KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Vaşinqton və Moskva: Qarabağ məsələsində tərəfdaşdırlar, yoxsa rəqiblər?

Vaşinqton və Moskva: Qarabağ məsələsində tərəfdaşdırlar, yoxsa rəqiblər?

Hasan Oktay Hasan Oktay - - 8 dk okuma süresi
399 0

Vaşinqton və Moskva: Qarabağ məsələsində tərəfdaşdırlar, yoxsa rəqiblər?
elhan
Vaşinqton Rusiyanı bütün perimetr boyunca sıxışdırır. Vaşinqton əvvəlcə Rumıniya və Polşada raketlərdən müdafiə sistemləri yerləşdirməyə qərar verdi, ardından Baltik ölkələrində və Gürcüstanda hərbi təlimlər keçirtdi. ABŞ prezidenti Barak Obama mayın 23-də Vyetnama səfər etdi. ABŞ 1963-1974-cü illər arasında Vyetnamda komunistlərlə qanlı savaş apardı, müharibədə onminlərlə amerikalı hərbçi və milyonlarla vyetnamlı həlak oldu. ABŞ Vyetnamla diplomatik münasibətləri 1995-ci ildə bərpa etdi. İndi isə üstündən az qala 40 il keçdikdən sonra Vaşiqnton müharibə etdiyi kommunist rejimə silah satmağa qərar verib.
Vaşinqtonun Vyetnamla əlaqələrini intensivləşdirməsinin iki praktik marağı var.
Birinci maraq odur ki, Vaşinqton Çinlə Vyentam arasında bəzi ərazilərlə bağlı mübahisədə ikinci dövlətin tərəfini tutur. Təsadüfi deyil ki, amerikalı hərbçilər vaxtilə günahsız vyetnamlıları qətlə yetirmələrinə rəğmən, aparılan sorğuların nəticəsinə görə, vyetnamlıların indiki nəslinin təxminən 70 faizi Amerikaya simpatiya ilə yanaşır.
Vaşinqtonun Vyetnama silah satmasının ikinci marağı isə Rusiya-Vyetnam hərbi əməkdaşlığını zəiflətməkdir. Məsələ burasındadır ki, Rusiya Vyetnama milyardlarla dollar silah satır. Rusiya uzun illər ABŞ-ın Vyentama silah satmaq qadağasından öz məqsədləri üçün istifadə edib. İndi isə ABŞ bu bazarda da Rusiyanı sıxışdıracaq.
Əslində Azərbaycan da Vyetnam kimi ABŞ-dan silah almaq istəyərdi. Ancaq bunun üçün Konqresin qərarı lazımdır. ABŞ-ın Azərbaycana silah satmaması Rusiyanın xeyrinədir. Çünki ABŞ Azərbaycana silah satmadığı halda, Rusiya Azərbaycana satdığı silahdan milyardlarla dollar gəlir əldə edir. Halbuki, bu gəliri ABŞ əldə edə bilərdi, üstələg də bu Azərbaycan-ABŞ strateji əməkdaşlığına müsbət təsir edərdi.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya ilə rəqabət aparmır. Əksinə, hər iki dövlət Cənubi Qafqazda müharibədə maraqlı deyil. Rusiya ona görə müharibədə maraqlı deyil ki, Ukrayna və Suriyanın ardından Cənubi Qafqazda yeni enerji – fiziki və maliyyə itkisinə yol vermək istəmir. Amerika isə müharibədə ona görə maraqlı deyil ki, Azərbaycan bölgənin açar dövlətinə çevrilib və enerji resursları dünya bazarlarına çatdırılır. Müharibə isə bu planlara ziyan vura bilər. Amerika həm də ondan ehtiyat edir ki, müharibə başlayarsa İran Cənubi Qafqaza daha çox nüfuz etməyə çalışacaq. Rusiya ilə Amerikanı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə biganə qalmaları da birləşdirir. Hər ikisi sadəcə, atəşkəsin qorunmasını istəyirlər. Ancaq Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılması məqsədilə Ermənistana təzyiq etmək nə Moskvanın gündəmində var, nə də Vaşinqtonun. Rusiya prezidenti Vladimir Purtindən fərqli olaraq ABŞ prezidenti Barak Obamanın heç zaman Dağlıq Qarabağla bağlı açıqlama verməyib.
Buna baxmayaraq, Vaşinqton Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində təkbaşına vasitəçiliyinə də seyrçi qalmaq istəmir. 6 apreldə atəşkəsin əldə olunması Rusiya prezidentinin xidməti idi. O Azərbaycan və Ermənistan prezidentlərinə zəng etdi, nəticədə tərəflər atəşkəsə razılıq verdilər. Daha sonra hər iki ölkənin baş qərargah rəisləri Moskvaya dəvət olundu. Üstəgəl, bu müddətdə Bakı və İrəvana da səfər edənlər əsasən rusiyalı rəsmilər idi. Ona görə də Vaşinqton gec də olsa prosesə qoşuldu. Böyük ehtimalla Dövlət Departamenti və Pentaqon Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının artdığını gördükdə Barak Obamaya bu bölgədə fəal olmağı məsləhət bildilər. Nəticədə ABŞ dövlət katibi Con Kerri vəziyyətlə maraqlanmağa başladı, həm Azərbaycan və Ermənistan prezidentlərinə zəng etdi, həm də böyük ölçüdə Vyanadakı görüşün əsas təşəbbüskarlarından biri oldu. Doğrudur, Vyana görüşündən nəticə çıxmadı, ancaq ən azı Kerri prezidentlərin görüşündə iştirak etməklə ABŞ-ın da vəziyyətdən narahat olduğuna işarə vurdu. Daha sonra ABŞ vitse-prezidenti Cozef Baydenin Azərbaycan və Ermənistan prezidentlərinə telefon zəngi bir daha onu göstərdi ki, Vaşinqton Moskvanın təkbaşına vasitəçiliyində deyil digər həmsədrlərlə birgə fəaliyyət göstərməsində maraqlıdır.
Əlbəttə, Azərbaycanın da maraqlarına cavab vermir ki, Moskva münaqişənin həllində təkbaşına vasitəçilik etsin. Çünki, Moskvanın münaqişənin həlliylə bağlı Bakıya ağır şərtləri var. Bu şərtlər arasında Azərbaycan ərazisində yalnız rusiyalı sülhməramlı qüvvələrin yerləşdiriləsindən tutmuş “paket həll variantının” ağırlıq qazanmasına qədər bəndlər yer alır. Bu şərtlərin heç biri Azrbaycanın maraqlarına cavab vermir. ABŞ-ın özü də Azərbaycanda rusiyalı sühməramlı qüvvələrin yerləşdirilməsini istəmir. Ona görə də Vaşinqtonun Moskvanın təsirlərini neytrallaşdırması Azərbaycanın maraqlarına uyğundur. Ancaq bu amilin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirəcəyini söyləmək çətindir. Azərbaycan üçün önəmli olan ilkin şərt irəli sürülmədən Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasıdır. Bu məsələdə isə rəsmi Bakı nə Rusiyadan, nə də hələ ki, Vaşinqtondan dəstək alır.
Bu arada, Ermənistan hakimiyyəti iyun danışıqlarına hazırlıqsız gedir. Ermənistan prezidenti Serj Sərkisyanın işğal altındakı 5 rayonu qeyd-şərtsiz azad etmək kimi fikri yoxdur, əvvəlkitək status məsələsindən ikiəlli yapşıb. Sərkisyan da bilir ki, iyundan sonra iyul və avqust ayları onun üçün və ölkəsi üçün ağır keçəcək. Ona görə də mümkündür ki, iyul və avqustu gözləmədən iyun ayı ərzində cəbhə bölgəsində hansısa təxribat baş versin. İrəvanın məqsədi bu təxribata görə məsuliyyəti Azərbaycana üzərinə qoymaqdır. Çünki Ermənistanın təxribatına Azərbaycan ordusu yenə əks-hücumla cavab verəcək. Sərkisyan düşünür ki, böyük dövlətlər bu dəfə də rəsmi Bakıya təzyiq edib, atəşkəsə riayət etməyə çağıracaqlar.
Rəsmi Bakı isə əksinə iyun danışıqlarına qədər təmas xəttində sakitliyi qoruyacaq. Bunun bir səbəbi iyunun ortalarında Bakıda keçiriləcək Formula-1 yarışlarıdırsa, digər səbəbi Azərbaycan hakimiyyətinin danışıqlara sadiq qaldığını göstərməkdir.
Elhan Şahinoğlui “Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir