Ərəb Baharı” dünyanın diqqətini çəkdiyi kimi və İranda çox müzakirə olunur . İrandakı rəsmi ritorikaya görə bölgədə baş verənlər “İslami bir oyanış”dır və mahiyyət etibarilə qərbyönümlü “dünyəvi diktatura” nı hədəf alır. Demək olar ki, hər xarici siyasətdə olduğu kimi, İrandakı ictimai rəy də Ərəb Baharı ilə əlaqədar təxminən iki yerə bölünür. 1979-cu ildə baş verən İslam İnqilabı, əslində yalnız İranı deyil, həm də bu ölkənin regional fəaliyyəti səbəbindən Livandan Əfqanıstana coğrafiyanı da təsir etdi. İranın regional siyasətdəki ağırlığı və nüfuzu, 11 sentyabr sonrası dönəmdə Əfqanıstanda Talibanın devrilməsi və 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsi ilə Səddam Hüseynin devrilməsindən sonra artmağa başlamışdır. ABŞ-ın devirdiyi Taliban və Səddam Hüseyn reijimləri həm də İranın ən önəmli düşmənləri olmuşdur. Bununla ABŞ ironik bir şəkildə geopolitik mənzərəni İranın lehinə çevirmişdir. Ərəb ölkələrinin Fələstin-İsrail məsələsində səssizliyi qarşısında İranın bu məsələdə sərt mövqeyi, Həmas və Hizbullah kimi aktorlara ideoloji və maddi dəstək verməsi və bölgədə ABŞ, İsrail və imperializm əleyhinə siyasətin başında durması İranın “Ərəb küçəsi”ndə nüfuzunu və yumşaq gücünü(softpower) artırmışdır. ABŞ-da, xüsusilə, Corc Buşun prezidentliyi dövründə İranda rejim dəyişikliyi və hərbi müdaxilə müzakirələri artmışdır. Yeni mühafizəkarların bu mövqeyinə qarşı İran öz nüvə proqramını sürətləndirmiş və Həmas və Hizbullah ilə əlaqələrini gücləndirmişdir.
İraqın işğalının ilk illərində ABŞ-ın Əfqanıstan və Fars körfəzində hərbi varlığı və İran sərhədlərinə yaxınlaşması İranı narahat etsə də, İraqda artmaqda olan şiddət və terror və Əfqanıstanda ABŞ-ın qarşılaşdığı çətinliklər İranın narahatlığını azaltmışdır. İraqın işğalından bu yana İran İraqda əhəmiyyətli aktora çevrilmiş, həm şiə höküməti ilə siyasi və iqtisadi əlaqələri genişləndirmiş, həm də İraqdakı digər sosial aktorlarla əlaqələ kanallları açıq tutulmuşdur. Nəticədə İran İraqdakı sabitliyi dəyişə bilmək gücünü ABŞ-a qarşı yönəltdiyi siyasətdə önəmli bir kart olaraq istifadə edir. İran nüvə proqramının suveren hüququ və milli qürur məsələsi olduğunu bildirməklə, ABŞ-ın regionanda apardığı siyasətdən narazı qüvvələr arasında xüsusi çəkisini artırmışdır.
İran “Ərəb baharı”nda yürüdəcəyi siyasətin təməl çərçivəsini, əslində, ictimai fikir və regiondakı geosiyasi reallıqlar müəyyən edir. İran hakimiyyətinin siyasət kursunun əsasında mövcud şəraitdə maksimum dividentlər əldə etmək durur. Hakimiyyətin əsas hədəfləri İranın bölgədə yüksəlişinə mane olacaq siyasi dinamikanı əngəlləmək və geosiyasi maraqlara zərbə vuracaq hadisələrə mane olmaqdır. Digər tərəfdən əsas hədəflərdən biri ərəb toplumlarında yüksəlməkdə olan ədalət və demokratiya tələblərinin İrandakı müxalifət qüvvələrinə güc və birlik qazandırmasına imkan verməməkdir. Bununla belə, İranın regionda cərəyan edən proseslərdəki siyasəti əsas etibarilə geosiyasi şəraitin ona verəcəyi imkanlardan asılıdır.
Tunisdə Zinəddin əl-Bin Əli və Misirdə Hüsnü Mübarək dövrlərini sona çatdıran “Yasəmən İnqilabı” və “Təhrir Dirənişi”nin yaşandığı müddətdə İran hakimiyyəti və media səssiz qalmışdır. Proseslərin rəsmi xəbər orqanlarında yer alması və mövzu ilə əlaqəli rəsmi açıqlamalar həftələr sonra olmuşdur. Tədqiqatçı Alfonehə görə, hakimiyyət bu dövrdə hadisələrin cidiyyətini və gedişatını anlamağa çalışmışdır. Digər bir səbəb isə, hadisələrin müxalifətin gündəminə gəlməsini əngəlləmək istəyi idi.
Lakin İran hakimiyyəti regionda baş verən proseslərin İranın maraqları ilə bağlı olduğunu dərk edərək prosesləri öz xeyrinə yönləndirməyə çalışırdı. İran ABŞ-ın müttəfiqi olan Hüsnü Mübarəkə qarşı Təhrir meydanındakı etirazları ABŞ yönümlü Şah İranına qarşı 1979-cu il bənzətməyə çalışmış və İran İslam İnqilabını model olaraq irəli sürmüşdür. Ayətullah Xameneyi 4 fevral 2011-ci il tarixində verdiyi Cümə xütbəsində Tunis və Misirdə baş verən hadisələri “İran İslam İnqilabının təbii uzantıları” kimi təqdim etmiş və bunu ABŞ və İsrail üçün məğlubiyyət olaraq vurğulamışdır. Hüsnü Mübarəkin hakimiyyətdən 11 fevralda – İran İslam İnqilabının ildönümündə getməsi İran üçün əsil fürsət oldu. Prezident Əhmədinecat İslam İnqilabının ildönümü ilə əlaqədar qatıldığı mərasimdə Hüsnü Mübarəkin devrilməsini ABŞ-ın regionda güc itirməsi və yeni bir orta Şərqin doğuşu olaraq qeyd etdi. İran bir məsələdə haqlı idi: hər nə qədər önə çıxarılmasa da, əslində inqilablar “islami oyanış”ın bir parçası idilər. Lakin “Müsəlman qardaşları”nın “Təhrir Dirənişi” boyunca və sonrası nümayiş etdirdikləri mövqe “İslam İnqilabı” modelindən uzaq idi. “Müsəlman qardaşlar” Misirdə ən mütəşəkkil təşkilatlanmaya malik müxalifət partiyası olmalarına rəğmən, ön plana çıxmayaraq, formalaşacaq yeni siyasi sistemin xarakterinə görə hərəkət etmək strategiyasını mənimsədilər. “Müsəlman qardaşları” Misirdə baş verən proseslərin Misirə aid məsələ olduğunu bildirərək formalaşacaq yeni düzənin İranın təsirində olması fikrinə qarşı çıxmışdır. Tunis Bin Əlinin devrilməsindən sonra keçirilən parlament seçkilərində Türkiyə modelinə üstünlük verdi. Bütün bunlar İranın “İslam İnqilabı” modelinin uğur qazanmayacağını göstərdi. İranın Bin Əli və Hüsnü Mübarəkin hakimiyyətdən getmələrini yeni “İslam inqilabları” kimi dəyərləndirməsi heç də, onların diktator olmaları deyil, Qərb meyilli siyasət yeritmələri və İsraillə normal münasibətlər qurmaları idi. İran mediasında ərəb ölkələrində baş verən xalq üsyanlarının demokratiya, ədalət və bərabərlik üçün xalq kütlələrinin mübarizəsi kimi yox, ABŞ və İsraillə münasibətləri qırmaq üçün gerçəkləşdirilməsi fikri bu amillə bağlıdır. Tədqiqatçı Zibakəlamın fikrincə, regiondakı proseslərin sırf demokratiya və azadlıq mücadiləsi kimi qələmə verilməsi İran rejimi üçün heç bir ideoloji divident vəd etmirdi. 18 fevral 2009-cu ildə “Yaşıllar Hərəkatı”nı amansızlıqla atıran və həbsxanalarda müxalifət tərəfdarlarının işgəncələrə məruz qalmasına göz yuman rejimin bölgə xalqları nəzdində nüfuzu da azalmağa başlamışdı. Əvəzində “Qərb və sionist imperializmə qarşı islam müqaviməti” arqumenti Yaxın və Orta Şərq coğrafiyasında daha çox dəstək görə bilərdi.
Qeyd etdiyimiz kimi, “Ərəb baharı”nın İran üçün ən təhlükəli tərəfi müxalifətin yenidən güclənməsi qorxusudur. İran müxalifətinin regionda baş verən proseslərə münasibəti də fərqli idi. Müxalifətin fikrincə, regiondakı inqilab dalğasi 2009-cu ildə fərqli sinfi, etnik mənsubiyyət və siyasi düşüncəyə sahib olmalarına rəğmən milyonlarla iranlını meydanlarda birləşdirən demokratiya axtarışının ərəb toplumlarında təzahür etməsi idi. Müxalifət Misir və Tunisdəki azadlıq mücadilələrinə verdiyi dəstəyi vurğulamaq üçün 2011-ci ilin 11 fevralında mitinq keçirdi. Lakin mitinq yatırıldı; iki etirazçı həlak oldu. Etirazların regional konyukturadan güc qazanmasının əngəlləmək üçün hərakat liderlərindən Mehdi Kərrubi və Mir Hüseyin Musəvi ev həbsinə alındılar. Bununla, hakimiyyət “Yaşıllar Hərakatı”nın xarici aləmlə əlaqələrini kəsmiş oldu.
Digər tərəfdən, mövcud rejim varlığını təzyiqlər və qorxutma vasitələri ilə saxlayarkən, sistem siyasi elitalar arasında iqtidar mübarizəsi ilə sarsılmağa başlamışdır ki, bu mübarizə artıq heç də bağlı qapılar arxasında qalmır. Reformistləri sistemdən uzaqlaşdıran mühafizəkarların bu dəfə öz aralarında parçalanma yaşanır. Prezident Mahmud Əhmədinecat və Ali Dini Rəhbər Ayətullah Xameneyi arasında mübarizə getdikcə daha sərt forma alaraq rejimin fəaliyyətində də təzahür etməkdədir.
Misirdə Hüsnü Mübarəkin hakimiyyətdən getməsindən sonra Misirlə daha effektiv və faydalı münasibətlərin qurulması baxımından İran “qalib” kimi görünürdü. Fələstin məsələsində Həmasa qarşı kəskin münasibətin yumşaldılması, İranın hərbi gəmilərinin 1979-cu ildən bu yana ilk dəfə Süveyş kanalından keçməsinə icazə verilməsi, Fələstinlə Rəfah sərhəd-keçid məntəqəsinin açılması İran-Misir yaxınlaşması məsələsini gündəmə gətirmişdir. Lakin Misirdə hərbçilərin güclü mövqeyi və ABŞ və Səudiyyə Ərəbistanının Misirə maliyyə yardımları etməsi status-kvonunun dəyişməz qalmasını təmin edir. Misirin ABŞ-ın regiondakı maraqlarını təhlükəyə atmaması üçün yeni geosiyasi oyunların Misirin xarici siyasətinə qarşı yönələcəyi ehtimal olunur.
Bəhreyn, Küveyt və Yəməndə baş verən etirazlarla “Ərəb Baharı” Körfəzə də yayılmış oldu. Bəhreyndə hakimiyyət əleyhinə çıxışlar Fars Körfəzində gərginliyin artmasına səbəb oldu. Körfəz Əməkdaşlıq Şurasının qərarı ilə Səudiyyə Ərəbistanının Bəhreynə qoşun yeritməsi və Qərb dövlətlərinin buna göz yumması bölgədə S.Ərəbistanı və İran arasındakı ənənəvi rəqabəti yenidən canlandırdı. Bəhreynə Körfəzdə İranın qazana biləcəyi yeni güc və menevr imkanlarını əngəlləmək və status-kvonu qorumaq məqsədi daşıyırdı. S.Ərəbistanı Bəhreynə müdaxiləni regiondakı təsir və nüfuzunu qorumaq üçün qaçılmaz hesab edir; xarici müdaxiləyə hüquqi don geyindirmək üçün Bəhreyndəki etirazların arxasında İranın dayandığını iddia edirdi. Lakin Bəhreynə hərbi müdaxilə şiə əhali və hakimiyyətdə olan sünni azlıq arasında ziddiyyətlərin daha da artmasına və demokratik zəmində baş verən xalq hərakatının daxili silahlı münaqişəyə transformasiyası təhlükəsi yaratmışdır. Beynəlxalq Böhran Qrupunun raportunda İranı bir növ cəzalandırmağa yönəlmiş bu müdaxilənin tam əksinə İraq, Küveyt və S.Ərəbistanında yaşayan şiə əhali arasında İrana simpatiyanın artmasına səbəb olmuşdur.
İranın Bəhreyndəki xalq etirazları münasibəti reaksiyası digər ölkələdəki analoji proseslərə nisbətən daha çevik və o qədər də təmkinlidir. Bəhreyndə çıxışların başladığı zaman İran rəsmiləri Bəhreynin İran torpağı olmasına dair bəyanatlar versələr də, İran problemi Bəhreynin “daxili işi” kimi qiymətləndirmiş və problemin həlli üçün təcili siyasi və iqtisadi islahatların gerçəkləşdirilməsinin vacibliyin vurğulamışdır. 2011-ci il avqustun 31-də Ayətullah Xameneyi xütbəsində Bəhreynə hərbi müdaxilədən aylar keçməsinə baxmayaraq xalqın təzyiq altında idarə edildiyini və islahatlar üçün verilən vədlərin həyata keçirilmədiyini, lakin “ən sonda qazanan tərəfin Bəhreyn xalqı olacağını” bildirmişdir. Bəhreyn böhranında İran hərbi avanturadan çəkinərək, hadisələri diqqətlə izləmək və baş verənləri regionda ideoloji nüfuzunu artırmaq üçün istifadə etmək siyasətinə üstünlük verir.
“Ərəb Baharı”nda İran üçün real təhlükə Suriyada Bəşər Əsəd hakimiyyəti əleyhinə baş verən etirazlardır. Suriya İranın Yaxın və Orta Şərq regionunda ən yaxın müttəfiqidir. Tunis və Misirdə Qərbyönümlü hakimiyyətlərin devrilməsi İran üçün ideoloji və strateji qazanclar gətirmişdir,Bəhreyndə isə xarici müdaxilənin İranın maraqlarının əleyhinə olsa belə, İran təmkinli siyasətə üstünlük vermişdir. Suriyada hakimiyyət və müxalifət arasında davam edən qanlı toqquşmaların hansı sonluqla nəticələnməsi İran üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, xarici hərbi müdaxilə variantı İran tərəfindən narahatlıqla qarşılanır. Bəşər Əsəd hakimiyyətinin müxalifətlə razılığa gələ bilməməsi xarici hərbi müdaxilə variantını gerçəkləşdirə bilər ki, rəsmi Tehran bunun İran üçün arzuolunmaz nəticələrini dərk edir.
Liviya məsələsində İran hər nə qədər Qərbin “humanitar müdaxilə” adı altında NATO-nu Liviya müxalifətinin köməyinə göndərməsinə şübhə və narahatlıqla yanaşsa da, Qəddafi hakimiyyətinin devrilməsinə loyal yanaşırdı. Ancaq Suriyadakı proseslər tam fərqlidir. Suriya İslam İnqilabından sonra İranın regional siyasətinin “onurğa sütunu”nu təşkil edir. Tədqiqatçılar Kiani və Bəhraveşin ifadə etdiyi kimi “Ərəb Baharı”nın İran üçün gerçək mənası Suriyada İranyönümlü rejimin varlığı ilə əlaqəlidir. Əsəd rejimi devrilərsə, İran Suriyanı itirəcək. Suriyanı “itirmək” isə İranın arzu edəcəyi ən son şeydir. Bir çox tədqiqatçılar isə Bəşər Əsədin hakimiyyətdə qalmasını İran rejiminin mövcudluğu ilə bərabər tutduqlarını bildirilrər.
Suriya-İran münasibətlərinə heç bir zaman sırf ikitərəfli münasibətlər konteksində qiymətləndirilməmişdir. İran Suriya vasitəsilə Livanda nüfuzunu möhkəmlətməyə çalışmış, İsrailə qarşı Həmas və Hizbullahla Suriya üzərindən əlaqə qurmuşdur. Bəşər Əsəd hakimiyyətdə olduğu müddətdə Suriya İranın ABŞ və İsrailə qarşı siyasətində ilk müdafiə xəttidir. Suriyada İranmeyilli hakimiyyət olmazsa, Həmas və Hizbullahın formalaşdırdığı ikinci müdafiə xətti də çökəcəkdir. Suriyada rejim dəyişikliyi Suriya sərhədlərinin İranın Hizbullaha çatdırdığı yardımlara bağlanması və Həmasla Dəməşq üzərindən qurulan əlaqələrin zəifləməsi deməkdir. Hüsnü Mübarəkin gedişindən sonra Misirin Həmasla əlaqələrini genişləndirməsi, İsrailə təbii qaz nəqlinin dayandırılması İranının narahatlığını daha da artırır. Misir Həmas və Fəthin birləşməsində vasitəçiliyini təklif edir ki, bu baş tutarsa, İran regional siyasətindəki “Həmas rıçakı”nı itirə bilər.
İrana görə, Həmas rejiminə qarşı etirazlar ABŞ və İsrailin planıdır. İran Suriyadakı müxalifət etirazlarını 2009-cu ildə İranda baş verən etirazlarla eyni çərçivədə dəyərləndirirərək, etiraz və qarşıdurmaları “Qərbin oyunu” və müxalifəti “fitnə ünsürləri” kimi dəyərləndirir. İran parlamentinin xarici əlaqələr komitəsinin sədri Əlaəddin Bərujerdi İranın Suriyada ikili seçimlə qarşı-qarşıya olduğunu bildirir: “İran ya Suriyanı qurda(ABŞ) tapşıracaq və NATO müdaxiləsinə dəvətçi olacaq, ya da müsəlman xalqlarını mənafeyi naminə Fələstin müqavimətinin qəlbi olan Suriyaya hər cür dəstəyi təmin edəcəkdir.”
ABŞ Dövlət Departamentindən iddia edilir ki, İran Bəşər Əsəd hakimiyyətini qorumaq və yaşatmaq üçün Suriyaya böyü miqdarda silah izləmə cihazları göndərir və İran İnqilabı Keşikçiləri Korpusu etirazçıları zərərsizləşdirmək üçün Suriya hərbçilərinə hərbi təlimlər keçir.
Suriyada 2011-ci ilin martından geniş miqyas alan toqquşmalar İran mediasında demək olar ki, yer almamışdır. İranlı siyasətçilər də bu mövzuda səssiz qalmağa üstünlük verirdilər. Lakin Suriyada vəziyyətin kəskinləşməsi İranlı siyasətçilərin süni səssizliyinə son qoydu. Əsəd rejiminin ölkədə şiddətə son qoyulması xüsusunda beynəlxalq ictimaiyyətin təzyiqlərinə əhəmiyyət verməməsi İranın Əsəd rejiminə verdiyi dəstəyin məsuliyyətini də artırır. Hakimiyyət və xalq arasında seçim edərkən xalqın mübarizəsini müdafiə edən dövlətlərin mövqeyinə görə, öz xalqı ilə “müharibə vəziyyəti”ndə olan bir rejimin dəstəklənməsi yolverilməzdir. İranlı parlament üzvlərindən son zamanlar Suriya hakimiyyətinə qarşı yönəlmiş bəyanatlar İrana qarşı təzyiqləri azaltmaq məqsədi daşıyır. Bu bəyanatlarda İranın Suriya rejiminin gələcəyinə dair şübhələrinin önəmli rolu vardır. Bəşər Əsədin hakimiyyətdə qalmasına ümidin tükəndiyi bir nöqtədə İranın Əsəd rejimi ilə əlaqələri kəsəcəyi, siyasi və iqtisadi maraqlarını qorumaq üçün yeni siyasi qüvvələrlə əlaqələr quracağı proqnozlaşdırılır. Bu cür riskli və arzuolunmaz bir nöqtəyə gəlməmək üçün İran hakimiyyəti Bəşər Əsəd müxalifətlə razılığa gəlməyə və yeni siyasi sitem formalaşdırmaq üçün təzyiqlər edir. Lakin Bəşər Əsədin bunun üçün çox vaxtı qalmadığı və artıq bunun mümkün olmayacağı ehtimalı zaman getdikcə artır. İran prezidenti Mahmud Əhmədinecatın Bəşər Əsəddən şiddətə son qoymasını və müxalifətlə danışıqlara getməsini istəməsi də Bəşər Əsəd hakimiyyətinin sona yaxınlaşmasının İran tərəfindən qəbul edilməsi kimi şərh edilir.
“Ərəb Baharı” ilə Yaxın və Orta Şərqdə dəyişən münasibətlər yeni ABŞ-İran ziddiyyətlərinə zəmin yaratmışdır. “Ərəb Baharı” ABŞ və İranın oynadığı “sıfır nəticəli oyun”un yeni bir arenası olaraq qəbul edilir. ABŞ hadisələrin İranın nüvə proqranın inkişafına şərait yaratmasından narahatdır. Hüsnü Mübarəkin gedişindən sonra tək qalan Səudiyyə Ərəbistanı, eyni zamanda İsrail İrana hərbi müdaxilə etməsi üçün təzyiqləri artırması müşahidə olunur. ABŞ isə Müdafiə Katibi Leon Panettanın qeyd etdiyi kimi, hərbi müdaxilə İranın nüvə proqramını yalnız bir neçə il təxirə sala biləcəyi fikrindədir. Bölgədəki ABŞ-İran rəqabəti isə İranın əleyhinə cərəyan edir. Tunis və Misir inqilablarında “islam inqilabı” ideyasının özünü doğrultmaması, Liviya və Yəməndəki proseslərə İranın təsir edə bilməməsi, Bəhreyn və Suriyada İranın maraqlarına cavab verməyən situasiyanın davam etməsi bunu deməyə imkan verir. Səudiyyə Ərəbistanı və Qətərin başçılığı altında Ərəb Liqasının Bəşər Əsədi yalnızlaşdırmaq siyasəti isə Suriya qədər İrana da mənfi təsir göstərir. İran İslam Respublikası ərəb toplumlarında baş verən proseslərin inkişafını ABŞ-la strateji rəqabət konteksində təhlil edir, siyasətini proseslərin regionda nüfuzuna zərbə vurmasına və müxalifətin yenidən güclənməməsinə imkan verməmək istiqamətində formalaşdırmışdır. Bu səbəbdən, İran ABŞ-ın müttəfiqi olan region dövlətlərindəki xalq etirazlarını ideoloji prizmadan dəyərləndirməklə, proseslərin demkoratiya və ədalət mübarizəsi kimi təqdim edilməsinə əngəl olmağa çalışır.
İran Tunis, Misir və Liviyada hakimiyyət əleyhinə xalq etirazlarını “islami oyanış”ın göstəricisi kimi təqdim edib, 1979-cu il İran İslam İnqilabını model olaraq irəli sürsə də, hadisələrin inkişaf dinamikası bu ideyanın uğur qazanmayacağını göstərir. Suriyada cərayan edən proseslər isə, İran üçün xüsusi əhəmiyyət daşıyır. Digər ərəb ölkələrində baş verən proseslərdən fərqli olaraq, Suriyadakı hadisələrin nəticəsi İranın regional maraqlarına birbaşa təsir göstərəcək.
İran üçün “Ərəb Baharı”nın gerçək mahiyyəti, əsas etibarilə, Suriyada hakimiyyət əleyhinə çıxışların nəticələri ilə bağlıdır. Suriyadakı iqtidar-müxalifət qarşıdurması regionda İranın ideoloji və geosiyasi nüfuzuna ciddi zərbə vurmuşdur. Bəşər Əsəd rejiminin mövcdluğu İran üçün mühüm əhəmiyyət daşıyır və İranın regional siyasətini kökündən dəyişə biləcək təsirə malikdir. Suriya böhranı regional böhran halını almış, ölkə daxilindəki qarşıdurmalar regional siyasətə və təhlükəsizliyə də təsir göstərir. Bu cür situasiyada İranın menevr etmək imkanları da məhdudlaşır. Bəşər Əsədin hakimiyyətdə qalmasına ümidin tükəndiyi bir nöqtədə İranın Əsəd rejimi ilə əlaqələri kəsəcəyi, siyasi və iqtisadi maraqlarını qorumaq üçün yeni siyasi qüvvələrlə əlaqələr quracağı proqnozlaşdırılır. Bu cür riskli və arzuolunmaz bir nöqtəyə gəlməmək üçün İran hakimiyyəti Bəşər Əsəd müxalifətlə razılığa gəlməyə və yeni siyasi sitem formalaşdırmaq üçün təzyiqlər edir. Lakin Bəşər Əsədin bunun üçün çox vaxtı qalmadığı və artıq bunun mümkün olmayacağı ehtimalı zaman getdikcə artır. İran prezidenti Mahmud Əhmədinecatın Bəşər Əsəddən şiddətə son qoymasını və müxalifətlə danışıqlara getməsini istəməsi də Bəşər Əsəd hakimiyyətinin sona yaxınlaşmasının İran tərəfindən qəbul edilməsi kimi şərh edilir.”Ərəb Baharı” və ya “İslami Oyanış” İrandakı rəsmi səlahiyyətlilərin üstünlük verdiyi ifadə olaraq bütün dünyanın diqqətini çəkdiyi kimi və İranda çox müzakirə olunur. İrandakı rəsmi ritorikaya görə bölgədə baş verənlər “İslami bir oyanış” dır və mahiyyət etibarilə qərbyönümlü “dünyəvi diktatura” nı hədəf alır. Demək olar ki, hər xarici siyasətdə olduğu kimi, İrandakı ictimai rəy də Ərəb Baharı ilə əlaqədar təxminən iki yerə bölünür. 1979-cu ildə baş verən İslam İnqilabı, əslində yalnız İranı deyil, həm də bu ölkənin regional fəaliyyəti səbəbindən Livandan Əfqanıstana coğrafiyanı da təsir etdi. “İşğal olunmuş ərəb torpaqlarını” ərəb dünyası adından qurtarmaq üçün İrana müharibə elan etdiyini iddia edən İraq Ordusu, səkkiz illik müharibə dövründə ciddi bir uğur qazana bilmədi və müharibə, tərəflərin 1975-ci il Əlcəzair Sazişini qəbul etdiklərini elan etdikləri zaman başladığı kimi sona çatdı. Nümayişlər sərt bir şəkildə əzildikdə, iki müxalifət lideri Mir Hüseyin Yəhudi və Mehdi Kerrubi son nümayişlərindən sonra ev dustağı edildi.
Proseslərin sürətlə dəyişən dinamikası regionda sosial, siyasi və iqtisadi zəmin üzərində demokratik siyasət və cəmiyyət formalaşdırılmasının mümkün olub-olmayacağını sual altına qoyur. Demokratiya və azadlıq mübarizələrinin müsbət nəticələr doğurması isə, həm də, dünya güclərinin geosiyasi maraqlarından və regionda istiqrar naminə avtoritar rejimləri dəstəkləmək strategiyalarından imtina etmələrindən asılıdır.
İstifadə edilmiş ədəbiyat siyahısı
1. Alfoneh, Ali, “Khamenei’s balancing act”, The Middle East Quarterly http://www.meforum.org/2847/khamenei-balancing-act.
2. Ahmadinejad speech on anniversary of the revolution on February 11, 2011:http://www.cspanvideo.org/program/IranianIs&showFullAbstract=1,
3. Khalaji Mehdi, “Iran’s Political Superbowl: Ahmadinejad vs. Rafsanjani”, The Washington Institute for Near East Policy, 04/03/2011
4. Rahimi, Babak, “Special Commentary: Iran and the Bahraini Uprising”, The Jamestown Foundation, 08/03/2011
5. Lesser, Ian, O., “How Events in Syria will Change the Strategic Landscape”, The German Marshall Fund of the United States http://blog.gmfus.org/2011/04/how-events-in-syria-will-change-the-strategic-landscape/
6. Khalaji Mehdi, “Influence Curtailed: Democracy in the Arab World Stands to Strip Iran of Its Power”, The Washington Institute for Near East Policy, 12/04/2011
1
Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının “Dövlət
qulluğu və kadr siyasəti” kafedrasının Dosenti s.e.f.d.