Türkiyə bu seçkilərə hazırlaşa bilmədi”

Эксперты прогнозируют победу Эрдогана на президентских выборах в Турции

Beşinci Nesil Uçaklara üzerine : F 35 – Su 57 (Birinci Bölüm)

Güney Kore Cumhurbaşkanı Moon’un Rusya Ziyareti

Yazarımız Elhan Şahinoğlunun kitabı: Aprel Ateşkesi

Azerbaycan 22 Mart 2017
433

2016 yadda qalan il oldu. Cəbhə bölgəsində 4 günlük aprel döyüşləri Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratdı. “Əgər strateji yüksəkliyi geri qaytarmaq və 20 ildən çox boş qalan kəndi məskunlaşdırmaq mümkündürsə, işğal altındakı başqa əraziləri də azad etməyə gücümüz çatar” fikri cəmiyyətə hakim oldu. Ancaq 2016-cı ildə ümidlə yanaşı ümidsizlik də yaşandı. Aprel savaşından sonra böyük dövlətlərin işğalçı Ermənistana təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına olan ümidlər özünü doğrultmadı. Bəlli oldu ki, hətta müharibə təhlükəsi də həmsədr dövlətlər – Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarını Ermənistan hakimiyyətini yola gətirməyə kifayət etmir. Vasitəçilərin iştirakı ilə prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri nəticəsiz qaldı.
Aprel döyüşlərindən sonra Rusiya Ermənistana hərbi dəstəyini artırdı. Rusiya Ermənistanda əvvəlcə “İsgəndər” raketlərini yerləşdirdi, daha sonra silah almaq üçün İrəvana 200 milyon dollar kredit ayırdı. Üstəgəl, rusiyalı rəsmilərin il ərzində verdiyi açıqlamalar Moskvanın münaqişənin həllinə marağının olmadığını göstərdi.
Rusiyanın Ermənistanda “İsgəndər” raketlərini yerləşdirməsi yaxın tarixdən başqa bir hadisəni xatırlatdı. Mərhum dövlət başçısı Heydər Əliyev Moskvanın keçmiş meri Yuri Lujkovla Bakıda görüşərək, ona Rusiyanın Ermənistana verdiyi qanunsuz silahların geri qaytarılmasında heç bir nəticə əldə olunmadığını, əksinə, bu ölkəyə S-300 raket komplekslərini, yeni MiQ qırıcılarını göndərdiyini vurğulayır. Heydər Əliyev etirazını bu şəkildə bildirir: “Başa düşmürəm, Rusiyanın silahları bu qədər çoxdur ki, istədiyi ölkəyə paylayır? Bu siyasət düzgün deyil. Əksinə, Qafqazı silahsızlaşdırmaq, bölgədə sabitlik yaratmaq gərəkdir”. Cavabında məsələyə açıqlama vermək səlahiyyətində olmadığını bildirən Yuri Lujkov isə ikiüzlülük edir. Çünki bundan bir qədər əvvəl İrəvana səfər edən Moskvanın keçmiş meri ölkəsinin Ermənistanla hərbi əməkdaşlığından məmnun qaldığını bildirmişdi.
Ermənistan müstəqillik qazandıqdan bu yana Rusiyanın dəstəyinə görə özünü arxayın hiss edir. Rusiya Ermənistan üzərindən dəstəyini çəkərsə, Azərbaycan qısa müddətdə torpaqları işğaldan azad edə bilər. Bunun üçün ordunun tamamən Dağlıq Qarabağı azad etməsinə də ehtiyac yoxdur. Azərbaycan ordusunun Dağlıq Qarabağ ətrafındakı rayonları azad etmək məqsədilə həyata keçirəcəyi uğurlu əməliyyatlar rəsmi İrəvanın danışıqlardakı mövqeyini dəyişəcək. Onsuz da hadisələrin inkişafı məhz buna doğru gedir.
Beynəlxalq təşkilatların xətti ilə 1998-ci ildə Ermənistana getdim. İrəvanda Ermənistanın o zamankı prezidenti Robert Köçəryan və o zamankı daxili işlər və təhlükəsizlik naziri, indiki prezidenti Serj Sərkisyandan müsahibə almaq imkanım oldu. Hər iki müsahibim suallarıma cavab olaraq “xalqların özmüqədərratını təyin etmək hüququ var” deyib dururdular. Ancaq onlara “xalqların özmüqədərratını təyin etmək hüququnun” azərbaycanlılara qarşı soyqırımlar, etnik təmizləmələr və Dağlıq Qarabağa aidiyyatı olmayan ərazilərin işğalı hesabına başa gəldiyini xatırlatdıqda əsəblərini cilovlaya bilmədilər. Hər ikisinin cavabı oxşar idi: “Biz nə əldə etmişiksə, qanla əldə etmişik”. Yəni demək istəyirdilər ki, “vuruşmuşuq, döyüşmüşük, insanları öldürmüşük, etnik təmizləmə həyata keçirmişik, ətrafı da işğal etmişik” və buna görə masa üzərində istədiklərimizi əldə etmədən geri addım atan deyilik. İllərdir danışıqların nəticəsiz qalması separatçıların məhz bu baxışının dəyişməməsi ilə əlaqəlidir. Elə bilirlər ki, həmişə belə olacaq, status-kvonu sonsuza qədər uzatmaq mümkündür.
Ermənistanda hardasa anlayırlar ki, hər istiqamətdə itkiləri çoxdur, müharibə vəziyyətində səfalətdən yaxa qurtara bilməyəcəklər, demoqrafik vəziyyətləri bərbaddır, Azərbaycan və Türkiyə ilə düşmənçilik onları geri salır, 1990-cı illərin əvvəllərində əldə etdiyi “qələbə” onları məğlubiyyətə aparır. Buna rəğmən, öz əhalisini əsarətdə saxlayan separatçılar məntiqin gücünü qəbul etmək istəmirlər. Demək, bizim amalımız həmin məntiqi zorla separatçılara anlatmaq olmalıdır.

Yorumlar