Rusya Savunma Bakanlğı basın danışmanı, Bakan Şoygu’nun Akar, Fidan ile görüşmelerin fotoğraflarını yayınladı

Rusya Savunma Bakanlığı’ndan Akar ve Fidan ziyareti açıklaması: Görüşmeler yapıcı şekilde gerçekleştirildi

Balkan barışını dinamitleyen Sırp politikacı suikastı

ARADA KALAN TÜRKİYE: AFRİN-RUSYA/ MENBİÇ-ABD

Sarkisyan savaştan korkuyor

Ermenistan 28 Ocak 2017
503

Ermənistan prezidenti Serj Sərkisyan bu gün Ermənistan ordusunun yaranmasının 25 illiyə ilə bağlı uzun və mənasız nitq söyləyib. Ancaq bu nitqdə iki cümlə diqqətimi çəkdi. Sərkisyan birinci cümləsində deyib ki, “yeni müharibə Qarabağ probleminin həllin kömək etməyəcək, əksinə vəziyyəti daha da çıxılmaz duruma sürükləyəcək”. Sərkisyanın ikinci cümləsi isə belədir: “Dağlıq Qarabağ ətrafındakı təhlükəsizlik zolağı bizim üçün vacibdir. Biz növbəti və uzun müharibəni yenə də mətbəximizin içində aparmaq istəmirik”.

Birinci cümlə əslində onun etirafıdır ki, müharibə riski yüksəkdir və Sərkisyan erməni ictimaiyyətini yeni müharibəyə hazırlayır. Yəni bu subyekt Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılmasıyla yarana biləcək sülhün yerinə ac-yalavac xalqını ölümün pəncəsinə atacağının anonsunu verir. İkinci cümlənin açması isə odur ki, adını “təhlükəsizlik zolağı” qoyduğu Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı hələ uzun müddət işğal altında saxlamaq istəyir ki, bunun əvəzinə Azərbaycandan Dağlıq Qarabağın statusunu qopara bilsin. Ancaq bunun mümkün olmadığını özü də anlayır. Ona görə də bizim Sərkisyanın “mətbəxinin” (oxu: Xankəndinin) ətrafını boşaltmaqdan başqa alternativimiz qalmayıb. Elhan Şahinoğlu

Yorumlar