KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. TÜRKİYƏDƏ BAŞ VERƏNLƏRƏe DAİR BİR NEÇƏ SÖZ

TÜRKİYƏDƏ BAŞ VERƏNLƏRƏe DAİR BİR NEÇƏ SÖZ

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
441 0

Son günlərin ən aktual mövzusu 15 iyul tarixində qardaş Türkiyədə baş verən çevriliş aktıdır. Bu barədə inanıram ki, lazımınca yazılar yazıldı, fikirlər söyləndi. Ancaq mən bu hadisədə bəzi media nümayəndələrinin, yəni həmkarlarımın fikirlərinə toxunmaq istəyirəm.
Qardaş və doğma Azərbaycanın bir neçə xəbər saytına göz gəzdirdim, ancaq təhqirdən və nalayiq sözlərdən başqa, qocalar demişkən, urvatlı bir yazıya rast gəlmədim. Amma unutmaq lazım deyil ki, istər Azərbaycanda olsun, istərsə də dünyanın digər yerlərində millətimiz bir sıxıntıya düşəndə Türkiyə köməyimizə çatıb. Ancaq bu gün Türkiyə bir balaca sıxıntıya düşdü
deyə Avropa və Amerika yanlısı olduq, başladıq baltalamağa. Dünən İran üçün, bu gün də Türkiyə üçün başladıq ki, molla dövlətidir. Ancaq bir araşdırmırıq ki, bu molla sözü nə olan kəlmədir? Molla adını dədələrimiz elm, irfan sahibləri üçün işlədərmiş ki, bu da bilikli, savadlı deməkdir. Nə yazıq ki, keçmiş ateist sovet rejimi bu adı təhqir edərək, pul üçün dinini satan din adamının adı kimi ləkələyərək, təqdim etdi.
Gəlin Türkiyənin yaxın keçmişinə və bugününə nəzər salaq. Osmanlının sona çatması ilə dinsizlik baş alıb getdi. Əzanlar qadağan olundu və ya türkcə oxunmağa başlandı. Baş örtüsü,
Quran, namaz tamamilə qadağan edildi. Bunlara əməl edənlər isə təhsil ocaqlarına, iş yerlərinə
alınmadı. Gəlin bir də bugünə baxaq. İstəyən istədiyi şəkildə istədiyi dini yaşaya bilir.
Bir də ki, dini yaşantının nəyi pisdir? Doğruluq, güvənli olmaq – bunlar çoxmu pis şeylərdir?
Var-dövlət gözlərini o qədər kor edib ki, vətən, torpaq veclərinə deyil. Amerikanın, İngiltərənin
əllərinin uşağı olublar. “Ey iman edənlər! Yəhudilərivə xristianları dost tutmayın. Onlar bir- birlərinin dostudur. Sizdən hər kim onları dost tutarsa, o da onlardandır” (Maidə 51) ayəti tam bu insanlara aiddir.
Bu çevriliş aktında bu oyunu quranların yardımçıları onu düşünməlidirlər ki, oyunun qurucuları onlardan sadəcə istifadə edirlər. Çünki onlar gözəl bilirlər ki, öz doğma vətəninə xəyanət edənlərdən onlara fayda gəlməz. Öz vətənini satan başqasına nələr etməz ki?..
Bir də ki, bu xəyanəti edənlərin mən inanmıram ki, qanı türk qanı olsun. Çünki türkün damarında
Atillanın, Ərtoğrulun, Osman Qazinin, Səlcuqun və daha neçə-neçə igidlərin qanı axır. Əsl türk vətəninə xəyanət etməz. Bunun da açıq-aşkar misalı bu çevrilişdə yaşandı. Əsl türklər meydana
çıxdılar və vətənlərini qorudular. Daha bəziləri kimi Amerikada oturub onun-bunun yağlı vədləri
ilə öz vətənində milləti qırğına sürükləmədilər. Bu çevrilişi həyata keçirmək istəyənləri nəzərə
alası olsaq, onların fəaliyyətlərinə baxmalıyıq. Sən demə, bu camaat dindən başqa hər şeylə
məşğul olurmuş. Təhsil mərkəzlərindən sualların oğurlanması, camaatdan din adına yığılan pulla
futbol komandasının alınması və başqa-başqa bu kimi işlər, bunların əsas prinsipləri imiş.
Bunların da ən yuxarıda duranı Fətullah Güləndir ki, bu adam özünü bir dini lider, Allah
dostu və peyğəmbər (s.ə.s)-aşiqi bir şəxs kimi qələmə verir. Başına da bir neçə “abi”sini yığaraq
millətə hər cür oyun oynayır. Bu camaatın dünyanın bir çox yerində müxtəlif
sahədə məktəbləri və başqa-başqa müəssisələri bolduğu da aşkardır. Amma nədənsə bir dini liderin təşkil etdiyi heç bir müəssisədə dini dərslərə yer verilmir. Bu məktəblərdə isə
ancaq vəzifəli və maddi cəhətdən vəziyyəti yaxşı olanların uşaqları oxuyur. Bəs hanı sənin
dindarlığın, mərhəmətin ki, imkansızlara dəstək olmursan?
Hacı Hacıyev/Tiflis

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir