KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə Almaniyanın qondarma soyqırımla bağlı qəbul etdiyi qərara hər sahədə cavab verəcək

Türkiyə Almaniyanın qondarma soyqırımla bağlı qəbul etdiyi qərara hər sahədə cavab verəcək

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
445 0

Türkiyə Almaniyanın qondarma soyqırımla bağlı qəbul etdiyi qərara hər sahədə cavab verəcək Yakında Rus uçağı düşürülecekDaha bir Avropa dövləti tarixin yanlış addımını atdı. Xəbərlərdən də məlum olduğu kimi ötən gün Almaniya Bundestaqı qondarma erməni soyqırımını tanıyan qanun qəbul etdi. Qanunverici orqanda böyük səsçoxluğu ilə qəbul edilən bu bədnam qanun erməniləri nə qədər sevindirdisə də, türkləri də bir o qədər məyus etdi. Bundestaqın məlum qərarından sonra Türkiyə bu ölkədəki səfirini geri çağırdı. Eyni zamanda bundan sonra da Almaniyaya qarşı bəzi adekvat addımların atılacağı rəsmi Ankara tərəfindən açıqlandı. Alman Bundestaqının ermənipərəsət mövqeyi bu ölkədə yaşayan 4 milyona yaxın türkü də qəzəbləndirdi. Alman deputatlar ermənilərin xeyrinə qərar qəbul edər-etməz Almaniyada yaşayan on minlərlə türk Bundestaqın önünə toplaşaraq ona öz kəskin etirazını bildirdi. Bütün bunlar yaxın vaxtlarda Berlin-Anlara münasibətlərində ciddi bir gərginliyin yaşanacağını qaçılmaz edir. Bəs görəsən ekspertlər bu barədə nə düşünür? Almaniyanın ermənipərəsət mövqe nümayiş etdirməsinə Türkiyənin cavabı nə ola bilər. Bu və ya dogər suallarla Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayla söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Hasan Oktay Almaniyanın ermənipərəsət mövqe ortaya qoymasının başlıca səbəblərindən də danışıb. Mərkəz rəhbəri bundan sonra cərəyan edəcək mümkün proseslər barədə də fikirlərini bildirib.

-Hasan bəy, Almaniyada qondarma erməni soyqırımı ilə bağlı qərarın qəbul edilməsi hansı zərurətdən meydana çıxdı? Belə bir ədalətsiz qərarın qəbul ediləcəyi gözlənilən idimi?

-Almaniya-Türkiyə əlaqələri son zamanlarda nəzərəçarpacaq dərəcədə gərginləşirdi. Xüsusilə, Rusiya Türkiyə münasibətləri pozulduqdan və İstanbulun Sultanahmet məhəlləsində İŞİD terror təşkilatının alman turistlərə qarşı həyata keçirdiyi terraktdan sonra Almaniya Türkiyəyə qarşı cəbhə açmağa başladı. Əhməd Davudoğlu alman təhsilinə mənsub olduğu için vəzifədən uzaqlaşdırıldığı fikrinin gündəmə gəlməsi bu əlaqələri siyasi sahədə də pozdu. Almaniya Türkiyə üzərindən mühacirlərlə bağlı təhdid edilincə təşviş yaşadı. Qondarma soyqırımın tanınmasına gəlincə erməni məsələsi yüz ildir ki, Türkiyəyə qarşı istifadə edilən bir cəzalandırma dəyənəyidir. Hesab edirəm ki, bundan ermənilər və Ermənistan özünə qazanc əldə etmək üçün araya girməməlidir.

-Bəs Türkiyənin Almaniyanın bu addımına qarşı cavabı necə olacaq? Ankara Berlinə qarşı hansı adekvat adımları ata bilər?

-Türkiyə Almaniyanın qondarma soyqırımla bağlı qəbul etdiyi qərara hər sahədə cavab verəcək. Eyni zamanda Almaniya təşviş içərisində qəbul etdiyi bu qərarı başqa istiqamətlərdə dəstəkləyərək Türkiyəni küncə sıxmaq istəyəcək. Ancaq Almaniya nə edərsə etsin Türkiyəyə qarşı erməni kartı ilə heç bir uğur əldə edə bilməz. Almaniyanın ermənilərdən istifadə etməklə atmış olduğu bu addıma qarşı məhz erməni məsələsinin müzakirə edilərək cavab veriləcəyinə inanmıram. Düşünürəm ki, başqa istiqamətlərdə Almaniyanın atmış olduğu bu addıma qarşı iki qat artıq cavab veriləcək.

-Ermənilər almanların qəbul etdiyi bu qərardan nə dərəcədə yararlana bilərlər? Bu ermənilərin işinə necə yarayacaq?

-Ermənilər və Ermənistanın Almaniya-Türkiyə əlaqələrinin hazırkı durumundan yararlanmağa çalışmaları onların fürsətçil olmalarını bir daha sərgiləmiş olar. Ermənilər yüz ildir ki, onlar üçün yazılmış bir rolun iztirabını çəkirlər. Hazırda ermənilər ağıllı davranaraq bu oyuna qoşulmamalı, onu pozmalıdırlar. Əgər ermənilər bundan sonra da daha yüz il onlar üçün hazırlanmış oyunu davam etdirsələr, o halda gələcək yüz ildə yox olub gedəcəklər.

-Ulu babalarının zamanında soyqırım törətmiş almanların 1915-ci il hadisələrini soyqırım kimi qələmə verməsi nə dərəcədə məntiqlidir?

-Almaniyanın qəbul etmiş olduğu qərarın 1915-ci il hadisələri ilə heç bir əlaqəsi yoxdur. Burada yeganə məqsəd ermənilər vasitəsilə Türkiyəni vurmaqdır. Bunu yaxşı görmək və ona uyğun strategiya müəyyənləşdirmək lazımdır.

-Bəs Almaniyada yaşayan 3 milyondan artıq türk nə üçün belə bir qərarın qəbul edilməsinə qarşı öz sözünü deyə bilmədi? Bu onu deməyə əsas verirmi ki, Türk lobbisi hələ də tam formalaşmayıb və gücsüz durumdadır?

-Almaniyadakı və Avropadakı türklərin edəcəyi çox şeylər var. Öncəliklə təhsil almaları və yaşadıqları dövlətlərin qanunverici orqanlarında təmsil oluna biləcək fəaliyyətlər göstərməlidirlər.

Süleyman İsmayılbəyli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir