KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə İraqa hərbi müdaxilə edə bilər – Vəziyyət ağırlaşır…

Türkiyə İraqa hərbi müdaxilə edə bilər – Vəziyyət ağırlaşır…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
376 0

İraq Ali məhkəməsi İraq Kürdüstan Muxtariyyətində müstəqillik referendumunun dayandırılması haqda qərar qəbul edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə məhkəmə bu gün qərar çıxarıb.

Ancaq İraq Kürdüstanı sentyabrın 25-də referendum keçirməkdə israrlıdır. İraq Kürdüstanının lideri Məsud Bərzani məhkəmə qərarı ilə bağlı açıqlamasında bildirib ki, referendumun təxirə salınması ilə bağlı heç bir qərar verməyiblər. Məsələlər hər gün bir az daha gərginləşir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendumla bağlı xəbərdarlıq edib. Bu gün səhər saatlarında Türkiyə Silahlı Qüvvələrinin İraqın sərhədində təlimlərə başlaması isə vəziyyəti daha da gərginləşdirib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Adgözəl Məmmədovun sözlərinə görə, ilk bundan başlamaq lazımdır ki, İraq Kürdüstanının rəhbəri molla Mustafanın oğlu Məsud Bərzani bu cəsarəti hardan alır?: “Sənin cənubunda ərəb, şimalında Türkiyə, şərqində İran, qərbində də döyüş bölgəsi olan Suriya… Heç bir dənizə çıxışı yoxdur, ətrafında da ərəblərlə münasibət gərgin, Türkiyə ilə İranın da münasibəti göz qabağındadır. Qərbində də illərdir vətəndaş müharibəsinin getdiyi Suriya. Belə bir məqamda bu cəsarəti Bərzani hardan alır? Hesab edirəm ki, bu, bir avantüradır. Çünki nəticəsi hesaba gəlməyən, hesablanmayan düsturlar var. İstər siyasi, istər strateji, taktiki, subtaktiki, subordinal taktiki və s. Heç bir xəttə uyğun gəlməyən xətlər var. Fərz edək ki, onlar qondarma Kürdüstan dövlətini yaratdılar. Bəs ticarətini hansı bölgə ilə edəcəklər?

– Türkiyə Kürdüstan ərazisinə hərbi müdaxilə edə bilərmi və belə bir addım olarsa, bu, nə ilə nəticələnə bilər?

– Bu, çox təhlükəli bir məsələdir. Türkiyənin bu addımı atması üçün Rusiya və İranla bir razılığı olmalıdır. Yoxsa meydanda təklənə bilər. Bəlkə də, Ərdoğan hesab edir ki, ona ərəb cəbhəsindən kömək olacaq. Amma ərəblər də bu məsələdə türklərə qarşı ola bilər. Ağır ssenarilər baş verə bilər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, ən azı şimal cəbhəsi ilə razılaşdırılmalıdır və sona qədər strateji məqsədlər nəzərə alınmalıdır.

Günay Elşadqızı \ METBUAT.AZ

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir