ABD’nin yeni Ankara Büyükelçisi David Satterfield kim?

İsrail’in eski bakanı İran ajanı suçuyla yakalandı

Çin’in Türkiye, ABD’nin Rusya sevdası

Քրիստինե Ասատրյան. «Հասկացել եմ, որ լեգիտիմ կառավարության մաս լինելը խնդիր չէ»

Türkiyədə yeni dönəm: Konstitusiya islahatları ölkəyə nə verəcək?

Türkiye 19 Nisan 2017
529

Türkiyədə konstitusiya dəyişiklikləri ilə bağlı keçirilmiş referendumun yekun nəticəsinə görə, seçicilərin 51,41 faizi “hə”, 46.09 faizi isə “yox” dedi. Beləliklə də irəli sürülən dəyişikliklər qəbul olunub.

Konstitusiya dəyişikliklərinə Bayburt, Rizə, Ərzurum, Qəhrəmanmaraş, Ərzurum, Cankırı, Konya, Elazığ, Sivas və bir sıra digər bölgələrdən yüksək dəstək gəlib. Tunceli, Şirnak, Ədirnə, Muğla, Hakkari, Diyarbəkir, İğdır, Batman, İzmir, Tunceli əyalətləri isə böyük səs çoxluğu ilə dəyişikliklərin əleyhinə səs veriblər.

Konstitusiya islahatları paketində nələr var?

Bu suala cavab tapmaq üçün əvvəlcə qəbul edilmiş dəyişikliklərə diqqət yetirmək lazımdır.

Belə ki, dəyişikliklərə əsasən, Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatların sayı 550-dən 600-ə qaldırılacaq.

Deputat seçilmək yaşı 25-dən 18-ə endiriləcək.

Parlament və prezident seçkiləri 5 ildən bir olacaq, seçkilər eyni gündə baş tutacaq. Parlament nəzarət və məlumat əldə etmə səlahiyyətini “Parlament araşdırması”, “Ümumi toplantı”, ” Parlament istintaqı” və “Yazılı sual” yolu ilə istifadə edə biləcək.

Prezidentin partiyasıyla əlaqəsi kəsilməyəcək. Prezidentin vəzifə müddəti 5 il olacaq, bir adam ən çoxu 2 dəfə prezident ola biləcək. Prezidentliyə seçkilərdə etibarlı səslərin ən az 5%-ni alan partiyalar ilə ən azı 100 min seçici namizəd göstərə biləcək.

Seçkidə etibarlı səslərin tam əksəriyyətini alan namizəd prezident seçiləcək. Prezident “dövlət başçısı” olacaq, icra mandatı ilə birlikdə baş komandanlığı təmsil edəcək

Prezident müavinlərini, yəni vitse-prezidentləri və nazirləri təyin edə, həmçinin vəzifələrinə xitam verə bilər.

Parlament prezident, vitse-prezidentlər və nazirləri haqqında istintaq açılmasını tələb edə biləcək.

İntizam məhkəmələri istisna olmaqla, hərbi məhkəmələr qurulmayacaq

Hərbi prokurorluq, hərbi ali məhkəmə və hərbi məhkəmələr yığışdırılacaq. Növbəti parlament və prezident seçkiləri, 3 noyabr 2019-ci il tarixində birlikdə keçiriləcək.

Ümumilikdə konstitusiya islahatları 27 dəyişikliyi əhatə edir.

Referendum başa çatsa da, nəticələr həm ölkə daxilində, həm də onun xaricində müzakirə olunmaqdadır. Konstitusiya islahatlarının tərəfdarları hesab edirlər ki, bu, Türkiyəni daha da gücləndirəcək. Ərdoğanın hakimiyyəti dövründə Türkiyə xüsusilə iqtisadi sahədə yüksək inkişafa nail olub və bu xətt davam edəcək. Bundan əlavə, bu gün ölkəyə qarşı həm daxildə, həm də xaricdə real təhdidlər mövcuddur. Məsələn, İŞİD, PKK terror qruplaşmaları Ankara üçün təhlükə mənbəyidir. Türkiyə onlarla mübarizə aparır. Həmçinin, Suriyadan gələn milyonlarla qaçqına öz qapılarını açıb və demək olar ki, onların təkbaşına bütün təminatını həyata keçirir.

Konstitusiya islahatlarının əleyhdarlarından olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu düşünür ki, prezidentlik sistemi bir nəfərin hakimiyyətidir və bunu təhlükəli sayır. Referendumdan sonra Avropa liderlərindən də bəzi tənqidlər gəldi. Xüsusilə Ərdoğanın Türkiyədə ölüm hökmünün bərpa edilə biləcəyinə dair açıqlamasından sonra Avropa rəsmiləri bəyan etdilər ki, bu baş verdiyi halda Aİ-yə üzvlüklə bağlı danışıqlar dayandırıla bilər. Bəs

Konstitusiya islahatları paketinin qəbul edilməsi Türkiyəyə nə verəcək?

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay hesab edir ki, Türkiyədə keçirilən referendum gələcək üçün ümid vəd edir:

“Dünyada sistemlər dəyişir, ölkələrdə isə dəyişmə mərhələsi yaşanır. Bu inkişaflar Türkiyədə də olacaq. Türkiyədə idarəetrmə forması dəyişdirildikdən sonra daha sürətli qərarvermə prosesi başlayacaq. Bu, zənn edildiyi kimi böyük səhvlərə səbəb olmayacaq. İndi məlumatlılıq ön plana çıxacaq, doğru məlumat doğru istifadə olunacaq. Hakimiyyət düzgün qərarlar qəbul edib, hədəfə daha rahat gedəcək. Yox, əgər doğru məlumata dəyər verilməsə, o zaman artıq rəhbər və onun komandası dəyişəcək, məlumat xəzinəsi ilə hərəkət edəcək yeni bir komanda gələcək. İş prosesində səhvlər olacaq, amma icra zamanı meydana gələn çatışmazlıqlar sürətlə həll ediləcəkdir”.

Aİ ilə münasibətlərin gələcəyinə də toxunan ekspert bildirib ki, daxildə baş verən inkişaflar münasibətlərdə bəzi qırılmalar yarada bilər, amma qısa zamanda bu əlaqələr düzələcək: “Türkiyə ciddi dəyişiklik yaşamayacaq, dünyaya yeni şeylər söyləyəcək”.

“ABŞ-da prezident respublikası yaxşıdır, Türkiyədə pis?”

Ekspert Əkrəm Həsənov isə Qərbin və Avropanın referendum yanaşmasını tənqid edib:

“ABŞ-da prezident respublikası yaxşıdır, Türkiyədə pis? ABŞ-da əhalinin yarıdan azının səsini toplayan Tramp prezident olanda bu, demokratiyadır, Türkiyədə referendumun müqəddəratı əhalinin yarıdan çoxunun səsi ilə həll olunanda, yox? ABŞ-da ölüm cəzası olar, Türkiyədə olmaz?.. Fikir verin: Avropanın parlament respublikalarında yaşayan türklərin çoxu referendumda prezident respublikasına “evet” dedi. Niyə? Ona görə ki, həmin parlament respublikalarının həqiqətdə müstəqil olmadıqlarını, ABŞ-ın vassalları olduğunu bilərək vətənlərinə bunu arzulamırlar. Parlament respublikası heç vaxt müstəqil olmur, kiminsə əlaltısı olur! Avropanın parlament respublikaları da məhz bu səbəbdən bəyan etdikləri prinsiplərin əksinə gedərək Türkiyə rəsmilərinə referendumla bağlı vətəndaşları ilə görüşməyə imkan vermədilər. Prezident respublikası olan ağalarının göstərişi belə idi…”.

Pərvanə Sultanova

Yorumlar