KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ərdoğanla Putin nələri müzakirə edəcək?

Ərdoğanla Putin nələri müzakirə edəcək?

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
388 0

Üç mühüm məsələ və Qarabağ – Ərdoğanla Putin nələri müzakirə edəcək?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 9-da Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Bu Rusiya təyyarəsinin vurulmasından sonra barışığa imza atan iki prezidentin ilk rəsmi görüşüdür. Bu görüşdə nələrin müzakirə ediləcəyi, xüsusilə Azərbaycanı maraqlandıran hansı məsələlərə toxunulacağı diqqət çəkir.

Admiral.Az-a açıqlamasında Avrasiya institutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov bu görüşün Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisəsindən öncə planlaşdırıldığını bildirib:

“Ümumiyyətlə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiya prezidenti ilə avqustun 9-da olan görüşü əvvəlcədən planlaşdırılmışdı. Bu məsələ istiqamətində Mövlud Çavuşoğlunun Türkiyədə dövlət çevrilişi cəhdindən öncə Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirələri da olub”.

Görüşün məqsədinə gəlincə, politoloq bunun daha çox Rusiyanın maraqları çərçivəsində olduğunu qeyd edib.

“Görüşdə bir sıra məsələlərlə bağlı müzakirələr aparılacaq və Rusiyanın Türkiyədən müəyyən istəkləri olacaq.

1. Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyası Rusiya şirkəti tərəfindən tikilir. Layihənin qiyməti 22, 6 milyard dollardır. İki ölkə arasında vəziyyət gərginləşəndən sonra burada tikinti işləri dayandırılmışdı. Görüşdə inşanın yenidən başlaması və götürülən öhdəliklərin yerinə yetirilməsi müzakirə predmeti ola bilər.

news-detail

2. Rusiya ilə Türkiyənin münasibətləri dərinləşdirmək istəkləri var.

3. Türkiyə və Rusiya arasında TANAP və TAP layihələri ilə bağlı yeni müzakirə ola bilər. Bu da Azərbaycanla bağlı layihədir. Türkiyənin bu məsələdə yeni bir baxışı olmalıdır. Yəni burada Rusiyanın da maraqlarının zərbə altında qalmaması məsələsi var”, – deyə politoloq bildirib.

A.Məmmədov görüşdə Qarabağ məsələsinin də müzakirə edilə biləcəyini istisna etmir:

“Ərdoğanla Putinin avqustda baş tutacaq görüşündə Qarabağ probleminin müzakirə edilməsi də gözləniləndir”.

Gülnar Babazadə

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir