Çeçenya ve Dağıstan’dan binlerce Müslüman hacca gidecek

Kərim Əsgəri: Xarici təhlükəni görən İran daxildə basqıları artırıb

ABD başkanlık seçimleri 2020 De

DİNİ DEĞERLERİ KULLANARAK DEVLETE YÖNELİK KALKIŞMALAR

Ərəblər İsrailə qarşı ortaq mövqe qoymağa hazırlaşır

Gündem 31 Mart 2019
33

Dünyanın ən qaynar regionunun ölkələri problemlərini müzakirəyə çıxaracaq, ancaq ciddi, həlledici qərarların olacağı az inandırıcıdır

Martın 31-də Tunisdə Ərəb Liqasının (ƏL) ali toplantısı – sammiti keçiriləcək. ƏL-nin sayca 30-cu sammitinin gündəmi xeyli zəngin olacaq. Tunisin ƏL-dəki nümayəndəsi Nəcib əl-Minif bildirib ki, sammitin gündəm mövzuları Fələstindəki vəziyyət, Liviya, Yəmən və Suriyadakı münaqişələr olacaq. Üzvlüyü məhdudlaşdırılan Suriyanın rəsmi təmsilçisi toplantıya qatılmayacaq.

3 aydan çoxdur aksiyaların davam etdiyi Əlcəzairdəki vəziyytə isə gündəliyə daxil edilməyib. Lakin maraqlıdır ki, Tunisə sammitində Əlcəzairi Millət Şurasının sədri Əbdülqadir bin Saleh təmsil edəcək. Məsələ ondadır ki, iki gün əvvəl Əlcəzair ordusunun baş qərargah rəisi Əhməd Qayid Saleh bəyan edib ki, ölkədə davam edən siyasi böhranın həlli üçün Konstitusiyanın 102-ci maddəsi tətbiq olunmalıdır. 102-ci maddəyə əsasən prezidentin səlahiyyətləri əlindən alınır. Buteflika ağır xəstəliyi səbəbindən hərəkət edə bilmir. Xalq isə onun istefaya getməsini tələb edir.

Artıq Tunis sammitinin gündəliyi məlumdur. Artıq toplantının əsas ana maddəsinin ərəblər arasında həmrəylik, birliyin gücləndirilməsi və anlaşmazlıqlardan yayınmaq olacaq. Bu tezis 30-cu sammitin yekun bəyannaməsində də əksini tapıb. Səudiyyə Ərəbistanına məxsus olan Londonda yerləşən “Əş-Şərq əl-Əvsat” (Orta Şərq) qəzeti diplomatik mənbələrə istinadən sammitin yekun bəyannaməsinin layihəsini əldə edib. Bəyanatın ilkin layihə variantında Fələstin məsələsi, Ərəb-İsrail münaqişəsi və ərəb sülh prosesinin hərəkətə gətirilməsi yer alıb. Eləcə də Suriya böhranı, Liviya və Yəməndəki vəziyyət, İraqın suverenliyi, ərazi bütövlüyünün Türkiyə ordusu tərəfindən pozulmasına qarşı ortaq ərəb mövqeyinin bildirilməsi, Sudan və Somalidə sülhün dəstəklənməsi və inkişafa dəstək verilməsi maddələri yer alıb.

Bundan başqa İranın ərəb ölkələrinin daxili işlərinə müdaxiləsi, BƏƏ-nə məxsus 3 adanın İran tərəfindən işğalı qınanacaq. İran rəsmilərinin ərəb ölkələri barədə açıqlamaları qınanacaq, İranın regionda qanunsuz silahlı dəstələrə dəstəyi pislənəcək və ərəb ölkələri arasında informasiya koordinasiyası, kəşfiyyat əməkdaşlığının gücləndirilməsi qərarlaşdırılacaq.
Həmçinin Tunis zirvəsində Liqa daxilində ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, əməkdaşlıq mexanizminin yaradılması, həmçinin İraqın xarici borcunun 75 faizinin ərəb ölkələrinin dəstək fondları tərəfindən ödənilməsi, eləcə də ərəb ölkələrindəki qaçqınlar, xüsusən də iraqlı qaçqınlar haqqında maddə mövcuddur.

Bundan başqa ərəb liderlər Fələstinin BMT-nin tamhüquqlu üzvü olmasına bir daha dəstəklərini bildirəcəklər. eyni zamanda İsrailin bölgədəki vəziyyəti dəyişməyə hesablanmış addımları rədd olunacaq, Colanın İsrailə aid edilməsi ilə bağlı qərar pislənəcək.
Eyni zamanda ərəb ölkələri Yəmənin qanuni hökuməti olaraq Mansur Hadi hökumətini dəstəkləyəcək, eyni zamanda Yəmənin ərazi bütövlüyü və suverenliyinə vurğu ediləcək.

Aydın məsələdir ki, hazırda planetin ən böhranlı bölgəsi məhz ərəb ölkələrinin yerləşdiyi regiondur. Faktiki olaraq 3 ölkədə – Suriya, Yəmən və Liviyada – müharibəsi davam edir, İraq, Sudan, Əlcəzair kimi ölkələrdə isə siyasi böhran və terror fəaliyyətləri ölkələri iflic edib, planetin ən mürəkkəb münaqişəsi olan Ərəb-İsrail münaqişəsi isə günü-gündən dərinləşir. Yəni ərəb ölkələrinin ən qədim təşkilatı olan ƏDL-nin indi müzakirə edib qərar vermək üçün kifayət qədər mövzuları var. Xüsusən də ən son olaraq ABŞ prezidentinin Colan təpələri bölgəsini İsrail ərazisi kimi tanıyan qərarı, bundan əvvəl isə Qüdsü İsrail paytaxtı kimi tanıyan sənədi imzalaması ərəb dünyasında ciddi etiraz doğururb. Doğrudur, ərəb ölkələri demək olar ki, yekdilliklə Trampın qərarını pislədilər, ancaq məsələ ondadır ki, iş qınamaqdan o tərəfə keçmir. Çünki ərəb dövlətlərinin özləri arasında ciddi böhran var.

Qeyd edək ki, Ərəb Liqası və ya Ərəb Dövlətləri Liqası ərəbdilli ölkələr arasında siyasi əlaqələrin qurulması və ittifaqın yaradılması məqsədilə 1945-ci ildə Misirdə yaradılıb. Təşkilatın baş ofisi də Misirdə yerləşir. Ərəb Liqası ilə yanaşı Ərəb Parlamenti adlı qurum da var. Ümumiyyətlə, ərəb ölkələri arasında ilk ittifaq 1936-cı ildə İraq və Səudiyyə Ərəbistanı arasında qurulub və 9 ildən sonra ittifaqa çevrilib. Hazırda ərəbcə danışan 22 ölkə Liqanın üzvüzdür. Yalnız Suriyada münaqişə başlayandan sonra Dəməşqin bu təşkilatdakı statusu dondurulub.

Ancaq indi yalnız Suriya deyil, eyləcə də Yəmən, həmçinin Qətər münaqişəsi səbəbindən ərəb ölkələri arasında bölünmə var. Suriya dəvət olunmasa da, Tunis Qətəri sammitə dəvət edib. Lakin aydın məsələdir ki, dərindən yanaşanda ərəb ölkələri arasında dərin fikir ayrılığı mövcuddur. Hətta ərəblərin ən qədim problemi hesab olunan və bütün ərəb ölkələrini bir araya gətirə bilən Fələstin münaqişəsi ilə bağlı da indi ortaq reaksiya yoxdur. Çünki bir sıra körfəz ölkələri Fələstin münaqişəsinin tez bir zamanda həll olunması üçün güzəştə gedilməsini dəstəkləyir. Hətta Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ABŞda səfərdə olduğu zaman ötən il bildirmişdi ki, fələstinlilər təklif olunan planla razılaşmalı, ya da sakitləşməlidirlər. Çünki indi anti-İran cəbhəsi hesab edir ki, Tehran Fələstin münaqişəsi və İsrail əleyhdarlığından öz nüfuzunu artırmaq üçün istifadə edir.

Bütün hallarda Tunis sammitindən hansısa ciddi təsirli qərar çıxacağını gözləmək sadəlövhlük olardı. Necə deyərlər. bunun üçün münasib şərait hələ yetişməyib. Lakin bu toplantı istənilən halda necə deyərlər, ərəb dünyası üçün ən həssas və məsuliyyətli bir dövrə təsadüf edir.

Kənan Rövşənoğlu

Yorumlar