Papalık Masonluk savaşında İngiliz Masonlarının Vatikan karşıtlığı!

Moskova Belediyesi Milletler Evi’nde Türk Müziği Konseri düzenlendi

Rus senatörden Yunanistan tepkisi: Türkiye tatilini seviyoruz

Yayınımız ses getirdi ‘Akın İpek’e Londra’da ev hapsi’

Türkmənistan prezidenti Azərbaycana gəlir

Azerbaycan 5 Ağustos 2017
119

Türkmənistan öz qazını yalnız Rusiya ilə deyil, başqa marşrutlarla da dünya bazarlarına çatdırmaq istəyir. Rusiyadan asılılıq Türkmənistana baha başa gəlir, “Qazprom” şirkəti kefi istəyəndə türkmən qazını alır, kefi istəməyndə isə boru xəttinin fəaliyyətini dayandırır. Bu isə Türkmənistanda iqtisadi vəziyyəti ağırlaşdırır. Aşqabadın Rusiyanın boru xətti asılılığından qurtulması üçün Xəzərin dibi ilə boru xəttinin tikintisinə razılaşması vacibdir. Aşqabadın Avropaya ünvanlanmış “gəlin qazımı sərhəddən alın” təklifinə heç kim razılaşmayacaq. Xəzərin dibi ilə boru xəttinin tikilməsi üçün Türkmənistanın Avropa, Türkiyə və Azərbaycanla səylərini birləşdirməsi və bu qüvvələrin özlərində təpər tapıb birlikdə Rusiyaya “bizim daxili işimizə qarışma, Xəzərin dibi ilə boru xəttinin çəkilməsinə mane ola bilməzsən” demələri lazımdır.

Elhan Şahinoğlu


Elhan Şahinoğlu

Yorumlar