KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə Mərkəzi Asiyada öz nüfuzunu artırır…

Türkiyə Mərkəzi Asiyada öz nüfuzunu artırır…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
408 0

Bugün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında görüş baş tutdu. Görüşdən sonra Özbəkistan prezidenti Ş.Mirziyoyev mətbuata açıqlamasında bildirdi ki, ” İlk dəfədir ki, bir ölkə ilə 25 müqavilələyə imza atdıq. Hədəfimiz 3 milyard dolların üzərindədir və 50 yeni yatırım üçün ortaq məxrəcə gəldik ”
Bəli, görüşün əsas məqsədi iqtisadi zəmində baş tutdu. Fikrimcə, görüşdə iqtisadi maraqlarla yanaşı siyasi maraqlar da az rol oynamadı.
Türkiyə və Özbəkistan arasındakı əlaqələr haqqında danışmaq istərdim əvvəlcə.
Türkiyə 1991-ci il 16 dekabr tarixində Özbəkistanı ilk müstəqil dövlət kimi tanımışdır. İki ölkə arasında 1992-ci ildən diplomatik əlaqələr qurulmuş, iqtisadi sazişlər imzalanmışdır.
Keçmiş Özbəkistan prezidenti İslam Kərimovun ölümündən sonra hakimiyyətə hazırki prezident Şavkat Mirziyoyev gəldi ki, onun gəlişindən sonra qonşu ölkələrlə, eyni zamanda Türkiyə ilə əlaqələr daha da sıxlaşdırıldı.
Türkiyə də Özbəkistana müttəfiq kimi baxır. Əlaqələri yüksək qiymətləndirir. Türk ölkələri ilə xüsusilə iqtisadi sahələrdə əməkdaşlıq etməklə bir çox səbəbi var Türkiyənin. Onu da qeyd etməliyəm ki, Özbəkistan Qazaxıstanla birlikdə Mərkəzi Asiyanın əsas aparıcı ölkələridir. Türkiyə Qazaxıstan münasibətləri də yüksək məcrada davam edir. Belə ki, Türkiyə Qazaxıstan vasitəsilə Çinə, Şərqi və Cənub-Şərqi Asiya ölkələrinə dəniz daşımalarından asılı olmayan birbaşa quru əlaqəsi əldə edir. Qazaxıstan üçün isə Türkiyə vasitəsilə Avropaya, Yaxın Şərqə çıxış vacibdir. Özbəkistan da bu mənada Türkiyə ilə əməkdaşlığını artıraraq digər bazarlara öz mallarını çıxarmaq istəyir. Bu mənada Bakı-Tbilisi-Qars dəmiryolu xəttində Özbəkistan olduqca maraqlıdır. Özbəkistan prezidentinin Ş.Mirziyoyevin yanvar ayındakı çıxışını xatırlayaq : ” Bir türkmən tərəfdaşlarımızla da yüklərin bu ölkə vasitəsi ilə daşınması ilə bağlı danışıqlar aparırıq. Ölkəmizin Azərbaycandakı səfirliyi qarşısında məsələ qoymuşuq ki, Azərbaycandakı tərəfdaşlarımızla əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyətini gücləndirsin. Bilirik ki, Azərbaycan da öz növbəsində Özbəkistanın tranzit potensialından istifadə etməklə Çin və bu istiqamətdə olan digər ölkələrin bazarlarına çıxmaq niyyətindədir və əminəm ki, bu sahədəki əməkdaşlığımız da getdikcə möhkəmlənəcək və öz bəhrəsini verəcək”.
Türkiyənin Özbəkistanla əlaqələrinin genişlənməsini yalnız iqtisadi cəhətdən təhlil etmək doğru olmazdı. Çünki, Türkiyə bununla Türk ölkələrini iqtisadi sferada birləşdirməklə yanaşı, öz nüfuzunu da Mərkəzi Asiya regionunda artırmağa çalışır.

Rusif Məmmədov,

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir