KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. UĞURLU YOLDA 50-Cİ ADDIM

UĞURLU YOLDA 50-Cİ ADDIM

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
331 0

Sovet sosialist sistemi qurulandan üzü bu yana milli, mənəvi və mədəni dəyərlərimiz yox edilməyə çalışılmış, hər fürsətdə inancımıza və adət ənənələrimizə qadağalar qoyulmuşdur. Məscidlərimiz bağlanmış bir çox bidətlər din adı altında xalqımıza aşılanmışdır. Öz inancını yaşamaq istəyənlərə isə müxtəlif cəzalar tətbiq olunmuşdur. Sovetlər sistemi dağıldıqdan sonra da qərb mədəniyyəti duyğularımıza hakim olmağa başladı. Beləliklə xalqımız bir boşluq içərisində qaldı. Kim nə edəcəyimi bilmədi. İslam dini, müsəlmanlıq bir vəhşilik kimi göstərilməyə çalışıldı. Harda bir faciə baş versə bir müsəlman üzərinə yıxıldı. Bunu etməyə çalışanlar yaxşı bilirdilər ki, əgər insanlar İslamla tanışsalar onlar hegemonluq edə bilməyəcəklər. Bunun üçün də müsəlmanları bölməyə, bir-birinə düşmən etməyə çalışırlar. Mədəniyyətin beşiyi sayılan Suriyanı, İraqı, Fələstini cəhənnəm çüxuruna döndərdilə. Şiə-sünnü qarşıdurması yaradaraq iki qardaşı bir-birinə qırdırdılar. Bunu etmək üçün də ən asan vasitə olan mediadan istifadə etdilər. “Charlie Hebdo” kimi jurnallarda insanlıq dağının zirvəsi olan Hz. Muhamməd (s.ə.s)-in karikaturasını çəkdirərək, bəşəriyyətə böyük töhfələr vermiş bütöv bir İslam ümmətinə dil uzadaraq müqəddəsatımızı təhqir etdilər.
Bizlər də Uca Yaradanın Fussilət surəsinin 33-cü ayəsində buyurduğu: “(İnsanları)Allaha çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl danışan kim ola bilər?!” ayəsini əsas alaraq milli və mənəvi dəyərlərimizi xalqımıza düzgün bir şəkildə çatırmağı özümüzə borc bildik.
Bir ovuc xidmət insanının əzm və cəhdləri ilə 2006-cı ilin sonlarından öz nəşrinə başlayaraq öncələri üç ayda bir daha sonra iki ayda bir olmaq üzrə nəşr olunan UĞUR junalı ilə evinizin qonağı olduq. 10 il ərzində hər sayımızda ayrı bir həvəslə sizin görüşünüzə tələsdik. İlk sayımızı “Müsəlmanın iki bayramı var: Qurban və Ramazan” başlığı ilə sizlərə təqdim etdik. Israfa yol verərək bayram adı altında canfəşanlıqla qeyd etdiyimiz günlərin İslama bir aidiyyəti olmadığını qeyd etməyə çalışdıq. Daha sonra “Əhli beytə məhəbbət”imizi dilə gətirərək sizləri həzrəti peyğəmbərin ailəsi ilə daha yaxından tanış etməyə çalışdıq. Onlara duyulan məhəbbətin üstünlüyünü vurğulamaq istədik. “İslam və qardaşlıq” deyərək müsəlmanların qardaşlığının əhəmiyyətini dilə gətirdik. Xeyriyyəçilik, elm, halallıq kimi mövzuları qələmə alarkən İslamın insanlarla əlaqəli bütün mövzulardakı həssaslığını sizlərə çatırmaq istədik. Qloballaşan dünyamız, texnologiya kimi mövzulara toxunarkən müsəlmanın və eləcə də hər bir kəsin dünyadakı vəzifələrinə nəzər saldıq. Mədəniyyətimizə nur saçan dahilərimizi, tariximizi əsla unutmadıq. Mübarək gün və gecələrimizi sizlərlə birlikdə əhya etdik. Cəmiyyətin təməli ailə və övlad tərbiyəsi mövzusundakı nömrələrimizdə cəmiyyətə faydalı insanlar yetişdirmək barədə sizlərlə mütaliələrimiz oldu.
Bəli əziz dostlar! Geriyə dönüb nəzər saldıqda keçdiyimiz illər ərzində “Uğur” jurnalının bizi birləşdirən dəyər olduğunun fərqinə vardıq. Hər il “Uğur Ailəsi”nə daxil olan onlarla, yüzlərlə oxucu ilə tanışlığımız bizə yeni həyəcan yaşadır. Ölkəmizin istənilən şəhərinə, rayonuna gedin, hətta ən ucqar kəndlərində belə mütləq “Uğur” oxuyanların varlığını görərsiniz. Hər kənddə, hər şəhərdə qapısını rahatlıqla döyəcəyimiz Uğur jurnalı aşiqi gözəl insanlarla tanış olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirik. Məhz bunun üçün də bu sayımızı Uğurlu yolda 50-ci addım adlandırdıq.
İçkinin, qumarın, zinanın nə qədər çirkin bir əməl olduğunu oxuyub zərərli vərdişlərdən çəkinənlərin xəbərini alırsınız. Belə bir xeyirli işdə azacıq da olsa əməyimizin olduğuna görə Allaha nə qədər şükür etsək yenə də azdır…
Bizlər keçən bu 10 il ərzində qərb mədəniyyətini deyil mədəniyyətlərin ən gözəli İslam mədəniyyətini duyurmağa çalışdıq. Bunun da sizlərin sayəsində bəhrəsini görürük.
Siz dəyərli oxucularımızın dəstəyi ilə daha da irəli gedəcəyimizə inanırıq. Haci Bekiroğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir