KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Türkiyəyə qarşı xaos planı

Türkiyəyə qarşı xaos planı

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
448 0

Son bir həftədə polis və hərbçiləri hədəfə alan partlayışlar Türkiyənin terror mühairbəsi ilə üz-üzə olduğunu göstərir

İstanbulda törədilən dəhşətli terrordan bir həftə sonra bu dəfə Kayseri hədəfə alındı. Hərbçilərə yönələn terakt zamanı 14 əsgər ölüb, 56-sı yaralanıb.

Bu terror aktı da ölkədə ciddi rezonans doğurub, siyasilər, partiyalar, dövlət adamları terrora qarşı birlik mesajları veriblər. Prezident Ərdoğan bildirib ki, terror hücumları İraq və Suriyadakı hadisələr, həmçinin iqtisadi vəziyyətlə bağlılığı var. Eyni zamanda o, terrora qarşı ümumxalq səfərbərliyi elan olunacağını və birgə mübarizə aparılcağaını bildirib. Baş nazir Binali Yıldırım bildirib ki, terror “canlı bomba” törədib. Baş nazirin sözlərinə görə, terrorun hədəfi xalqın ruh yüksəkliyini aşağı salmaq, qorxu yaratmaqdır. O, nazirlərin hadisə yerində olduğunu və lazımı işlərin görüldüyünü deyib. Yıldırım terrorçuların 15 iyuldan dərs almadıqlarını bildirib, eyni zamandaəlavə edib ki, terrorun əsl məqsədinə çatmaması üçün fəaliyyət proqramına ara verməyəcək.

Eks-prezident Abdullah Gül də doğulduğu Kayseridə baş verən terrordan sarsıldığını bildirib. Terror baş verən əraziyə getmək üçün Kayseriyə yola düşən eks-prezident olayı törədənləri lənətləyib.

Ana müxalifət CHP-nin lideri Kamal Kılıcdaroğlu Kayseri valisi və baş nazirə zəng edərək məlumat alıb, başsağlığını bildirib. Baş nazirin müavini Veysi Kaynak Kayseri terroru ilə İstanbulda bir həftə əvvəl baş vermiş terror aktı arasında bənzərlik olduğunu bildirib. Hər iki terrorun eyni tərzdə, yəni minalanmış avtomobil tərəfindən törədildiyini qeyd edən baş nazirin müavini hər iki terrorun Türkiyənin təhlükəsizlik qüvvələrini hədəfə aldığını bildirib.
Baş qərargah rəisi Hulusi Akar isə ölkə daxilində və xaricində terrora qarşı mübarizənin daha əzmlə davam etdiriləcəyini bildirib. MHP sədri yazılı açıqlama yayaraq terroru qınayıb. HDP də Kayseri terrorunu pisləyən bəyanat yayıb. Bundan başqa ABŞ səfirliyi də hadisəni pisləyən bəyanat verib. Kayseridə isə terrora qarşı yürüş zamanı qəzəblənmiş kütlə HDP-nin yerli şöbəsinin binasına hücum ediblər, ofis yandırılıb.

Xatırladaq ki, bir həftə əvvəl – dekabrın 10-da İstanbulda Beşiktaş rayonunda futbol stadionu qarşısında təhlükəsizliyi təmin etmək üçün yerləşdirilmiş çevik polis alayı polislərinə qarşı törədilmiş terror nəticəsində 44 nəfər şəhid olub, 150-dən çox insan yaralanıb. Bu hadisənin məsuliyyətini TAK terror təşkilatı öz üzrəinə götürüb. Bu qruplaşma PKK-dan ayrıldığını bəyan edib, Türkiyə ordusu və təhlükəsizlik qüvvələrinə qarşı qisas əməliyyatı apardığını bəyan edib. Eyni zamanda PKK bu qruplaşma ilə bağının olmadığını bəyan edib. Ancaq bu bəyanatlar inandırıcı gəlməyib, Türkiyə hakimiyyəti iki qruplaşma arasında bağ olduğunu, üstəlik Suriya və İraqdakı terror təşkilatları, həmçinin YPG ilə bağlantısı olduğunu düşünür.

Digər tərəfdən terror aktlarının vaxtlarına və hədəflərinə baxdıqda dəst-xətt bənzərliyi var. Türkiyə ordusu Suriyada YPG-yə qarşı əməliyyat aparır, ölkə daxilində isə cənub-şərq vilayətlərində terrora qarşı əməliyyatlar davam edir. Bu terror aktları PKK və tərəfdaş terror qruplaşmalarının Türkiyənin daxilində xaos olduğu, xalq içərisində qorxunu yaymaq, əhali arasında terrora qarşı mübarizənin nəticəsiz olması, xaosun böyüməsi ilə bağlı ab-hava yaratmağa yönəlib. Faktiki olaraq Türkiyə terror müharibəsi aparır. Ordu ölkə xaricində – Suriyada terrorla savaşır. Şərq vilayətlərində də əməliyyatlar davam edir. Eyni zamanda ölkənin böyük şərhələrində PKK-ya dəstək verən ictimai-siyasi xadimlər, müəllimlər və QHT nümayəndələrinə qarşı əməliyyatlar davam edir. Hazırda Türkiyə həssas bir dönəmdən keçir və Suiryada baş verənlərin ölkə üzərində ciddi təsiri var. Məzhəbi zəmində qarşıdurma çağırışları qeydə alınır ki, bu da ölkə daxilində gərginliyi artırır. Artıq Prezident Ərdoğan da müraciətində əhalini birlik və bərabərliyə çağırıb. Çünki ələvi və şiələri hədəfə alan təhdidlər ölkədə ciddi xaosa səbəb ola bilər. Bu isə faktiki olaraq Türkiyəni xaosa sürükləməkdir.
Proseslərin ən pis tərəfi isə hazırda Türkiyə hakimiyyətinin Avropa və ABŞ-la soyuq münasibətlərə malikdir. Bu səbəbdən də Avropada indi kürd separatçı təşkilatları dəstəklənir və bu da Ankara üçün əlavə çətinlik yaradır. İndi hökumət qarşısında dayanan əsas məsələ daxildə birlik və bərabərliyi gücləndirmək, terrora qarşı ümumxalq səfərbərliyinə nail olmaqdır. Ancaq bunun üçün hakimiyyət terrorra qarşı vahid strategiya ortaya qoymalı, necə deyərlər mübarizə planını elan etməlidir. Ancaq hələlik hakimiyyət əməliyyatlarla kifayətlənir. Vəziyyət isə günü-gündən narahatlıq doğuran hal alır. Terrorun son bir ildə Ankara, İstanbul və son olaraq Kayseri kimi böyük və sakit şərhələrə gedib çatması bu narahatlığın əsas gösətricisidir. Bu terror yayılmasının qarşısını almaq üçün indi hökumətdən daha ciddi və qəti addımlar gözlənilir.

Kənan Rövşənoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir