KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Əli Kərimli: Qarabağa yerləşdirilən təhlükəli bombanı nəyə görə görmürük?

Əli Kərimli: Qarabağa yerləşdirilən təhlükəli bombanı nəyə görə görmürük?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
111 0

Dünyanın diqqətinin Rusiya – Ukrayna gərginliyində, Azərbaycan hakimiyyətinin diqqətinin isə müxalifətə “torba” tikməkdə olduğu bir vaxtda Rusiya “sülhməramlıları” xalqımıza yeni sürprizlər hazırlayır. Son vaxtlar az qala hər gün Qarabağın işğal altındakı hissəsindən həyacanlı, dövlət maraqlarımızı təhdid edən xəbərlər gəlir. Ancaq biz toplum olaraq sanki bu xəbərləri eşitmirik.
– Qarabağdakı erməni separatçılarının qondarma parlamenti “işğal olunmuş ərazilər haqda” qanun qəbul edib. Separatçılar öz aləmlərində ordumuzun azad etdiyi Şuşa və Hadrutu “işğal edilmiş ərazi” elan edib. Aydın məsələdir ki, onların bu absurd cızmaqarası gələcəkdə nə vaxtsa atəşkəsin pozulmasına zəmin yaratmaq üçündür.
– Suqovuşandan Kəlbəcərə gedən Azərbaycan mülki və hərbi maşın karvanlarının qarşısını təqribən 200 nəfər mülki geyimli erməni kəsib. Rusiya “sülhməramlılarının” müdaxiləsi də guya nəticə verməyib. Azərbaycanlılardan ibarət maşın karvanı yenidən Suqovuşana qayıtmalı olub.
– Ermənistanın ombudsmanı Qarabağa gəlib. Nəinki separatçıların rəhbərlərilə görüşüb, hətta tamamilə qanunsuz olaraq Laçın rayonunun Zabux kəndində məskunlaşmış erməni əhaliyə də baş çəkib.
– 2021-ci il ərzində Xocalını tikinti meydançasına çevirən, orada çoxsaylı yaşayış və inzibati binalar tikən erməni separatçıları indi də Şuşanın Malıbəyli kəndini tikinti meydançasına çeviriblər. Malıbəylidə eyni vaxtda 15 dördmərtəbəli bina evləri tikirlər.
– Hərbçilərimizin gözü önündə erməni separatçılar təmas xətti boyu səngər qazıb, istehkamlarını gücləndirir…
İndi siz deyin, eyni vaxtda bu qədər anti-Azərbaycan tədbirin baş verməsi təsadüfi sayıla bilərmi? Heç bir şübhə yoxdur ki, Rusiya “sülhməramlılarının” birbaşa rəhbərliyilə həyata keçirilən bu tədbirlər Qarabağdakı erməni separatçılarının mövqeyini gücləndirmək, Qarabağı Azərbaycandan uzaqlaşdırmaq və Rusiyaya daha möhkəm bağlamaq məqsədilə həyata keçirilir.
Ərazisində düşmənin at oynatdığı, gələcək üçün daha ciddi problemlərin bünövrəsinin qoyulduğu dövlətin hakimiyyətinin bütün bu prosesə göz yummağa haqqı yoxdur. Üstəlik, ölkənin suverenliyi və ərazi bütövlüyü üçün ciddi təhlükələrin olduğu bir zamanda hakimiyyətin qətiyyən haqqı yoxdur ki, dövlətin resurslarını müxalifətə və haqqını tələb edən vətəndaşlara qarşı repressiyaya səfərbər etsin. Bu yanlış, anti-xalq siyasətindən dərhal imtina edilməlidir. Qarabağda hər gün böyüyən təhlükə görməzliyə vurulmamalıdır.
Əli Kərimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.