KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ƏRDOĞAN TÜRK ORDUSUNU NİYƏ LİVİYAYA GÖNDƏRMƏK İSTƏYİR?

ƏRDOĞAN TÜRK ORDUSUNU NİYƏ LİVİYAYA GÖNDƏRMƏK İSTƏYİR?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
307 0

Türkiyə Liviyaya ordu göndərmək istəyir. Bu haqda Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan son müsahibəsində bildirib. Məsələ burasındadır ki, müxalif general Xəlifə Xaftarın silahlı birlikləri Liviyanın paytaxtı Tripolini ələ keçirməyə çalışır. Tripolidəki hökumət isə Türkiyədən kömək istəyir.

Türkiyə niyə Liviyaya ordusunu göndərmək istəyir?

Aralıq dənizində Türkiyəyə qarşı bir sıra ölkələr biləşiblər. Yunanıstan, Yunan Kipri, Misir və İsrail Aralıq dənizində enerji reruslarının istismarıyla bağlı əməkdaşlıq edirlər. Bu əməkdaşlıq həm də Türkiyənin əleyhinədir. Ərdoğan bunu yeni “Sevr anlaşması” adlandırır. Əgər general Xəftər Liviyanın tamamını ələ keçirsə Liviya da Aralıq dənizindəki anti-Türkiyə blokuna qoşulacaq. Buna görə də Ankara general Xəftərin Tripolini ələ keçirməsinə mane olmaq istəyir.

Gerenal Xəftəri dəstəkləyənlər arasında Rusiya da var. Kremlin dəstəklədiyi və rus muzdulardan formalaşan qeyri-leqal “Vaqner” silahlı birləşməsi Liviyada general Xəftərə dəstək verir. Rusiya Türkiyə ilə müxtəlif məsələlərdə əməkdaşlıq edir, Suriyada birlikdə qayda-qanun yaratmağa çalışırlar. Liviyada Türkiyə və Rusiyanın maraqları tərs düşsə, iki ölkə arasındakı münasibətlərdə çat əmələ gələ bilər. Bu nə Moskvanın, nə də Ankaranın maraqlarına cavab verir.

Rusiya prezidenti Vladimir Putin yanvarın 8-də İstanbulda Ərdoğanla birgə “Türk axını” boru xəttinin açılışında iştirak edəcək. İki lider Liviya mövzusunu da müzakirə edəcəklər. Böyük ehtimalla Rusiya və Türkiyə Suriya məsələsində əməkdaşlıq etdikləri kimi Liviya məsələsində də ortaq məxrəcə gəlməyə çalışacaqlar.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir