KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. YOLA DAVAM!

YOLA DAVAM!

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
296 0

Beləliklə, Qərbi Kaspi Universitetində 1 illik pedaqoji fəaliyyətim başa çatdı. Bu bir ildə işim xeyli artdı, pedaqoji fəaliyyət xeyli vaxtımı və enerjimi aldı, üstəgəl təsisçinin təklifi ilə Universitet nəzdində Tətbiqi Politologiya Mərkəzini yaratdıq. Məqsədim siyasi elmlərdə təhsil alan fəal tələbələri müəyyənləşdirib politoloji təhlillərə təşviq etmək idi. Şadam ki, bir qrup tələbənin potensialını dəyərləndirib onları yazı yazmağa, təhlillər aparmağa həvəsləndirə bildim. Bu, tələbələr arasında sağlam rəqabət mühitinin yaradılmasına da şərait yaratdı.

Tələbə – ekspertlərin yazıları müxtəlif sayt və qəzetlərdə yayınlandı (buna görə jurnalist dostlarıma təşəkkür edirəm), bir neçə televiziya kanalında çıxışları oldu, dərgimizi nəşr etməyə başladıq, müxtəlif dəyirmi masalara qatıldıq, konfrans və seminarlar keçirdik. Tələbə-ekspertlərimizi az da olsa cəmiyyətdə tanıdılar. Aramızda 25-28 illik fərqin olmasına baxmayaraq tələbə-ekspertlərlə dostluq münasibətləri qurduq. Əhatə dairəmin genişlənməsindən sevindim. İndi isə məzuniyyət vaxtım gəldi, inşallah sentyabr ayından yola davam! Bu arada fəal ekspertlərimizdən ikisini (Ağa Zeynalov və Turan Rzayev) vətənə xidmətə yola saldıq. Vətənə xidmət edib sağ-salamat geri dönsünlər. Onların dəyərli fikirlərinə, araşdırmalarına ehtiyacımız var!

Gələcək nəsil bizi əvəz edəcək. Mediadakı dostlarımdan Mərkəzimizin ekspertləri ilə əməkdaşlıqlarını davam etdirmələrini rica edirəm! Məni bu işdə tək buraxmayan ekspert dostlarıma – Nəzakət Məmmədovaya, İlqar Vəlizadəyə, Elnur Eltürkə dərin təşəkkürümü bildirirəm! Dəstəyinizi gənclərdən əsirgəməyin! Bacarıqlı və zəhmətkeş gənc politoloqları indidən cəmiyyətə tanıtmaq lazımdır. Onların fikirləri bizə də lazımdır, Sizə də! Vaxt gələcək onları bizi əvəz edəcək.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir