İran Devrim Muhafızları istihbarat savaşı yürütüyor

Ankara ve Washington arasında yeni gerginlik

Bakü’de Kafkasya Sempozyumu var

Rus senatör: Çavuşoğlu onayladı, Washington ise anlayamıyor

ƏRDOĞAN “ATƏŞKƏS” DEDİ, PUTİN RAZILAŞMADI

Gündem 7 Eylül 2018
74

Türkiyənin qırmızı çizgiləri anladıldı

Türkiyənin Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın Tehranda Rusiya və İran prezidentləri qarşısındakı çıxışından gəldiyim nəticələr bunlardır:

1. Rusiya və İranla dostuq, ancaq Türkiyənin maraqları nəzərə alınmadan İdlibi vursalar, Ankara Astana prosesindən uzaqlaşa bilər, çünki hava bombardmanları nəticəsində həm xeyli mülki vətəndaş öləcək, həm də milyonlarla suriyalı yenə Türkiyəyə axın edəcək. Ona görə də Ərdoğan İdliblə bağlı yeni üçlü plan hazırlanana qədər Rusiyaya atəşkəs təklifi etdi. Putin Ərdoğanın bu təklifinə xeyli dirəndi. Ərdoğan güzəştə gedərək, “onda heç olmazsa İdlibdə terrorçulara silahları buraxmağa çağırışı edək” təklifini irəli sürdü. Putin bu dəfə etiraz etmədi. Bu o deməkdir ki, Rusiya İdlibi bombardman ideyasından vaz keçməyib.

2. Rusiyanın İdlibə yaxın hərbi bazalarının təhlükəsizliyinə təminat veririk, Suriyanın silahlı müxalifəti həmin bazalara hücum etməyəcəklər.

3. İdlibdə kimyəvi silahdan istifadə edilsə, bu hər şeyin sonu olacaq. Yəni Ərdoğan Qərb ölkələri kimi kimyəvi silahdan istifadə mövzusuna həssas yanaşdığını göstərdi.

4. Ərdoğan Rusiya və İran prezidentlərinə Amerikadan şikayət etdi. Ərdoğan Amerikanın terrorçu kürd təşkilatlarına tonlarla yük daşıdığını vurğuladı. Ərdoğan bunu İran və Rusiya prezidentlərinə ona görə xatırlatdı ki, onlar da Amerika kimi terrorçu kürd təşkilatlarına dəstək verməyi ağıllarına gətirməsinlər.

İran və Rusiya prezidentlərinin Ərdoğanın qırmızı çizgilərini diqqətə alacağını yaxın gələcəkdəki proseslər göstərəcək. Məsələni qəlizləşdirən budur ki, bombaların ağlı olmur, terrorçu ilə müxalifət və mülki vətəndaş arasında fərq qoymur, hamını qırır. Türkiyənin İdlibdə terrorçularla silahlı müxalifəti necə ayıracağı da asan məsələ deyil. Tehran görüşü Astana prosesi üçün ciddi sınaqdır. Maraqlıdır ki, Ərdoğan nitq söylərəkən Rusiya prezidenti Vladimir Putinin iranlı həmkarından fərqli olaraq gözləri türkiyəli həmkarında deyil, əvvəlcədən hazırladığı mətndə idi.
Elhan Şahinoğlu

Yorumlar