KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Əhəd Məmmədli: “Rusiyaya yüzlərlə meyit gedəcək və…”

Əhəd Məmmədli: “Rusiyaya yüzlərlə meyit gedəcək və…”

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
452 0

Rusiya ilə Ukrayna arasındakı müharibə bir neçə gündür davam edir. Rəsmi məlumatlara görə hər iki tərəfdən ciddi itkilər var. Həm Moskva, həəm də Kiyev rəsmi şəkildə danışıqlara hazır olduğunu deyiblər. Çünki Ukrayna Prezidenti Vladimir Zelenskinin özünün də dediyi kimi, Kiyev bu müharibədə tək qaldı, onu heç bir Qərb dövləti müdafiə etmədi. Moskva isə başa düşdü ki, “bu həna o hənadan deyil”. Ölkə daxilindəki etirazlar Kreml rəhbərliyini geri addım atmağa məcbur edir. Belə bir vəziyyətdə proseslərin nə ilə nəticələnəcəyi maraq doğurur: ya tərəflər sülh masası arxasına oturacaq, ya da üçüncü dünya müharibəsinin başlanması üçün real mühit yaranacaq.
Savaşın gedişi və perspektivlər barədə Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli ilə Kafkassam okuyucuları İçin söhbətləşdik:
– Rusiya ilə Ukrayna arasında müharibə gözlənilən idi?
– Bildiyiniz kimi, tərəflər arasında münasibətlər 2014-cü ildə Krımın ilhaqı, Donbasın yarısının işğalı ilə gərginləşdi. Bir neçə dəfə toqquşmalar olub. Prezident Vladimir Zelenskinin hakimiyyəti dövründə daha kritik mənzərə yarandı. Çünki əslində problem NATO ilə Rusiya arasındadır. Kremli cəsarətləndirən Qərb liderlərinin “dişsizliyi idi”. Rusiya dövlət başçısı Vladimir Putinin qarşısında daha xarizmatik bir siyasətçi olsa idi, Putin belə davranmazdı. İndiki halda isə o, nə amerikalı həmkarı Cozef Baydendən, nə fransalı həmkarı Emmanuel Makrondan, nə də Böyük Britaniya baş naziri Boris Consondan çəkinir. Odur ki, Qərbə meydan oxuyur. Belə olan halda, əlbəttə, savaşın başlanması ehtimalı var idi. Amma bunun günahkarı Zelenski deyil. Hakimiyyətdə başqa adam olsa idi də, təxminən eyni ssenari baş verəcəkdi. Rusiya kimi dövlətlərlə yola getməyi bacarmaq lazımdır. Ən azından gərək “kəllə atmayasan”. Bunu etsən, başına gələcəkləri də bilməlisən.
– Məlum olduğu kimi, Moskvanı narahat edən Kiyevin NATO-ya üzvlüyük iddiasıdır. Putin də, Zelenski də müharibə istəmədiklərini deyirdilər. Elə isə ola bilməzdimi ki, Ukrayna alyansa qoşulmaqdan imtina etsin və potensial toqquşmanın qarşısı alınsın?
– Əlbəttə, ola bilərdi. Sadəcə Kiyev Qərbin vədlərinə aldandı. Yəni Putin NATO ilə toqquşmağı nəzərə alsa da, həmin qurum bu riskə getmədi.
– Türkiyənin vasitəçiliyi, sizcə, nə qədər effektli olacaq?
– Bildiyiniz kimi, hər iki tərəf danışıqlara hazır olduğunu deyib. Belarusda nümayəndələrin görüşü ola bilər. Bu, atəşkəs ehtimalını gündəmə gətirir. Ümumiyyətlə, Ukraynanın iki yolu var: ya dirənməli, ya danışıqlar masasına oturmalıdır. Fikrimcə, atəşkəs Moskvanın da ürəyincədir. Çünki Kremlin itkiləri heç də az deyil və ciddi müqavimətlə üzləşir.
– Zelenskinin hakimiyyətinə təhlükə nə qədərdir?
– Kifayət qədərdir. Onu öldürə də bilərlər. Çünki dövlət başçısının aradan çıxarılması ölkədə xaos yaranması deməkdir. Putin özü də deyir ki, bizim məqsədimiz işğal deyil, əhalini neofaşist ideologiyasından xilas etməkdir. Yəni Rusiya Ukraynada hakimiyyəti dəyişmək niyyətindədir.
– Lakin Putinin də işi asana oxşamır…
– Rusiyada etirazlar artıq başlayıb. Hər ötən gün narazılıqlar daha da artacaq. Hələlik yalnız müxalifət küçəyə çıxıb. Ancaq rus anaları mitinqə başlasa, həqiqətən, Putin hakimiyyətinə təhdid yaranacaq. Bu mənada danışıqlar Moskva üçün də “göydən düşmədir”. Yəni Rusiya üçün də, Ukrayna üçün də risklər var. Qərb isə indi ancaq tamaşa edir.
– Rusiyaya qarşı sanksiyalat nə dərəcədə effektli olacaq?
– Əlbəttə, müəyyən təsiri olacaq. Fəqət istənilən nəticəni verməyəcək. Ümumiyyətlə, indiyə qədər Qərb sanksiya ilə heç bir ölkədə hakimiyyəti dəyişə bilməyib. Adətən sanksiyalar böyük dövlətləri çökdürmək üçün kifayət etmir. Onları ya müharibəyə çəkməklə, ya da daxildə münaqişə yaratmaqla məhv etmək olar.
– Qərbin niyyəti, həqiqətən, Rusiyanı məhv etməkdir?
– Qərb SSRİ-nin dağılmasını istəmirdi. Sadəcə imperiyanı dəyişdirməyə çalışırdı. Amma proreslər başqa cür inkişaf etdi və SSRİ parçalandı. İndi də Qərb Rusiyanı dəyişməyə çalışır. Fəqət tarix təkrarlana, Rusiya dağıla bilər. SSRİ-nin dağılması Əfqanıstan müharibəsi ilə başlamışdı. Ukrayna ətrafındakı hadisələr də Rusiyanın məhvinin başlanğıcı ola bilər. Putin hakimiyyətdən gedəndən sonra Rusiyada ciddi kataklizmlər yaşanacaq. O, sadəcə dövlətinin ömrünü uzadır. Fəqət sonu məlumdur…Son yüz ildə Rusiyada iki dəfə inqilab olub. Və hər ikisi müharibədən sonrakı dövrə təsadüf edib. Bu dəfəki savaşın da inqilabla nəticələnməsi mümkündür.
– Müharibənin Cənubi Qafqaza, xüsusilə Qarabağ təsiri nə olacaq?
– Əvvəllər də demişəm ki, biz bu ili “Xankəndi ili” elan etməliyik. Bu il hansı yolla olursa olsun, Xankəndini də qaytarmalıyıq. Rusiya- Ukrayna müharibəsi və prosesin uzanması Azərbaycanın maraqlarına cavab verir. Təsadüfi deyil ki, müharibə başlanmazdan əvvəl Moskva Bakı ilə “Strateji tərəfdaşlıq haqqında” saziş imzaladı. Bu, Kremlin şərq qapısında təhlükəsizliyindən əmin olmaq üçün ona lazım idi. Yeri gəlmişkən, qeyd edim ki, həmin sənəd bizim üçün yeni fürsətlər açır.
– İndi Rusiyanın başı qarışıb. Biz bundan istifadə edərək erməni terrorçularının Qarabağdan çıxarılmasını tələbini şimal qonşumuz qarşısında qaldıra və tələbimiz yerinə yetirilməyəcəyi təqdirdə anti-terror əməliyyatına başlaya bilərikmi?
– Əlbəttə. Bu, tamamilə real ssenaridir.
– Müharibənin nəticəsi barədə nə düşünürsünüz?
– Yəqin ki, proseslər tədricən səngiyəcək. Hər iki tərəf danışıqlara meyilli görünür. Bir neçə günlük hərbi əməliyyatla rus mifi bir daha dağılmış oldu. Amma müharibə on gün davam etsə, Zelenski adını tarixə yazacaq. Çünki Rusiyaya yüzlərlə meyit gedəcək və Putin fiaskoya uğrayacaq. Zelensi Putini “mat edən” siyasətçi kimi adını dünya tarixinə yazacaq. Amma gərək xalq qorxmasın, mübarizlik göstərsin.

Kənan NovruzovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir