KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycan və Ermənistan prezidentlərinin Donald Trampa təbrik

Azərbaycan və Ermənistan prezidentlərinin Donald Trampa təbrik

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
384 0

Azərbaycan və Ermənistan prezidentlərinin Donald Trampa göndərdikləri təbrik mətnlərində oxşar və fərqli məqamlara diqqət yetirdim. Hər iki prezident Amerikanın həmsədrliyinə və münaqişənin həllində oynadığı rola diqqəti çəkiblər. Ancaq bu məktublardakı yeganə oxşarlıqdır. İlham Əliyev məktubunda Azərbaycan torpaqlarının Ermənistanın işğal altında qalmasından və bir milyon qaçqının varlığından söz açarkən, Serj Sərkistan münaqişənin detallarının üzərindən sükutla keçib. İlham Əliyev ABŞ-ın Minsk Qrupunun həmsədri kimi Trampın rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcəyinə ümid etdiyini deyərkən, Serj Sərkisyan yenə müdrikcəsinə susub. Görünür, Sərkisyan Trampdan mədət umduğunu gizlətməklə Rusiyanın qınağına tuş gəlmək istəyib. Əks halda Kreml Sərkisyandan soruşa bilərdi ki, Sən kimsən ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikadan yardım istəyirsən?

Buna baxmayaraq, Serj Sərkisyan Trampa təbrik məktuubnda iki hiyləgər cümlə işlədib. Birinci cümləsində deyib: “ABŞ 25 ildir Ermənistan demokratiyasının və iqtisadiyyatının formalaşmasında mühüm rol oynayır”. Yəni Sərkisyan bununla demək istəyib ki, bundan sonra köməyinizi kasıb Ermənistandan əsirgəməyin. Sərkisyan ikinci cümləsində isə vurğulayıb ki, “iki dövlət arasındakı əməkdaşlıqda Amerikada yaşayan ermənilərin həmişəki tövhəsi nəzərə alınacaq”. Bu Trampa incə mesajdır ki, bəs Amerikada böyük gücə sahib olan erməni lobbisinin maraqları nəzərə alınmalı və erməni lobbisinin iki əsas düşməni – Türkiyə və Azərbaycanla münasibətlərdə diqqətli olmalısınız.

Tramp erməni lobbisi fırlayan birisinə bənzəmir. Onun seçkiqabağı kampaniyasında erməni lobbisinin təmsilçiləri ilə sıx əlaqələrinə dair informasiya da yoxdur, tam əksinə Hillari Kliton Nyu-York konqresmeni kimi ermənilərə bir sıra vədlər vermişdi. Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir