Rus siyaset bilimci: Olası Kürdistan devleti Rusya için zararlı

İdlib Sonrası…

Ankara Berlin yakınlaşması Alman istihbaratını nasıl vurdu?

Liberman Ermənistana niyə getmədi?

Ərəb ölkələrindən Qətərə Türkiyə həmləsi

Gündem, Türkiye 24 Haziran 2017
394

Körfəz ölkələrinin Qətərə 13 maddəlik ultimatumu

Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn Qətərlə yaranmış böhranı həll eləmək üçün 13 maddədən ibarət təklif irəli sürüblər. Ərəb ölkələri bəyan ediblər ki, təkliflər 10 gün ərzində yerinə yetirilərsə, münasibətlər qaydasına düşəcək, əks halda, Qətərə qarşı yeni sanksiyalar tətbiq olunacaq.

Tələblər Qətərin İranla əlaqələri dayandırması, Misirdə “Müsəlman Qardaşlar” (ixvan), Yəməndə Husilərə, Hizbullaha, İŞİD-ə verdiyi dəstəyi dayandırması, “əl-Cəzirə” telekanalını bağlaması və nəhayət, Türkiyənin Qətərdəki “əl-Rayyan” hərbi bazasını bağlamasını. Türkiyə ilə hərbi əməkdaşlığı dayandırmasını tələb ediblər. Ərəb ölkələrinin Qətərdən tələblərindən biri də adıçəkilən terror təşkilatlarının qeyd olunan ərəb ölkələrinə vurduğu maddi zərərlərin hesablanıb Qətər tərəfindən kompensasiya ödənilməsidir.

Ərəb ölkələrinin 13 maddəlik təklifi Küveyt tərəfindən Dohaya çatdırılıb və 10 gün vaxt verilib. Türkiyənin müdafiə naziri Fikri İşık ərəb ölkələrindən Qətərlə hərbi əməkdaşlığı dayandırmaqla bağlı hər hansı müraciət almadıqlarını deyib. Eyni zamanda bu tələbi tənqid edib.

Qeyd edək ki, ötən gün Türkiyə ordusunun 23 hərbçisi 5 zirehli texnika ilə birlikdə Qətərə daxil olub. Bununla da Qətərdəki Türkiyə hərbçilərinin sayı 111 nəfərə çatıb. Ərəb ölkələrinin Qətərdən tələbləri sırasında Türkiyə ordusunun adadan çıxarılmasının da olması bir neçə istiqamətdən diqqət çəkicidir. Birincisi, hər nə qədər Türkiyə açıq şəkildə Qətərin tərəfini tutsa da, Ankaranın digər ərəb ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı ilə yaxın müttəfiqlik əlaqələri var. İki ölkə arasında hərbi, siyasi və iqtisadi sahədə geniş əlaqələr formalaşıb, xüsusən də son illərdə regional siyasətdə Türkiyə və Səudiyyə Ərəbistanı ortaq mövqedən çıxış ediblər. Bu səbəbdən də Ankara ilk gündən Qətəri müdafiə etsə də, ona qarşı olan ərəb ölkələrinin üzərinə də getməyib, hansısa ittiham irəli sürməyib.

Ancaq indi ərəb dövlətlərinin Qətərdən tələbləri arasında Türkiyə bazasının ləğvini tələb etməsi həm də Ankaraya qarşı soyuq münasibətin göstəricisidir. Yəni körfəz ölkələri üstüörtülü şəkildə deyirlər ki, Türkiyənin Qətərdə olmasını, bu işə qarışmasını istəmirlər. Daha təhlükəli versiya budur ki, körfəz ölkələri Qətərə qarşı savaş açmaq istəyirlər, bu tələblər savaşa səbəb olacaq. Çünki tələblərə baxdıqda, cüzi istisnalarla onların yerinə yetirilməsi Qətər üçün qeyri-mümkündür. Məsələn, Qətərin Husilərə və ya Hizbullaha dəstəyi çox şübhəlidir, bunu sübut etmək mümkün deyil. Eyni şəkildə İŞİD-ə də dəstək verməsi də ciddi fakt tələb edən iddiadır. “əl-Cəzirə”nin qapadılması da prinsip etibarı ilə reallaşması mümkün olmayan tələbdir. Çünki Qətər ölkənin az qala tanınma brendinə çevrilmiş, dünya xəbər bazarında aparıcı yeri olan və Qətərin gücünü təmsil edən telekanal şəbəkəsini bağlamaz.

Qətərin İranla diplomatik əlaqələri kəsməsi prinsip olaraq mümkün görünsə də, körfəzdə müştərək qaz yataqları olan, demək olar ki, qonşu olan İranla əlaqələri kəsmək ciddi problemlərə səbəb ola bilər. Yerdə qalan variant Türkiyə ordusunun çıxarılması tələbi heç şübhəsiz ki, Ankara ilə körfəz ölkələri arasında münasibətləri daha da soyudacaq. Doğrudur, hazırda Ankara Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətləri qoruyub saxlamağa çalışsa da, məlum olduğu kimi, Misirlə münasibətlərdə ciddi problemlər mövcuddur. BƏƏ ilə isə açıq deyilməsə də, soyuqluq vardır. Belə aydın olur ki, Türkiyə ordusunun çıxarılması tələbi yalnız Qətərə deyil, həm də Türkiyəyə mesajdır.

Çox güman ki, Qətər bu tələbləri yerinə yetirməyəcək. Ancaq ortada sərt tələblər var və Qətər faktiki olaraq terrorizmin sponsoru kimi göstərilib. Bu tələblər əslində savaş səbəbidir. Çünki Qətər faktiki olaraq Yəməndən Suriyaya qədər regiondakı bütün silahlı münaqişələri himayə etməkdə ittiham olunur. 10 gündən sonra Səudiyyənin Qətərə müharibə elan edəcəyi, yoxsa təcrid siyasətinin daha da dərinləşəcəyini indidən demək çətindir. Ancaq bir şey aydındır ki, bu təzyiqlərin sonunda Qətərin əl-qolunu bağlamaq, onu prosesin arbitri kimi çıxış edən ABŞ-dan asılı vəziyyətə salmaq siyasəti gələcək. Qətərin davam gətirməsi indi Yaxın Şərqin daha ağır böhrandan xilas olması deməkdir. Ancaq Qətər bu təzyiqlərə davam gətirəcəkmi? Bunu 10 gün sonra biləcəyik.

Kənan RÖVŞƏNOĞLU

24.06.201709:40 795

Yorumlar