KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Rusiya istəsə münaqişə qısa zamanda həll olunar

Rusiya istəsə münaqişə qısa zamanda həll olunar

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
381 0

Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşündə iki məqam diqqətimi çəkdi. Birinci məqam elə Rusiya prezidenti Vladimir Putinin dilindən səsləndi. Azərbaycan prezidenti İlham Əliyevlə görüşə “ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək” ifadəsi ilə başlayan Putin Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişafını müzakirə edəcəklərini, o cümlədən Moskva və Bakının gələcək üçün çoxlu birgə planları olduğunu dedi. Bu cümlələrdə o qədər böyük yük var ki, prezidentlərin görüşünün mətbuat üçün qapalı hissəsində hər iki tərəfi narahat edən bütün mövzuların müzakirə edildiyini proqnozlaşdırmaq olar. Narahatedici mövzuların tamamı hamımıza bəllidir. Bu mövzular barədə illərdir ayrı-ayrılıqda yazırıq, açıqlama veririk.

Prezidentlərin görüşü ilə bağlı ikinci məqam mətbuata verilən açıqlamalıdır. Açıqlamanın ilk cümləsində deyilir: “Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib”. Bu Azərbaycan prezidentinin və digər rəsmilərimizin rusiyalı həmkarlarıyla müzakirə etdiyi başlıca mövzudur. “Rusiya istəsə münaqişə qısa zamanda həll olunar” – yanaşması hələ köhnəlməyib. Yetər ki, istəsin. Elə problemin kökü də bundadır ki, Rusiya hələ istəmir, istəsə də Azərbaycana elə ağır şərtlərini irəli sürür ki, bunlara “hə” demək Azərbaycanın Ermənistanın gününə düşməsinə gətirib çıxaracaq. Kreml istəsə erməni separatçılarının girov saxladığı iki vətəndaşımızı da asanlıqla azad edə bilər. Bunun üçün Putinin erməni həmkarına bir telefon zəngi kifayət edər. Ancaq hələ bunu da istəmir, istəsə bizim də azad edə biləcəyimiz şəxs var və onun ismi Putinə bəllidir.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir