Rus senatör: Dünya kamuoyu ABD’nin Suriye planlarına engel olmalı

Olası Afrin Harekatı hakkındaki düşüncelerimiz

Türk ve Müslüman düşmanı CIA ajanı Richard Clarke BAE emrinde!

ALTIN ORDA DEVLETİ’NİN RUSYA ÜZERİNDEKİ ETKİLERİ

Zorən əməkdaşlıq, yaxud İsrail nədən Ermənistanı əldən vermir

Ermenistan 9 Mayıs 2016
520

Zorən əməkdaşlıq, yaxud İsrail nədən Ermənistanı əldən vermir
gulnarainanc
Aprel ayının əvvəlində Azərbaycan ordusunun Dağlıq Qarabağda apardığı əməliyyatlar zamanı ölkəmizi dəstəkləyənlər dövlətlər,beynəxalq qurumlar və şəxslərə xüsusi diqqət vardı.

İsrail hərbi texnikasının Azərbaycan ordusunun Ermənistan üzərində üstünlük qazanmasına əsas səbəblərdən biri olmasına baxmayaraq, rəsmi Təl Əviv Bakını dəstəkləməyə tələsmədi.

Hətta Prezidentinin ictimai-syasi məsələlər üzrə köməkçisi Əli Həsənov “The Jerusalem Post”a verdiyi müsahibəsində bildirmişdi ki, Azərbaycan strateji tərəfdaşı olan İsraildən Ermənistanın hərbi təxribatı ilə

əlaqədar son hadisələrə münasibətini bildirməyi istəyir.

Amma, rəsmi münasibət əvəzinə İsrailin özündən müxtəlif ranglı siyasətçilər, dünyadakı yəhudi lobbisinin nümayəndələri Təl-Əvivin strateji əməkdaşı Azərbaycanın yanında olmalı

olduqlarını bildirdilər. Qeyd edək ki, Azərbaycan Ermənistan qoşunlarını işğal olunmuş torpaqlarımızdan sıxışdırdığı vaxt İsrail deputatları Tali Ploskov («Kulanu») və David Biton (Likud») İrəvanda idi (1).

Azərbaycana isə həmin vaxt bir qrup israilli jurnalist səfər etmişdi. Bu arada, xatırtladaq ki, son illər İsrail və Qərb mətbuatında Azərbaycan-Ermənistan münaqişəsi haqda obyektiv münasibət, Azərbaycan-İsrail münasibətləri, Azərbaycanda yəhudilərin firəvan həyatı ilə bağlı çoxsaylı yazılar dərc olunub.

Beləliklə, yəhudi lobbisi və İsraildə Azərbaycan haqqında strateji və vacib əməkdaş imici formalaşdırılıb. Təl-Əvivin susmasının ən üstdə olan səbəblərdənn biri o idi ki, İsrail Azərbaycanın hərbi əməliyyatlarda hansı nəticələr əldə edəcəyini gozləyirdi.

Aktiv Azərbaycan İsrail münasibətləri fonunda Təl-Əvivin Azərbaycana aprelin əvvəlində dövlətimiz üçün önəmli olan günlərdə Təl-Əvivin susmasını və Ermənistanla münasibətlərinin məhdud və ehtiyatlı olmasının səbəblərini araşdırmaq maraqlı məsələləri ortaya çıxarır.

Bunun üçün 2008-ci ilə İsraildə Cənubi Qafqaz və Mərkəzi Asiya ilə məşğul olan «Avrasiya-»

şöbəsinin yaradılmasına qayıdaq.

Beləliklə, 2009-cu il avqustun əvvəlində İsrailin Ermənistandakı qeyri –rezident səfiri Şemi Surun İrəvandakı gizli görüşləri ətrafında saysız şaiyələr dolaşdı.

Ş.Sur həmin dövrə qədər İsrailin XİN nazirliyinin mərkəzi apparatı tərkibində olan —Cənubi Qafqaz və Mərkəzi Asiya ilə məşğul olan «Avrasiya-» şöbəsinin rəisi olduğundan onun İrəvana səfəri İsrailin MDB məkanında siyasətinin

hissəsi kimi dəyərləndirmək olar.Təl-Əvivin keçmiş Sovet İttifaqı ölkələri ilə əlaqələrin

möhkəmləndirilməsinin önəmi 2008- ci ilin sonlarından və İsrailin Qəzzədəki

2008-cu ildə keçirilən əməliyatlarından sonra prioritet qazandı. (2)

Təbii ki, İsrailin keçmiş SSRİ məkanında qurduğu siyasət yalnız prezident Şimon Peresin ötən ilin iyununda Bakıya , Astana və Daşkəndə səfəri ilə məhdudlaşa bilməzdi.

Adətən İsrail-Ermənistan münasibətlərinin dinamikliyinlən danışanda İsrailin tərəfdaşları olan Azərbaycan və Türkiyənin Ermənistanla konfliktləri xatırlanır.Bu səbəbdən də İsraili Ermənistandan uzaqlaşdıranvə eyni zamanda Qüdsü İrəvanla əməkdaşlığa məcbur edən başlıca aspektlər diqqətdən kənarda qalır.

Bəzi vacib geosiyasi nüansları nəzərə alaraq İsrail Ermənistanla əlaqələrin aktivləşməsində maraqlıdır və bunlar Azərbaycanla bağlı deyil.Bu əlaqələr nəinki Azərbaycan-İsrail strateji əməkdaşlığının ziddinədir, əksinə onun detalları rəsmi Bakı ilə razılaşdırılıb.

İsrailin Ermənistandakı iqtisadi maraqları çoz azdır. Bu , başlıca olaraq almaz importudur və 2009-cu ilin statistikasına görə ölkələr arasında ticarət mübadiləsinin 90% təşkil edir.

Bu sahədə də son illər potensialın azalması müşahidə olunur. Bunun əksi olaraq Livan, Suriya və İranda bu ölkələrin siyasətinə təsir edəcək erməni icmasının yaşaması İsrailin Ermənistana olan siyasi marağını gücləndirir.

Ermənistanda yəhudi icmasının yalnız qarışıq ailələrdən ibarət 300 nəfər olması

yəhudi lobbisinə bu faktorun İsrail və yəhudi lobbisi iləəlaqələrin təsir fatkoru kimi istifadəsinə imkan vermir. İsrailin və yəhudi ictimaiyyətinin Ermənistana və erməni elementinə etimadsızlığının başqa bir cəhəti isə bu ölkədə antisemitizmin olması və İkinci dünya

savaşında erməni dəstələrinin faşist ordusu tərikbində Avropada yəhudilərin kütləvi qətlində iştirak etməsidir.

Digər tərəfdənsə Ermənistan üçün İran, ərəb ölkələri və Fələstinlə dost münasibətləri olduğu halda İsraillə əlaqələri dərinləşdirmək müşküldür.

Bu səbəb yuxarıda qeyd olunanlarla yanaşı İsraili Ermənistandan uzaqlaşdırır, amma bununla yanaşı Ermənisanı kontrolsuz qoymağa da imkan vermir.

Ermənistanın Yaxın Şərqin bir parçası olması barədə səslənən siyasi və elmi diskussiyalardan yola çıxsaq,o zaman İsrail-Ermənistan münasibətləri başqa müstəvidə götürülməlidir.

Yəhudi dövlətini ilk növbədə narahat edən Erməni Apostol Kilsəsinin Qüds patriarxı simasında vəQüdsün erməni icmasının fələstinliləri dəstəkləməsidir.İsrail hökumətinin Erməni Apostol Kilsəsi (EAK) ilə

münasibətləri yetərincə gərgindir. EAK-ın İsrail hökumti iləəvvəllər də mübahisələri

Fələstin terrorunun qarşısın almaq üçün tikilən ayırıcı divarın inşası zamanı baş vermişdi.

O zaman danışıqlardan sonra sözügedən divar Patriarxiyaya məxsus bağları dolanaraq keçmişdi,amma EAK əmlak mübahisələrinin gələcəkdə də baş qaldıracağını istisna etmir.

Erməni Patriarxlığı ilə Qüds arasında digər mübahisə isə İsrail hökumətinin yəhudilərə torpaqların uzunmüddətli (99 illik) icarəyə verilməsini dəstəkləməsidir. Onların fikrincə bu, Qüdsdəki erməni icmasının sayını azaldacaq.

Qüdsün İsrail və Fələstin arasında bölünməsi baş tutarsa, fələstinlilərə meylli olan erməni icması və EAK ilə İsrail hökuməti arasında yeni münaqişə yaranacaq.

Qüds 4 kvartaldan ibarətdir –yəhudi, müsəlman, xristian və erməni. İsrail bölgü

zamanı erməni sektorunu Fələstinə buraxa bilməz.

Çünki orada yəhudilər üçün müqqədəs olan Tur dağı və zəvvarların Qərbi Qüdsdən Ağlama Divarına uzanan yolu Erməni Patriarxiyasının ərazisindən keçir.

Erməni kilsəsi isə Fələstinin ərazisində qalmağa üstünlük verir. (4)

Ermənistan faktiki olaraq Erməni Patrirxiyası timsalında İsrailin Yaxın Şərqdəki maraqları və təhlükəsizliyinə qarşı çıxır.Rəsmi İrəvan gizlətmir ki,

«Yaxın Şərq münaqişəsinə dair onun fərqli baxışı var və müəyyən tormozlayıcı durum mövcuddur». Eyni zamanda, Ermənistan EAK ilə birgə İsrail-Fələstin danışıqlarında danışıq tərəfi olmağa iddi edir.

İsrail yuxarıda göstərilən faktorları nəzərə alaraq erməni elementini neytralaşdırmaq üçün ona yaxın Şərq münaqişəsində müəyyən rol verə bilər.Bunun üçün Yaxın Şərqdə yaşayan erməni icmalarının ərəbpərəst ,

İran isə iranpərəst mövqeyindən əl çəkməsi lazım deyil. Çünki bu demək olar ki, mümkün deyil.

İsraili Ermənistanla əməkdaşlığa məcbur edən ikinci strateji komponent İranın artan təhlükəsi olduğundan, Ermənistan və EAK-ın Yaxın Şərq münaqişəsində rolunu qəbul edərkən İrana çıxış qazanmalıdır.

Ekspertlər, Ş.Surun İrəvana gizli səfərini şərh edərkən bütün diqqəti görüşün 2008 ilin 15 iyulunda Tehrandan İrəvana uçan İran təyyarəsinin qəzaya uğramasını xüsusi qeyd edirdilər.

İtalyan qəzeti Corriere della Seranın fərziyysinə görə təyyarə İsrailə qarşı vuruşan Livanın şiə Hizbulla təşkilatı üçün silah daşıyırmış. (3)

Elə bu da fikirləri dolaşdırdı və İsraili Ermənistanla əməkdaşlığa məcbur edən başlıca siyasi amillər nəzərdən qaçırıldı. Çünki əvvəldən məlum idi ki,İranın Ermənistana himayədarlığı – dəmir yolunun inşası, qaz və elektrikin ötürülməsi əvəzinə İrəvan güzəştə getməli olacaqdı ki, bunlardan biri də Hizbullah dəstələrinə silah daşınması üçün yeni marşrutun salınması idi.

Təsadüfi deiyl ki, İsrailin xarici işlər naziri Aviqdor Liberman Kanal-9 Tv-nə müsahibələrindən birində bildirib ki, «İranın Tacikistan və Ermənistan kimi ölkələrdə təsirinin olmasını nəzərə almamaq olmaz.

Hələ ki, İranın bu ölkələrdə hansı dərəcədə iştirak etdiyi, İsarilə qarşı terrorçuluq fəaliyyəti aydın deyil».

Livan, Suriya və İrandakı erməni icması Hizbullahın bu ölkələrdəki mövqeyini zəiflətmək üçün də yaraya bilər. Qeyd edək ki, Yəhudi lobbisi və İsrailin Dağlıq Qarabağ münaqişəsinin həllində cəhdləri də İranla bağlıdır.

Azad olunmuş Azərbaycan torpaqları birbaşa İranla sərhəddə çıxacaq.

Eyni zamanda istisna deyil ki, İran nüvə gücünü artıraraq Ermənistanın nüvə sənayesini inkişaf etdirmək niyyətinə düşməyəcək.

Görünür, İranın Ermənistanın nüvə sənayesinə qoşulmasının qarşısın almaq üçün 2 İsrail şirkəti Ermənistan atom elektrik stansiyasının qoruyucu sistemlərinin möhkəmləndirilməsi və yenidən qurulması üçün təşkil olunmuş müsabiqədə iştirak edir. (5)

İsrail üçün prioritet olan İran siyasəti istiqamətində bütün mümkün variantları ,

o cümlədən Tehranın dostları ilə əmkdaşlığı da sınaqdan çıxarır.

İsarilin Ermənistan və Gürcüstandakı keçmiş səfiri Rivki Koenin dili ilə desək,

«İsrail Ermənistanla İran arasında yaranmış xoş münasibətlərdən öz mənafeyi üçün istifadə etməlidir.Yəni, Ermənistan İsraillə İranarasındaolangərginliyinaradaqaldırılmasınaxidmətedəbilər. Göründüyü kimi, israilin Ermənistana etimad göstərməməsi üçün yetərincəəsası var.

Amma eyni zamanda Yaxın Şərqdəki erməni amili Təl-Əvivə Ermənistanı gözdən qoymamağa məcbur edir. Bunu Cənubi Kaliforniya Universitetinin professoru Riçard

Qrayr Dekmejiyanın sözləri dəstiqləyir – «Beynəlxalq münasibətlərin alt sistemində və diplomatiyada Ermənistanın həssaslıq standartları var.

Bu standartlara əsaslansaq, Ermənistanın müstəqil ərazi forması kimi gələcəkdə mövcudluğu sual altındadır.

Yaxın Şərqdə hər hansı dəyişiklik Ermənistana təsir edə bilər. Münaqişənin inkişafı, yaxud ərəb-Israil sülhü Ermənistanın xarici siyasətinə və təlükəsizliyinə təsir edə bilər».(6)

Uzaqgörən xarici siyasətin olmaması, manevr qabiliyyəti və dünya səhnəsində güclərin oyununun dəyişməsinə dinamik reaksiyanın yoxluğu Ermənistanı bütünlükdə erməni lobbisinin təsiri altına alır,

onu nəinki Rusiyanın, hətta İranın da forpostuna çevirir. İndi isə İsrailin oyuna girməsilə, dünya uğrunda mübarizə aparan güclərin imkanları və oyunundan asılı olaraq ya Ermənistan daha bir köləlik əldə edəcək, yaxud İran və Rusiya boyunduruğunu bir qədər azaldacaq.

Demək yerinə düşər ki,İrəvan müstəqil addımlara qadir olmadığından, Ermənistanın

İsrail siyasətinin mümkün istiqamətləri Moskva və Tehranın maraqları çərçivəsində müəyyənləşəcək.

Gülnara İnanc, «Etnoqlobus» Beynəlxalq onlayn informasiya analitik mərkəzinin direktory, politoloq

———————————————————–
Mənbələr
1. http://ethnoglobus.az/index.php/blizhnij-vostok/izrail/item/1595-%D0%B0%D1%80%D0%BC%D1%8F%D0%BD%D1%81%D0%BA%D0%B0%D1%8F-%D0%BF%D1%80%D0%BE%D0%BF%D0%B0%D0%B3%D0%B0%D0%BD%D0%B4%D0%B0-%D0%B8%D0%B7%D1%80%D0%B0%D0%B8%D0%BB%D1%8C%D1%81%D0%BA%D0%BE%D0%BC%D1%83-%D0%B4%D0%B5%D0%BF%D1%83%D1%82%D0%B0%D1%82%D1%83-%D1%81%D0%BC%D0%B5%D0%BD%D0%B8%D0%BB%D0%B8-%D0%BF%D0%BE%D0%BB-%D0%B8-%D1%81%D0%BB%D0%BE%D0%B2%D0%B0

2. http://izrus.co.il/dvuhstoronka/article/2009-01-19/3449.html

3.http://noravank.am/en/?page=analitics&nid=1164

4.http://izrus.co.il/dvuhstoronka/article/2009-08-12/5846.html

5.http://izrus.co.il/dvuhstoronka/article/2009-06-24/5092.htm

6.http://www.gomidas.org/forum/af5c.htm

Yorumlar