KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə bu seçkilərə hazırlaşa bilmədi”

Türkiyə bu seçkilərə hazırlaşa bilmədi”

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
346 0

Hasan Oktay: “Ərdoğan 1-ci turda seçiləcək və sandıqdan 51+3 faizlə çıxacaq”

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oktayın Versus.Az-a müsahibəsi

– Hasan bəy, prezident seçimlərinə bir gün qaldı. Türkiyə ictimaiyyəti hansı həyəcanı yaşayır və qutudan kimin çıxmasını gözləyir?

– Türkiyə demokratiya və inkişafa gedən yolda son dərəcə önəmli bir seçim ərəfəsini yaşayır. Türkiyə Parlament idarə sistemindən Prezident üsulu idarəçilik sisteminə keçir. Türkiyə ictimaiyyəti bu keçid dönəminin həyəcanını yaşamaqla bərabər, seçki hazırlıqlarının Ramazan ayına təsadüf etməsi səbəbiylə bəlkə də seçki havasına girə bilməmişdi. Bayramdan sonra isə partiyalar daha geniş xalq kütlələri ilə görüşmək üçün bir şansı əldə etdi.
Belə ki, iqtidar partiyası MHP ilə bir ittifaqda seçimlərə qatıldığı halda, CHP, İYİ Partiyası və Səadət Partiyası “Millət ittifaqı” birliyi yaratdılar. Vətən Partiyası və HDP isə öz adları və emblemləri ilə tək başlarına seçimlərdə iştirak etdilər.
Partiyalar bu dönəmdə həm millət vəkillərini, həm də dövlət başçısını seçmək üçün xalqın qarşısına çıxacaqlar. Prezident seçilmək üçün 50+1 faiz səs alınmalıdır. Bu mənada ən şanslı olan namizəd Rəcəp Tayyib Ərdoğandır. Böyük ehtimalla Ərdoğan 1-ci turda seçiləcək və sandıqdan 51+3 faizlə çıxacaq.

– 24 iyun tarixi Qərbə, Avropaya növbəti dəfə hansı mesajını verəcək?

– Qərb və Avropa Türkiyədəki seçkiləri yaxından izləməkdədir. Türkiyənin sistem dəyişikliyi içinə daxil olması bəzi dövlətlər tərəfindən narahatlıqla qaşılanır və hətta Türkiyənin diktatorluğa getməsi barədə təhlillər verirlər. Onlar nə qədər narahat olsalar da, seçkidən sonra böyük sıxıntılar yaşanmayacaq. Türkiyənin 5 min illik dövlət təcrübəsinə sahib olması buna imkan verməyəcək. Burada hər şeydən öndə Türk adət-ənənələri və mədəniyyəti dayanır. Bu təcrübə istər-istəməz önə çıxan liderləri düzgün addımlar atmağa sövq edcəkdir.
“Taç geyən baş ağıllanır” – sözü bir türk atalar sözüdür. Qərb və Avropa xəyal qırıqlığı yaşaya bilər. Amma qısa bir zamanda yenidən toparlanıb Türkiyə ilə əməkdaşlıq əlaqələri qurmaq üçün növbəyə duracaqlar. Türkiyə də öz güclü iqtidarı və güclü parlamenti ilə dünya sistemində layiqli yerini alacaqdır.

“Kim seçilir seçilsin, qırmızı xətti dəyişdirmədən idarə etməyə məcburdurlar”

– Türkiyəni hədəfə alan dövlətlər seçkilərdə fərqli bir seçimin olmasında maraqlı görünür. Bu mənada seçkilərdə xaricdən gələn təsirlərin işləməsi mümkündürmu?

– Türkiyədəki seçkiləri izləyən və müəyyən gözləntiləri olan dövlətlərin Ərdoğana qarşı əks yanaşmaları var. Ərdoğan güclü bir lider olaraq dünya sistemində yer alan bəzi dövlətlərə və liderlərə tərs gəlməkdədir. Əslində isə hər kəs bilməlidir ki, kim seçilir seçilsin, bura Səlahəttin Dəmirtaş da daxildir, Türkiyənin qırmızı xəttini çox dəyişdirmədən idarə etməyə məcburdular. Buna görə də bu dönəmi böyük təcrübə sahibi olan Ərdoğanla yaşamaq Türkiyəyə çox şey qazandıracaq. Xalq bu gerçəyi gördüyü üçün elə ilk turdan Ərdoğanı seçəcək. Əgər Ərdoğanla Muhərrəm İncə 2-ci tura qalarsa, Ərdoğan bu səfər 65 faiz səslə seçiləcək. Əgər 2-ci tura Meral Akşener ilə qalarsa, o zaman çox mübahisəli bir seçim turu yaşayacağıq.

– Bu seçkilər Türkiyənin daxili və xarici siyasətinə hansı yenilikləri vəd edir və ona hansı yeni nəfəsi gətirəcək?

– Əvvəlcə onu deyim ki, prezident üsul idarəsi dəyişir və güclü bir prezidentli parlament sistemi idarəçiliyi gəlir. Bu isə istər xarici siyasətlə bağlı, istərsə də dxili siyasətdə qərarların daha çevik alınması baxımından Türkiyədə inkişaf tempini artacaqdır. Təbii ki, daxildə ittifaqlar gündəmə gələcək. Tükiyənin özünə güclü lider tapmaması, zəif və problemli idarəçilər dövriyəyə çıxsın deyə, xarici qüvvələr bundan sonra böyük təxribatlar, reklamlar, afişalar hazırlayaraq ortaya maraqlı tiplər çıxara bilərlər.

– Sizcə, Türkiyənin ictimai-siyasi camiyəsi bu seçkilərə yetərincə hazırlaşa bildimi?

– Türkiyə bu seçimi 2019-cu ildə keçirəcəkdi. Lakin daxildə və xaricdə gedən proseslər əsas götürülərək ertələndi. Çox sürətli seçim qərarı alındığı üçün Türkiyə bu seçkilərə hazırlaşa bilmədi. Fəqət demokratik qüvvələrin “olmasa olmaz” qərarı olan seçkilər hər bir halda keçirilməli və xalqın qarşısında hesab vermələri üçün liderlər önə çıxrılmalı idi.

Tahirə Qafarlı
Versus.Az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir