KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Türkiyedeki Azerbaycan Türkü talebeler zor durumda

Türkiyedeki Azerbaycan Türkü talebeler zor durumda

Hasan Oktay Hasan Oktay - - 9 dk okuma süresi
356 0
Manat Türkiyədəki tələbələrimizi necə vurdu: – “qayıdanlar var…”

 

Manat Türkiyədəki tələbələrimizi necə vurdu: - “qayıdanlar var...”

Turan Agentliyinin fotoqrafı Etimad Budaqov Türkiyədəki tələbə həyatı haqda danışır.
Onu media camiəsi və ictimai-siyasi fəallar daha yaxşı tanıyırlar. Bakıdakı az qala bütün aksiyalarda Turan Agentliyinin fotoqrafı Etimad Budaqovu görmək olurdu. Hər zaman öndə olurdu və ən əsas türklər demiş, ayrıcalığı isə mediaya qarşı zorakılıq edən polislərə qarşı duruşu idi. Bu günlərdə onun BDU-da tələbələrin aksiyası zamanı polislərə konstitusiyaya görə medianın toxunulmazlıq hüququ olduğunu diktə etməsi əks olunan videosu yayıldı.
Amma Etimad Budaqov bir müddətdir Azərbaycanı tərk edərək Ankaraya köçüb. Siyasət üzrə təhsil alır. Onunla Ankarada, Azərbaycan Kültür Dərnəyində qarşılaşdıq, söhbət elədik.
– Etimad, necə oldu buraya – Ankaraya gəlməyə qərar verdin? 
– Bura gəlməyimin səbəbi təhsilim idi. Yarımçıq qalan təhsilimi davam etdirmək istədim. Yıldırım Bəyazid Universiteti Siyasət Bilimi və İctimai İdarəçilik bölümündə oxuyuram. Bu bölümü seçməmin səbəbi mediadakı fəaliyyətimlə müəyyən qədər əlaqəli idi. Azərbaycanda işlədiyim dövrdə xalqının məmurlarla münasibətlərində ciddi problemlərə şahid olurdum. Daha doğrusu, məmurlar vətəndaşlara qarşı kobud, saymaz və aqressiv münasibət bəsləyir. Hətta bəzən elə hadisələrə şahidlik edir, elə fotolar çəkirdim ki, sonra gedib çarəsiz ağlayırdım. Ona görə həmişə bu haqda düşünürdüm. Mən nə edim xalq-məmur münasibətlərinin dəyişməsində rolum olsun. Buna görə də düşündüm ki, belə bir istiqamətdə təhsil almalıyam.
– Ankaraya nə zaman gəldin?
– 2014-cü ildə Ankaraya gəldim. Açığı elə də asan qərar olmadı, yaşım elə də gənc deyil, burda bəzi müəllimlərim var ki, məndən yaşca kiçikdir. Amma qarşılıqlı hörmət var və anlaşırıq. Həm də düşünürəm ki, təhsil almaq hər yaşda gec deyil.
– Yaşın az deyil dedin, eyni zamanda Azərbaycanda işin vardı, müəyyən qədər media, ictimaiyyət arasında tanınırdın. Bütün bunları buraxıb başqa ölkədə yenidən tələbə həyatına başlamaq çətin olmadı?
– Yox, açığı başlanğıcda çox ciddi çətinliklər olmadı. Onu da deyim ki, özümü təhsilə illər uzunu hazırlamışdım. Bakıda təhsil aldığım Müstəqil Azərbaycan Universiteti qapadıldı, hətta iş Avropa Məhkəməsinə qədər getdi. Amma nəticə olmadı. Həm də Azərbaycanda təhsil Türkiyə ilə müqayisə edilə bilməz. Bu səbəbdən də seçimim belə oldu. İş, tanınma öz yerində amma, daha yüksək təhsil almaqla xalqıma daha yaxşı xidmət etmək, həm də şəxsi arzularımı reallaşdıracağımı düşünürəm.
Təbii ki, ilk başlarda asan olmurdu, müəyyən çətinliklər oldu. Amma sağ olsunlar, dəstək verən, yardım edənlər də oldu. Türk Ocaqları dəstək verdilər. Türk Ocaqları Ankara şöbə başqanı Türkan Hacaloğlu, Mersin Azərbaycan Kültür Dərnəyi başqanı Güray Sarı və onun həyat yoldaşı, azərbaycanlı Samirə Sarı və Azərbaycan Kültür Dərnəyi də çox böyük dəstək verdi. Bura gəldikdə Ülkü Ocaqlarının evində bir il qalmışam. Burda Azərbaycana münasibətlər yaxşıdır, hara gedirsənsə soruşanda haralısan, deyəndə Azərbaycan xoş qarşılayırlar. Qardaş ölkə deyərək bacardıqları qədər köməklik etməyə çalışırlar. 7-dən 77-yə hər kəsdən hörmət gördüm.
– Təhsilin nə zaman bitəcək? Bitirdikdən sonra nə etməyi düşünürsən, burda qalmaq, yoxsa Azərbaycana qayıtmaq?
 
– Hər şey qaydasında getsə 2018-də bitəcək. Azərbaycana qayıdacağam, inşallah. İxtisasıma uyğun iş tapıb çalışmaq istəyirəm.
– Səni media fotoqraf kimi tanıyır. Burda necədir, tələbəçilikdən imkan edib işini davam etdirə bilirsən? 
– Burada bakalavr tələbələrinin işləməsi qanunla qadağan olunduğu üçün rəsmi olaraq işləyə bilmirəm. Amma tədbirlər olanda fotolar çəkirəm. Açığını deyim ki, bura yeni gələn azərbaycanlıların çox çətinlikləri olur. Çünki bir çoxu gəncdir, ailədən ayrı qalır, hərbi xidmətdə olmamış gənclər üçün çətinliklər ortaya çıxır. Bildiyim qədəri ilə Türkiyədə 10 minə qədər azərbaycanlı təhsil alır.
Bunların içərisində təhsil üçün gələnlər də var, əyləncə üçün, gəncliyini yaşamaq istəyənlər də var. Amma həqiqətən təhsil almaq istəyənlər də çoxdur.
Ancaq son iqtisadi böhran azərbaycanlı tələbələrə çox pis təsir edib. Bir çoxlarının maddi durumları pisləşib, Azərbaycandan gələn pulların dəyərdən düşməsi səbəbindən yaşayış və həyatlarına əlavə çətinliklər yaranıb. Bir çoxları var ki, valideynləri işlərini itirib, ona görə də çətinlikləri yaranıb. Hətta bildiyim qədəri ilə geri qayıdanlar və ya qayıtmağa hazırlaşanlar da var. Burada şəhid övladları, Xocalı qaçqınlarının övladları var ki, təhsil alırlar, amma maddi durumları çox çətindir, yardım etmirlər.
– Azərbaycanda da təhsil alımsan. İndi bir müddətdir burdasan. Türkiyə təhsilini necə gördün?
 

– Türkiyədə daha şəffaf və rüşvətsiz bir təhsil var. Tapşırma filan olmur. Əsas təhsilə, çalışqanlığa önəm verilir. Oxumayanı, hazırlığı olmayanı kursdan kursa keçirməzlər. Bu mənada bizimlə müqayisə oluna bilməz.
– Burda xeyli 10 min azərbaycanlı tələbə olduğunu dedin. Azərbaycanlılar arasında təhsil almaq, mütəxəssis kimi yetişmək istəyənlər çoxdurmu? 
– Təbii ki, çoxlu sayda azərbaycanlı daha yaxşı təhsil almaq və mütəxəssis kimi yetişməyə çalışanlardır. Universitetlərdə yüksək nəticə göstərən çoxlu sayda azərbaycanlılar var. Amma onların çoxu iş tapmaqda çətinlik çəkəcəklərini və şəraitə uyğunlaşa bilməyəcəklərini düşündükləri üçün Azərbaycana qayıtmaq istəmir, burda qalmaq və ya Avropaya getmək istəyir.
– Bəs azərbaycanlıların təşkilatlanma durumu necədir? Azərbaycanlıların bir araya gəlib birgə tədbirlər keçirmək, birgə fəaliyyətlər həyata keçirməsi mümkün olurmu?
– Azərbaycanlılar daha çox qruplar halındadır. Tam olaraq birlik yaratmaq olmur. Məsələn, Ankarada 1325 tələbə olduğunu bilirəm, amma heç zaman onların böyük bir qismi bir araya gəlməyib. Hətta səfirliyin tədbirində belə böyük çoxluq olmur. Burda siyasi səbəblər də olur, maddi səbəblər də var.
Amma onu da deyim ki, səfirlik burdakı tələbələrə o qədər də dəstək olmur. Sadəcə özlərinin müəyyən bir çevrələri var. Qalan böyük qruplar kənarda qalır. Azərbaycanlı tələbələrin bir çoxunun maddi çətinlikləri olur. Çünki çoxu bura gələndə vəziyyətdən xəbərsiz olur və burda gözləmədik çətinliklər çıxır.
– Bu günlərdə sənin aksiyada polislə məşhur dialoqun yayıldı. Medianın toxunulmazlıq hüququ olduğunu deyirdin. Burda necədir, o cür vəziyyətlər yaranırmı, kiməsə hüquqlarını başa salmağa ehtiyac olurmu?
– Türkiyədə demokratiya var, insan haqları qorunur, qanunlar güclüdür. Təbii ki, buranın da öz problemləri var. Amma istənilən halda Türkiyə bir demokratik ölkədir, azadlıqlar var. Burada kiməsə, xüsusən də polisə qanun izah etməyə gərək qalmır, məmurlar öz işlərini bilir, vətəndaşın hüquqlarına hörmətlə yanaşırlar.
Kənan Rövşənoğlu, Ankara

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir