KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Ərdoğan bir çox Avropa ölkəsinə rəsmi səfərə dəvət edilməyəcək

Ərdoğan bir çox Avropa ölkəsinə rəsmi səfərə dəvət edilməyəcək

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
449 0

Avropa ölkələri bir ağızdan deyirlər ki, Türkiyə ilə əməkdaşlıqda maraqlıdırlar, ancaq bu ölkənin prezidenti Rəcəb Təyyub Ərdoğanla münasibətləri istiləşdirmək fikirləri yoxdur. Bu o deməkdir ki, Ərdoğan prezident olduğu müddətdə bir çox Avropa ölkəsinə rəsmi səfərə dəvət edilməyəcək. Bəs bunun əvəzində nə baş verir? Ərdoğanın may ayı ərzində səfər edəcəyi ölkələrin trayektoriyasına fikir verək: Rusiya, Hindistan və Çin. Bu seçim ona gətirib çıxarır ki, Ankara tədricən Avropadan uzaqlaşır. Bundan hər iki tərəf uduzur.
Ərdoğanı gələn həftə Rusiyada gözləyirlər. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını Soçiyə dəvət edib. Ərdoğan səfər öncəsi Putinə xoş sürpriz edib. Rusiya vətəndaşlarının Türkiyədə vizasız qalma müddətdi 60 gündən 90 günə qədər uzanıb. Ancaq eyni jesti Putin etməyi düşünmür. Təyyarə olayından sonra Rusiya Türkiyə vətəndaşlarına qarşı viza tətbiq edir və Ərdoğanın üzrxahlığı da hələ ki, işə yaramayıb. Kreml sahibi Türkiyənin bəzi kənd təssərrüfatı məhsullarına qoyduğu embaronu da hələ qaldırmır. Ancaq mümkündür ki, Putin də jest edərək Türkiyə pomidorlarını Rusiyaya buraxsın. Putin Ərdoğanla nəyi müzakirə edəcək? Heç çübhəsiz əsas mövzu Suriya olacaq. Bundan başqa Putin Türkiyəni Rusiya-İran ittifaqına yaxınlaşdırmaq istəyir. Elə Ərdoğanın özü də Rusiya-İran-Türkiyə üçlüyü içərisində dialoqun genişlənməsinin tərəfdarıdır. Növbəti üçlü görüşün Tehranda həyata keçirilməsi planlaşdırılır. Ancaq bu İranda prezident seçkisindən erkən baş verməyəcək.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir