KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ərdoğan Bakıya niyə gəlir?

Ərdoğan Bakıya niyə gəlir?

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
393 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək planlara bir daha göz gəzdirmək üçün gəlir.

Bu sözləri Türkiyə prezidentinin Bakıya səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Siyasi şərhçi səfərin aktuallığını artıran məqamlara toxunub:

“Birincisi, Bakı-Tiflis-Qars dəmiryolu tamamlanıb.

İkincisi, Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq boru xətlərinin inşaatı sürətlə gedir. Üstəlik, Türkiyə bu layihədə Türkmənistanın iştirakını da arzulayır.

Üçüncüsü, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidinə ehtiyac var.

Dördüncüsü, Fətullah Gülənin vaxtilə xarici ölkələr içərisində ən güclü şəbəkəsi Azərbaycanda idi, aparılan tədbirlər nəticəsində qol-qanadı qırıldı, ancaq nəfəs aldığına dair Ankaranın şübhələri ola bilər. Fikrimcə, Ərdoğan əməkdaşlıqdakı sadalanan istiqamətləri müzakirə etmək, mövcud durumu dəyərləndirmək və gələcək planlara bir daha göz gəzdirmək üçün Bakıya gəlir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan sentyabrın 10-11-i Azərbaycana gələcək.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir