Производство ядерной энергии вырастет на 46 процентов к 2040 году

Armenia: Pope Francis Impacts Politics

ASKERİ OKULLARI KAPATMA YANLIŞLIĞI

“Fırat kalkanı”: İrəli, yoxsa geri?..

Əsəd çətiri altında hücum edən İran

Gündem, İran 7 Mart 2020
111

Axar.az türkiyəli ekspert Həsən Oqtayla müsahibəni təqdim edir:

– 5 mart tarixində keçirilən zirvə görüşündə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İdlibdə atəşkəslə bağlı razılaşdılar. Ancaq razılaşmanın təfərrüatı tam açıqlanmayıb. Hansı detallar ola bilər?

– Türkiyə Suriya münaqişəsində ciddi hesab oluna biləcək 3 müqavilənin imzalanmasına nail oldu: birinci ABŞ, sonra Rusiya ilə, sonuncu isə “Bahar qalxanı” əməliyyatının ardından imzalanmış atəşkəs razılaşmasıdır. Razılaşmanın əsas detalı ondan ibarətdir ki, Əsəd qüvvələri adı altında İran ünsürlərinin İdlibdə etdiyi hücumlar nəticəsində meydana gələn qarşıdurmalarda Türkiyə öz qətiyyətini göstərdi. Nəticədə Rusiya araya girməklə əslində rəsmi olaraq rejim ilə Türkiyə arasında olsa da, faktiki Türkiyə ilə Rusiya arasında Soçi razılığı çərçivəsində bir atəşkəs imzalandı.

Atəşkəsin ana hərəkət nöqtəsi Soçi razılığı olduğu üçün rejim İdlibə hücum etməyəcək, Türkiyə də öz növbəsində İdlibdəki terror ünsürlərinin silahsızlaşdırılmasını reallaşdıracaq.

Bu bir az çətin görünür, çünki rejim qüvvələri öz daxilində İrana işləyən silahlılara sözünü keçirə bilmir. Eyni şəkildə İdlibdəki İrana işləyən terror qruplarına qarşı da Türkiyə söz keçirtməyə müvəffəq olmaya bilər.

– Əsəd hücumlarını dayandırdı. Astana zirvəsində razılaşdırılmış ərazisinə geri çəkiləcəkmi?

– Türkiyənin cavab hücumları bölgədəki tarazlığı dəyişdi. Suriyada Tehran bir tərəfdən Türkiyə-Rusiya-İran danışıqlarının davam etdirərkən, digər tərəfdən də Suriya və Fransa ilə ittifaq qurmağa çalışır.

5 marta nəzərdə tutulan Almaniya, Fransa, Türkiyə və Rusiya danışıqları da Rusiya tərəfindən bölgəyə iki yeni oyunçunun – Fransa və Almaniyanın girməsini istəmədiyi üçün pozulmuşdu. Əsəd Türkiyənin sərt qətiyyəti qarşısında istər-istəməz bu hücumları dayandırmaq məcburiyyətində qaldı. Eynilə Bağdaddakı ABŞ səfirliyinə hücum edən Qasım Süleymaninin təzyiqlərə dözə bilməyərək səfirliyi boşaltdırması kimi, Əsəd qüvvələrinin çətiri altında yer alan İran ünsürləri də Türkiyəyə qarşı verdikləri mübarizədə Əsədin təlimatı ilə geri çəkilmək məcburiyyətində qaldı. Bağdad səfirliyi basqınının sonunda Qasım Süleymani öldürüldü. Hazırdakı gərginlikdən sonra Əsəd cəbhəsindən kimlərin öldürüləcəyinə baxmalıyıq.

– M4 magistralının taleyi məlum oldu. M5 yoluna nəzarət kimdə olacaq?

– M4 quru yolunun Türkiyə ilə Rusiyanın nəzarətində qalmasına qərar verildi, amma bu yol üzərində hakimiyyət mübarizəsi davam edəcək. M5 tamamilə Rusiyanın nəzarəti altındadır. Görünür ki, mübarizə M5 yolunda olduğu kimi, M4 yolunda da davam edəcək. Başqa sözlə, atəşkəs imzalanıb, ancaq tətbiqi zamanı bir sıra problemlər meydana gələcək.

– Hələ ki, detalları bilmirik, amma əlimizdə olan detallara baxsaq, Türkiyə görüşdə istəyinə nail oldumu?

– Türkiyə rəsmi olaraq artıq Suriya böhranının bir tərəfinə çevrilib. Bundan sonrakı müddətdə və istənilən şəraitdə Türkiyə Suriya böhranının həllində ən aktiv iştirakçılardan biri olacaq dövlətdir.
https://axar.az/news/gundem/450804.html

Yorumlar