın din baxımından özünə yaxın hesab etdiyi Azərbaycan səfəri buna hesablanıb. Və ehtimal ki, Ərdoğan Bakıda İlham Əliyevlə İran səfəri müzakirə edəcək və hər iki lider saatlarını yoxlayacaq.
Türklərin Atakan dərdi: İslam liderliyi amili Astanada da diqqətdən yayınmadı. Ərdoğanın Nazarbayevlə Myanmada müsəlman soyqırımının müzakirə etməsinin bir səbəbi budur: Nə Qərbin, nə də Rusiya-Çin cəbhəsinin heç bir reaksiya vermədiyi qırğında önə çıxmaq, həm müsəlmanları qorumaq, həm də müsəlman dünyasında liderliyini nümayiş etdirməkdir. Ehtimal ki, Ərdoğan Nazarbayevdən Banqladeşə sığınan Arakan müsəlmanlarına humanitar yardımın edilməsini də müzakirə etdi. Hansı ki, Ankara və Bakı bu yardımı edib, növbə Astanadadır. Qazaxıstan həm də bölgəyə yaxın olan ölkə kimi bu məsələdə Türkiyənin əsas tərəfdaşı ola bilər.

Ümumi tabloda Ərdoğanın Şərq ekspedisiyasının hədəfi regional liderlik gücünü artırmaq və Qərblə savaşda imkanlarını səfərbər etmək olduğu görünür. Və bu tabloda türklərin birləşməsi də müşahidə olunur.

Asif Nərimanlı
Puplika.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir