KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Türkiyənin Ermənistanla sərhədləri açması müzakirə mövzusu deyil

Türkiyənin Ermənistanla sərhədləri açması müzakirə mövzusu deyil

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
371 0

Hasan Oktay: “Ankara Ermənistanla sərhədləri bağlayarkən göstərdiyi səbəblərin heç biri həll edilmədiyi üçün Türkiyənin irəli sürdüyü şərtlərdən geri çəkilməsi qətiyyən mümkün deyil”

Artıq bir xeyli müddətdir ki, erməni təxribat maşını var gücü ilə Azərbaycana qarşı informasiya savaşının yeni mərhələsinə qədəm qoyub. Müxtəlif ölkələrdə erməni lobbisinin maliyyəsi ilə işıq üzü görən mətbu orqanlarda Azərbaycan əleyhinə məqalələrin dərc edilməsindən tutmuş Silahlı Qüvvələrdə, xalqla ordu arasında ziddiyyət yaradılmasına qədər edilən bütün cəhdlər boşa çıxdığından bu dəfə işğalçı ölkə daha həssas məsələyə diqqət ayırıb. Bu da Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsidir. Əslində erməni tərəfi vaxtaşırı bu təxibat xarakterli əməlindən istifadə edərək Türkiyə ilə Azərbaycan arasında yüksələn xətlə inkişaf edən dostluq-qardaşlıq münasibətlərinə zərbə vurmağa çalışır. Özü də belə bir informasiya əsasən iki ölkə arasında nəzərdə tutulan yüksək səviyyəli görüşlər, yaxud həm region, həm də beynəlxalq əhəmiyyətli layihələrin gündəmə gəlməsi, müzakirəyə çıxarılması zamanı dövriyyəyə buraxılır. Əgər yaxın bir neçə ildə baş verənlərə nəzər salsaq bunu aydın şəkildə görə bilərik. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi gündəmə gələrkən Ermənistan tərəfi belə bir təxribatçı fikir ortaya atdı ki, sözügedən layihənin reallaşması Ermənistan üçün də əhəmiyyətli olacaq və İrəvan da hansısa formada bu layihədə iştirak edəcək. Bunun ardınca isə Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı xəbər dövriyyəyə buraxıldı. Ancaq təbii ki, Ermənistanın hər zaman yalan üzərində qurulan bu planı da işə yaramadı və qardaş ölkə İrəvan tərəfindən gündəmə gətirilən bu əsassız məlumatları təkzib etdi.

Son günlər yenidən sözügedən məsələ gündəmə gətirilib. İddia edilir ki, Türkiyənin Avrasiya İqtisadi Birliyinə daxil olması istiqamətində aparılan danışıqlar prosesində Ermənistanıa sərhədlərin açılması məsələsi də var və bu Ankara qarşısında şərt olaraq qoyulub. Bir çoxları bu iddialara inansa da, lakin Türkiyənin Azərbaycanın maraqlarına zidd heç bir addım atmayacağı qaçılmazdır. Elə Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay da bu fikirdədir. Onunla söhbətimizdə Türkiyənin AİB-ə üzvlüyünün mümkünlüyü. eləcə də Ermənistanla sərhədlərin açılmas ilə bağlı gündəmə gələn məsələlərə toxunduq.

-Hasan bəy, bu günlərdə yenə Türkiyə-Ermənistan sərhədlərin açılması məsələsi gündəmə gəlib və bildirilir ki, Ankaranın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün reallaşması üçün Ermənistanla sərhədlərin açılması şərt olaraq qoyulub. Sizcə, bu mümkündürmü?

-Türkyənin Avrasiya İqtisadi Birliyinə üzv qəbul olunbması qısa müddət ərzində mümkün görünmür. Bununla yanaşı Türkiyənin Ermənistanla sərhədləri açması müzakirə mövzusu deyil. Buna rəğmən müntəzəm olaraq Türkiyənin ictimai fikrində sərhədlərin açılması ilə bağlı məsələyə diqqət çəkilir. Avrasiya İqtisadi Birliyinə daxil olmaqla Ermənistanla sərhədləri açmaq başqa-başqa məsələlərdir. Ankara Ermənistanla sərhədləri bağlayarkən göstərdiyi səbəblərin heç biri həll edilmədiyi üçün Türkiyənin irəli sürdüyü şərtlərdən geri çəkilməsi qətiyyən mümkün deyil.

-Sizcə, Türkiyə sərhədlərin açılmasına razılıq verə bilərmi?

-Yuxarıda qeyd etdiyim kimi Türkiyə Ermənistanla sərhədləri bağlayarkən irəli sürdüyü şərtlərin heç biri həll edilmədiyi üçün hazırkı şəraitdə həmin şərtlərdən geri çəkilmək mümkün deyil. Amma qeyd etdiyim kimi Avropa mediasından dəstək alan Türkiyədəki bir qism media qrupları sıx-sıx bu mövzunu gündəmə gətirirlər..Bununla da ən azından Ermənustanı dünya gündəminə gətirərək İrəıvanın işinə yarayacaq bir iş gördüklərini düşünürlər. Türkiyənin bu kimi təbliğat və təxribat xarakterli addımlardan çəkinərək zamanında verdiyi qərardan geri çəkilməsi mümkün deyil..Bu reallığı bilən lobbilər isə media vasitəsilə Türkiyəyə təsir göstərə biləcəklərini və Ankaranın irəli sürdüyü şərtlərdən geri çəkiləcəyini düşünürlər. Ancaq bunların heç bir faydası olmayacaq. Əksinə bu daha çox Ermənistanın ziyanına işləyəcək. Ermənistan artıq lobbi quruluşlarının maddi yardımı ilə hansısa nəticə əldə edə bilmədiyi gerçəkliyini dərk etməlidir.

-Bəs, Türkiyənin AİB-ə daxil olması Ankaraya nə vəd edir?

-Türkiyə beynəlxalq səviyyədə fəaliyyət göstərən hər bir təşkilatla iqtisadi, strateji, regional əməkdaşlıq etmək istəyir. NATO və Avrupa Birliyi ilə əlaqələr davam edərkən, eyni zamanda yeni əməkdaşlıq formaları axtarması Türkiyənin yön deyişdirməsi kimi dəyərləndirmələrin ortaya çıxmasına səbəb olub. Bunun Türkiyəyə müsbət təsirləri ola biləcəyi kimi, eyni zamanda Avrasiya İqtisadi Birliyinə də böyük fayda verəcəyi mümkündür. Türkiyənin 70 illik NATO, 50 illik Avrupa Birliyi təcrübəsini Avrasya İqtisadi Birliyinə daşıması mümkündür. Bu anlamda Türkiyə ilə yanaşı Avrasya İqtisadi Birliyi də Türkiyədeə çox şey qazanacaq. Dolayısıyla Avrasya İqtisadi Birliyinə girmək üçün Türkiyə qarşısında Ermənuistanla sərhədlərin açılması şərtinin qoyulmasının heç bir faydası olmaz.

-Bu günlədə Türkiyə prezidenti Azərbaycana səfər edəcək. Bu səfər zamanı yayılan bütün bu xəbərlərə bir aydınlıq gətirilə bilirmi?

-Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tez-tez Azərbaycana səfə etməsi, həmçinin Azərbaycan prezidenti İlham Əiiyevin də Türkiyəyə gəlib- getməsi iki ölkə arasında əməkdaşlıq və dostluğun inkişaf etdirilməsinə yol açır. Ərdoğan bölgəsəl güç olan Türkiyə üçün hər türlü işbirliği və ittifaqları qura biləcək bir liderdir. Avrasya Iqtisadi Birliyi istiqamətində fəaliyyətlərlə Türkiyə Azərbaycan ilə ilə yanaşı Qazaxistanla da ciddi görüşmələr həyata keçirərək bir yol xəritəsi hazırlaya bilər. Azərbaycan və Qazaxıstanın təcrübələri yeni işbirliği üçün Türkiyəyə olduqça fayda verər.

-Sizcə, Ermənistanla sərhədlərin açılması məsələsinin mütəmadi olaraq gündəmə gətirilməsi erməni lobbisinin işi deyilmi?

-Ermənistanla sərhədlərin açılması qeyd etdiyimiz kimi Türkiyənin sərhədləri bağlayarkən irəli sürdüyü şərtlərin yerinə yetirilməsi halında mümkündür. Əgər həmin şərtlər gerçəkləşməsə sərhədlərin açılması mümkün deyil. Azərbaycan mediası, cəmiyyəti bundan şübhə etməməlidir. Həm İlham Əliytevin Türkiyə səfəri, həm də Ərdoğanın Azərbaycan səfəri zamanı məqsədli şəkildə bu kimi informasiyalar ortaya atılır. Məqsəd isə bəllidir. Düşünürəm ki, hər iki lider bütün şübhələri bir kənara qoyub gələcək üçün daha yeni planlar üzərində işləməlidirlər. Azərbaycan xalqı və cəmiyyəti çox duyğusal və həssasdır. Bunun üçün sürəkli olaraq belə informasiyalar ortaya atılır. Türkiyədə fəaliyyət göstərən bəzi Qərb təsirli media qurumları da bu işdə fəaldırlar və müntəzəm olaraq Azərbaycanda çaşqınlıq yaradacaq xəbərlər dərc etməklə münasibətlərə xələl gətirmək istəyirlər. Təəssüflər olsun ki, hələ də Azərbaycan və Türkiyə mediası bu təxribatlara inanır. Əgər Türkiyə Ermənistanla sərhədləri açarsa, bunu ilk növbədə Azərbaycanın dövlət rəsmiləri ilə müzakirə edər və Azərbaycanın maraqlarına uyğun olaraq qərar verər. Türkiyə bunun xaricində heç bir addım atmaz.

Süleyman İsmayılbəyli

Olaylar.Az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir