Putindən sonrakı Rusiya necə olacaq?

Hocali Moskova’da anıldı

Avrasya Kombat ciu-citsu federasyonun yeni başkanı Aqil Acalov seçildi

Yeni okumalar ışığında Ziya Gökalp

Türkmənçay müqaviləsi

Azerbaycan, Gündem, İran, Rusya 11 Şubat 2018
28

Azərbaycanda saxta bir tarix uydurmuşlar ki, guya Türkmənçay müqaviləsi ilə Azərbaycan adlı bir ölkə parşalanmışdır. Halbuki, Türkmənçay müqaviləsi olmasaydı, indi Azərbaycan adında müstəqil bir ölkə olmayacaq və ölkənin başkəndi Bakı tamamən fars dilli şəhər olaraq Bakı nefti də farsların əlində və farscanın amaclarına xidmət edəcəkdi. Türkmənçay öncəsi tarixə bir nəzər salıb və “parçalanmış Azərbaycan” yalanı üzərinə bilgi alış-verişində bulunalım:
1722-ci ildə Səfəvilər dövləti tarixdən silinir və əfqanlar başkənd İsfanı işğal edərək 8 il boyunca ölkəni idarə edirlər. 1722-ci ildən etibarən başlayaraq 1828-ci ilə qədər Qafqaz əsla mərkəzləşmiş bir dövlətə tabe olmur. Ortada qısa sürəliyinə Avşar Şah Qafqazı öz dövlətinə bağlamağa çalışdı. Bu da çox qısa sürdü. Avşar Şahın öldürülüşündən sonra ölkə paramparça oldu. Əfqan xanlığı, Qarabağ, İrəvan, Təbriz, Zəndiyyə, … xanlıqları ortaya çıxdı. Bu xanlıqlar dövlət və yarı dövlət kimi özlərini aparırdılar. Özəlliklə Rusiyayla sıx münasibətlər qururdular. Artıq Qafqazda 110 il boyunca tamamən fərqli bir nəsl ortaya çıxmış və İran mərkzəli dövlətlərə tabe olmaq istəmirdilər. Bunun əsas səbəbi Qafqazda ortaya çıxan kültür fərqliliyi idi. Rusiyayla sıx əlaqədə olan Qafqaz xanlıqları Səfəvi mirasdarlığı edən Qacarlara qatılmaq istəmirdilər. Qacar da özünü Səfəvi dövlətinin varisi bildiyi üçün Qafqazla ilgili ərazi iddiasında bulunmaqdaydı. Lakin Qacarın iddiasının heç bir hüquqi əsası yox idi. Səfəvi dövlətinin yox oluşundan 110 il zaman keçmişdi və Səfəvi dövlətiylə bağlanan dövlətlər arası müqavilələrin hamısı ı\ğv edilmişdi. Qacarın ərazi ərazi iddiasına ilk qarşı çıxan Qarabağ, Gəncə və digər xanlıqlar idi. 1828-ci il müqaviləsi ilə Qacarlar öz iddialarından vaz keçdilər və Qafqaz Rusiyanın idarəsinə keçdi. Gerçək tarix budur. Azərbaycan adında nə bir dövlət, nə də ölkə olmuşdur. 1918-ci ilə qədər də heç bir rəsmi sənəddə “Azərbaycan” sözü ilə qarşılaşılmamaqdadır. Rusiyadakı inqilab üzündən 1918-ci ildə boşluq ortaya çıxdı və Qafqazdada üç ölkə tarixə girdi. Hələ də oranın Azərbaycan adlandırılmasıyla bağlı mənim üçün tutarlı bilgi və bəlgə yoxdur. Oranın tarixi adı Şirvan adlı ölkə ikən nədən Azərbaycan adlandırılmalıydı? Şirvan adı Azərbaycan adından daha tutarlı, daha tarixi və mədəni addır. Azərbaycan adının Qafqaz tarixi xatirələri ilə bağlı bir bağlantısı olmamışdır. O zaman “parçalanmaış Azərbaycan” yalanı haradan meydana çıxdı? Sovetlər zamanında “Bütöv Azərbaycan” məsələsi necə ortaya çıxdı? “Cənubi Azərbaycan” streotipi sovetlərin İran və Amrikaya qarşı ortaya atdığı xarici siyasət stratejilərindən biri idi. Muhəmməd Müsəddiq İranda baş nazir olduqdan və nefti milliləşdirdikdən sonra Şah qaçdı. Müsəddiq Amerika və İngiltərəyə qarşı sovetlərdən yardım istəməkdə idi. Kommunist partiyasını sərbəst buraxdı və hətta kommunistlərdən də kabinetə yerləşdirmək üzrə idi. Lakin Amerika və İngiltərənin girişimi ilə 1953-cü ildə hərbi çevriliş oldu. Müsəddiq uzaqlaşdırılıdı və tamamən Amerikan yanlısı bir dövlət yenidən iş başına gəldi. Bu zaman sovetlərin dış politikası üzərinə Moskva radiosunun İran bürosunda azərbaycan dilində “İranın milli səsi radiosu” adında radio verilişləri hazırladılar. 1991-ci ilə qədər bu veriliş davam etdi. Bakı radiosunda da “Cənubi Azərbaycan Redaksiyası” təşkil etdilər. Moskvanın izni olmadan bunlar edilərmiydi? “Həsrət ədəbiyyatı” da bu zamandan sonra ard-arda yazılmağa başlayır. Dərin sovet dövləti üçün “Cənubi Azərbaycan” məsələsi ABŞ-İran birliyinə qarşı bir təhdid stratejisi idi. Sovetin bu planı Azərbaycanda əhalinin duyquları ilə örtüşdüyü üçün dərhal xalq tərəfindən qəbul edildi. Oysa bölünmüş Azərbaycan deyə bir ölkə yoxdur.
Güntay Gencalp

Yorumlar