KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ərbil kürd yönətimi müstəqil olarsa, regionda yeni dövlətlər yaranacaq

Ərbil kürd yönətimi müstəqil olarsa, regionda yeni dövlətlər yaranacaq

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
408 0

Yaxın Şərqdə davam edən geosiyasi mübarizə, regionun yeni şəkilləndirilməsi, yeni dövlətlərin yaranması ilə nəticələnə bilər. “Böyük Şərq” planına əsasən, bu coğrafiya da kürd dövlətinin yaradılması gerçəkləşməlidir. Bu proses İraqdan başlamalı, Suriya və Türkiyənin ərazilərini əhatə etməlidir. İraqda davam edən xaos və terror, bu ölkənin tərkibində olan Şimali Kürd muxtariyyətinin başçısı Micivan Bərzaninin 2017-ci ildə muxtariyyətin müstəqilliyini elan edəcəklərini bəyan edib. Bərzani, yalnız bundan sonra İraqda sabitliyin mümkün olacağına ehyam vurub. Bununla bağlı İraq baş naziri Heydar Abadi ilə danışdığını qeyd edib. Amma, muxtariyyətin müstəqilliyinə İranın qarşı olduğunu, Türkiyənin adını çəkməməsi, görünür AKP ilə müəyyən uzlaşmaya gəliblər. Hərçənd Ankaranın adın çəkməməmiş olmazdı. Hətta, M. Bərzani bir müddət bundan əvvəl, kürd muxtariyyətinin Ankarada nümayəndəliyinin də açılışını edibdir. Prinsipcə, bölgəsəl Ərbil yönətimi müstəqilliyini elan edərsədə, hazırda mərkəzi Bağdad hökumətinin razılığını almadan buna getmək iqtidarındadır. Nəvar ki, Türkiyə buna razı olsun. Çünki, rəsmi Bağdadın silahlı qüvvələri, İŞİD qarşısında itaətsizlikikdən sonra dağınıq bir formadadır. Türkiyənin himayəsində olan Bərzani yönətiminə İranın silahlı müdaxiləsi isə, Türkiyə ilə qsrşıdurmaya gətirər.
Qeyd edim ki, rəsmi Tehranın Şimali Kürd muxtariyyətinin müstəqilliyinə qarşı olması, özünün ərazi bütövlüyünə təhdid görərək, dövlətlərin ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır. Görünür, Türkiyədə AKP yönətimi bunu görməməzlikdən gəlməkdədir. Daima şimali İraqda Pkk terror təşkilatına arxa duran, Türkiyə üçün gələcək perspektivdə təhlükə mənbəyi olan, birbaşa Türkiyənin suverenliyini və təhlükəsizliyini təhdid edəcək yeni bir dövlətin yaranmasına AKP hakimiyyəti yaşıl işıq yandırıb. Türkiyə hakimiyyəti düşünür ki, şimali Suriyada kürdlərin yeni dövlətinin qarşısını almaqla, şimali İraqda kürdlərə müstəqilliyə şərait yaradıb, müstəqil Ərbil hakimiyyətini iqtisadi cəhətdən özündən asılı salacaq, neft və qaz boru kəmərlərini Şimali Suriyadan yan keçməklə öz ərazisi ilə Aralıq dənizinə çıxardacaq. Və PKK sorununu bitərəck. Türkiyə ilə danışıqlarda Bərzani yönətimi PKK qarşı mübarizə aparacağını qeyd etməklə, müstqillik üçün Türkiyənin könlünü almaqdadır.
Hazırda Sincarda PKK gücənməkdədir, hətta İŞİD-in iki minə yaxın silahlısının PKK sıralarına qoşulduğu qeyd edilir. Bir neçə ay bundan əvvəl, bu iki terror qruplaşması Suriyada birbirinə qarşı döyüşürdü. İŞİD-in dinçi olduğunu, PKK isə ateist olduğuna nəzər yetirsək, bunların birləşməsi mümkün görünmürdü. Fərqli idelogiyanın daşıyıcılarının yaxınlaşmasından aydın olur ki, İŞİD islamla heç bir əlaqəsi yoxdur. Və Pkk ilə birgə Türkiyə qarşı birləşmək planı, bu təşkilatları idarə edən “Böyük Yaxın Şərq” strategiyasının müəllifləridi.
Vuğulamaq lazımdır ki, Şimali İraqda Bərzani, Türkiyə üçün PKK ilə heç vaxt mübarizə aparması mümkün görünmür. Çünki, bu əməliyyat Bərzanin yönətimdən getməsi ilə nəticələnə bilər.
Mosul şəhəri İŞİD işğalından alındıqdan sonra, Bərzani müstəqilliklərini elan edərsə, regionda yeni dövlətlərin yaranmasına gətirib çıxardacaq. Məhz Qərbin “Yaxın Şərq” planında kürd dövlətinin yaranması təsbit olunub. Bütün baş verən hadisələr buna doğru istiqamətlənib. Bu regionda, ərəb ölkələri, Qərblə daima qarşıdurmada olublar. Yeni yaradılan kürd dövləti regionda qərbin yeni müttəfiqi olacaq və kürd dövlətinin vasitəsilə Türkiyə və ərəb ölkələrinə qarşı mübarizədə istifadə imkanı qazandıracaq. Həmçinin İranın “Şiə hilalı” geosiyasi siyasətinin qarşısını alacaq. Qeyd edim ki, Türkiyə kürd muxtariyyətinin müstəqilliyinə razılıq verəcəksə, Şimali Suriyada Türk qoşunlarının olmasına baxmayaraq, Suriyada kürd dövləti yaradılacaq.
Proseslər onu göstərir ki, Suriyada böyük savaş qabağdadır. ABŞ və İsraildəndə bu barədə açıqlamalar gəldi. Bu müharibədə mümkündür ki, Türkiyə Rusiya əlaqələri yenidən pozulsun. Türkiyənin dəstək verdiyi, birlikdə əməliyyat apardığı Azad Suriya Ordusunun (ASO) İŞİD -dən geri aldığı ərazilərə Hələbdən sonra, Əsəd ordusu hücum etsin. Artıq, burada iki dövlət üz-üzə gələcək. Ya Türkiyə nəzarət etdiyi əraziləri Əsəd ordusuna təhvil verməli, mümkün qarşıdurmadan çəkinməli, yada Əsəd ordusu ilə döyüşüb Rusiya ilə münasibətləri korlamalarıdır. Bunun necə nəticələnəcəyi isə, üzümüzə gələn aylarda bəlli olacaq. Türkiyə hazırda Əl BAB-da əməliyyatlar apararaq, buranı nəzarətə götürüb. Kürdlərin nəzarətində olan Membicə doğru hərəkət etməsi planlaşdırır. Membicdə kürdlərnən toqquşmalar isə qaçılmaz olacaq. Ardınca İŞİD-in paytaxt etdiyi Rakkaya doğru irəlləyəcək. Türkiyə bu əməliyyatları tək başına icra edir və uğurla başa çatdırsa, Suriyada böyük təsirə malik olacaq. Həmçinin Türkiyə şimali Suriyada təhlükəsizlik zonası yaratmaqla, kürd dövlətinin qarşısını almış olacaq. ABŞ isə, kürdləri silahlandırmaqla kürd dövləti yaratmaq planını icra etməkdədir.
Bütün bu kimi, qaranlıq məqamlara ABŞ -da Trampın andiçmə mərasimindən sonra irəlləyən aylarda aydınlıq gələcək. Çünki, Rəcəb Tayyib Ərdoğan Trampla danışmağı və birlkidə əməkdaşlıqda maraqlıdır. Putinin Suriyada uğurulu siyasəti Türkiyənin maraqlarına cavab vermir. Rusiya burada Türkiyənin fəaliyyətinin qarşısını alacaq.
Bəli, Suriya böhranı Obama administrasiyasının lahiyəsidi. Obamanın səriştəsiz siyasəti nəticəsində Rusiya regionda qaranlıq bir vəziyyət yaradıb. Türkiyə prezidenti ƏrdoğanTrampla danışıqlarda ortaq məxrəcə gələrsə, Suriyada Rusiya -Türkiyə ittifaqına son qoyula bilər. Türkiyə son dərəcə ağır bir dönəmdədi. Ərdoğan yönətiminin tez-tez dəyişən siyasəti, Qərblə əlaqləri korlasada, növbəti ildə yenidən əlaqələr normallaşacaq.
Muhammed Asadullazade
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutu’da sədr

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir