Hazar’ın Sultanı Mihriban Paşa!

“Muharrem”-“Recep” qovğası – Türk seçicisi iki seçim arasında

Civil service system in Azerbaijan

Հեղափոխություններից հետո կալանավորումներից հնարավոր չէ խուսափել

Türkiyəyə qarşı müharibə elanı – İstanbul qətliamını kim və nə üçün törətdi?

Gündem 1 Ocak 2017
452

Türkiyəyə qarşı müharibə elanı – İstanbul qətliamını kim və nə üçün törətdi?
Terror İstanbulu yeni ilin ikinci saatında vurdu. Əslində buna terror demək olmur; bu, terrordan daha ağır bir cinayətdir. Terror terminologiyada latıncadan qorxu sözündən gəlir. Yəni məqsəd insanlarda qorxu yaratmaqdır. İstanbul terroru isə insanlara, insanlığa nifrət cinayətidir. Son hadisə isə kütləvi insan qətli, qaniçən olaydır.

Gece saat 01.15-də “Şaxta baba” geyimində silahlı şəxs İstanbulun Ortaköy bölgəsində
“Reina” adlı məşhur və əsasən də turistik hesab olunan gece klubuna hücum edib.Təxminən 800 nəfərə yaxın insanın əyləndiyi kluba daxil olan terrorçular əllərindəki avtomat silahlarla hər tərəfə atəş açmağa başlayıb. Qətliam nəticəsində son məlumatlara görə, 39 nəfər ölüb, 4-ü ağır olmaqla, 69 yaralı isə xəstəxanalara yerləşdirilib.

Image result for istanbul ortaköy reina terror

Hər kəsə atəş açan terrorçunun daha sonra geyimini dəyişərək qaçan insanlara qarışıb izini itirdiyi bildirilir. Türkiyə mediasının məlumatına görə, İstanbulda, həm də məhz bu gecə klubunda terror olacağı ilə bağlı ABŞ kəşfiyyatı daha əvvəldən xəbərdarlıq edib və bununla bağlı müvafiq qabaqlayıcı addımlar da atılıb. Ancaq terror gözlənilməz yerdən gəlib. Daxili işlər naziri Süleyman Soylu da terror xəbərdarlığı aldıqlarını və buna qarşılıq müvafiq addımların atıldığını təsdiqləyib. Rəsmi açıqlama olmasa da, ilkin versiyalara görə, terroru İŞİD və ya bənzər radikal qrup törədib. Bu hadisə Türkiyədə son bir ayda törədilmiş 3-cü kütləvi qətliamdır. Dekabrın 10-da İstanbulda Beşiktaşda çevik qüvvət polislərinə qarşı, 17 dekabrda isə Kayseridə hərbçi xüsusi təyinatlılara qarşı terror edilmişdi.

Ancaq yeni ilin ilk saatlarında dinc insanların əyləndiyi barda törədilən hadisə miqyasına görə əvvəlkiləri kölgədə qoyur. Bu, əslində bir qətliamdır; Türkiyə növbəti dəfə həssas yerindən vuruldu. Bütün terror hadisələrində olduğu kimi, bu hadisədə də diqqət olunası əsas məqam bu hücumun məqsədi və sifarişçinin kimliyidir.

Image result for istanbul ortaköy reina terror

Yeri gəlmişkən, ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti hadisə ilə bağlı Türkiyə dövlət başçısına başsağlığı veriblər. ABŞ prezidenti Türkiyəyə dəstək təklif edib.

Bu qətliamın Türkiyəyə zərbəsini 3 aspektdə dəyərləndirmək lazımdır.

Image result for istanbul ortaköy reina terror

1. “Reina”qətliamıİstanbulun mərkəzində, əsasən turistlərin çox getdiyi (ölənlərdən 16-sı xarici turistdir – K.R.) məkanda törədilib. Yəni ötən ildən bu yana davam edən, İstanbulda turistləri hədəfə alan silsilənin davamı. Bu hadisə də əvvəlkilər kimi Türkiyəyə, İstanbula turist axınına mənfi təsir edəcək, yəqin ki, bu gedişlə, çox az insan, xüsusən də Avropadan bu qədər təhlükəli İstanbula gəlmək istəyəcək.

2. Bu hadisə bütün mənzərəsi ilə Türkiyənin təhülkəsizlik orqanlarını, dövlət qurumlarını zərbə altında qoyur. Terrordan öncə xəbərdarlıq edilir və məlum olur ki, hətta qabaqlayıcı addımlar atılmasına baxmayaraq Türkiyənin müvafiq qurumları terrorun qarşısında acizdir. Bu isə dövlət və hakimiyyəti etibarsızlaşdırır, ölkəyə nəzarət edə bilmədiyi mesajını verir.

3. Terror məhz yeni il bayramlarına qarşı Türkiyədə islamçı dairələrdə antitəbliğatın kəskin artdığı, hətta küçələrdə “Şaxta Baba”nın qovulduğu rəsmlərin fonunda baş verib. Terrorçular məhz dünyəvi əhalinin yaşadığı bölgədə, dünyəvi insanları (yeni il şənliklərini ancaq dünyəvi camiə qeyd edir – K.R.) hədəf alması Türkiyədə son zamanlar dindarlarla dünyəvi insanlar arasında artan gərginliyi daha da qızışdırır. Bu terrordan sonra yəqin ki, nifrət daha da artacaq.

Image result for işid

Bu terror aktını ilkin versiyaya görə, İŞİD törədib. Əlbəttə, hazırda Türkiyə ordusu Suriya ərazisində əl-Bab şəhərində İŞİD-lə savaşır. Aydın mıəsələdir ki, Türkiyə İŞİD hədəfində olan ölkədir. Amma kəşfiyyat xəbərdarlığı olduğu halda və təhlükəsizlik qüvvələrinin hazırlıq vəziyyətinə gətirilməsinə baxmayaraq yenə də İŞİD-çinin “əlini-qolunu sallayaraq” bara girib 39 nəfəri öldürməsi, 70 adamı yaralaması kifayət qədər suallar yaradır. Yeri gəlmişkən, məlumata görə qətliam olan barda təhülkəsizlik tədbiri məqsədi ilə bütün daxil olanlar xüsusi elektron vasitələrlə yoxlanılıb. Bu isə o deməkdir ki, ya “şaxta baba” bara girəndə yoxlanılmayıb (bu təhülkəsizlik orqanları üzərinə şübhə salır, Ankarada olduğu kimi – K.R.), ya da silah daha əvvəldən bara yerləşdirilib. Hər iki halda yenə də yerli xüsusi xidmət orqanları içərisində bu hadisəyə dəstək olduğu və həmçinin bu işin arxasında xarici xüsusi xidmətlərin dayandığı ehtimalını gücləndirir. Məsələ ondadır ki, İŞİD hər nə qədər güclü terror qruplaşması olsa da, onun yerli “hücrələri” nəzarət altındadır, kənar dəstək olmasa belə rahatlıqla qətliam törətməsi mümkün deyildi.

Nəticə etibarı ilə bu hadisə Türkiyə dövlət orqanlarını, hökuməti daha da etibarsızlaşdırma, hakimiyyət orqanlarının fəaliyyətini iflic etmə və dövləti və vətəndaşları “yormaq” məqsədi güdür. Bu, Türkiyəyə müharibə elanıdır.

Kənan Rövşənoğlu, musavat.com

Yorumlar