KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Manşet Üstü
  4. »
  5. Türkiyə ilə imzalanmış Qars müqaviləsi qüvvədən düşməlidir mi

Türkiyə ilə imzalanmış Qars müqaviləsi qüvvədən düşməlidir mi

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
408 0

Türkiyə ilə imzalanmış Qars müqaviləsi qüvvədən düşməlidir
elhan
Rusiya parlamentində “Türkiyə ilə imzalanmış Qars müqaviləsi qüvvədən düşməlidir” çağırışlarından narahat olmağa dəyməz. Birincisi, bu müqavilə pozularsa yaranacaq durum Türkiyədən çox Rusiyanın maraqlarına toxunacaq. Çünki Türkiyə kimi Rusiyanın da üzərinə götürdüyü öhdəlik və məhdudiyyətlər var. Bu öhdəlik və məhdudiyyətlər ortadan qalxacaqsa Türkiyə üçün Cənubi Qafqazda istədiyi kimi hərəkət etmək üçün məhdudiyyət qalmayacaq. Ermənistanın narahatlığı üçün ciddi əsaslar yaranacaq. İkincisi, Naxçıvanın təhlükəsizliyindən də narahat olmağa dəyməz. Qars müqaviləsi pozulacaqsa Azərbaycan Naxçıvanın təhlükəsizliyi ilə bağlı Türkiyə ilə ikitərəfli qarantör müqaviləsi bağlaya bilər. Türkiyənin Naxçıvanda hərbi bazası olacaqsa Ermənistan ora burnunu soxmağa risk etməyəcək.

Və nəhayət bu illərdə Qars müqaviləsinin varlığı Rusiyanı nədənsə çəkindirirmiş və ya Kreml bu müqavilənin bəndlərinə riayət edirmiş? Dağlıq Qarabağ və ətraf rayonlar işğal altındadır və Rusiya birbaşa işğalçı Ermənistana dəstək verdiyini gizlətmir. Bunun özü Qars müqaviləsinə ziddir. Rusiya beynəlxalq müqavilələrə hörmətlə yanaşsaydı Krımı işğal etməzdi. Halbuki, 1994-cü ildə Budapeştdə imzalanan sazişə görə Ukrayna nüvə silahlarının Rusiyaya verilməsi müqabilində Kreml qeyd-şərtsiz Ukraynanın ərazi bütövlüyünü tanıdığını və dolayısıyla heç zaman Krıma göz dikməyəcəyini vəd etmişdi. “Heç zamanın” ömrü cəmii 20 il çəkdi.
Elhan Şahinoğlu/atlasam/Bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir