İngiltere’nin Gazprom kararının perde arkası!

Հայաստանի տնտեսական ակտիվության ցուցանիշը հունվար-մայիսին աճել է 8.6 տոկոսով

İsrail-İran kəşfiyyat müharibəsinin yeni cəbhəsi-Afrika…

Olası ABD – İran çatışmasında Türkiye’nin izleyeceği strateji ne olur?

Türkiyənin Suriyada PKK/YPG qarşı uğurlu hərbi əməliyyatları, Qərbin kürd planının qarşısını alır

Gündem, Türkiye 30 Ocak 2018
63

Türkiyənin şimali Suriyada “Zeytun budağı” hərbi əməliyyatı, Türkiyənin regionda sjyasi mövqeyini güclənməsinə səbəb olacaq. Həmçinin, bununla Soçidə keçirilən Suriya Milli dialoq forumuna Rusiya tərəfindən dəvət alan YPG-ni uzaqlaşdırılmasına nail oldu.

Türkiyə bu əməliyyatnan sübut etdi ki, öz milli təhlükəsizliyinə olan təhdidlərin qarşısında heç bir gücün qarşısından çəkilmək əzmində deyil. Qeyd edim ki, Afrin əməliyyatı regional kontekstə ABŞ-Türkiyə siyasi qarşıdurmasını ortaya çıxardı. Ankaranın prinsipial siyasəti və YPG-ni Afrində sıxışdırması, Menbicə doğru irəlləməsini şərtləndirir.

Suriya demokratik gücləri adlanan YPG terrorçularından ibarət qrupun adını dəyişərək Menbic Hərbi Şurası (MHŞ) adlandırmaqla ABŞ, Türkiyənin mümkün hücumlarından kürd terrorçularını qorumağa hesablayıb. ABŞ Menbic Hərbi Şurası yaratmaqla, bu şuranın fəaliyyətini siyasiləşdirir və bununlada şimali Suriyada muxtariyyətin qurulmasına aparır.

Təbii ki, Türkiyə Menbicdə adı nə olursa olsun bu terror qruplaşmasının fəaliyyətini qətiyyətlə almağa israrlı görünür. Əgər, Türkiyə “Zeytun budağı” əməliyyatını uğurla həyata keçirib, YPG-ni şimali Suriyada təmizləsə, belə bir əməliyyatı Şimali İraada PKK terror təşkilatına qarşı keçirəcək. Çünki, Şimali İraqda Qəndil və onun ətrafında PKK güclənir. PKK-nın əsas bazalarına Suriyadakı kimi quru əməliyyat keçirilməyincə, bu terror təşkilatı Türkiyəyə təhdid olaraq alacaq.

Türkiyənin Suriyada PKK/YPG qarşı uğurlu hərbi əməliyyatları, Qərbin kürd planının qarşısını alır.
Muhammed Asadullazade

Yorumlar