Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz”

Almanları Afrin operasyonuna nasıl ikna ettik?

Səfəviçiliyə qarşı Nadir Şahın avşarçılıq paradiqması

20 Yanvar’ olaylarından bugüne Azerbaycan’ın egemenlik mücadelesi

Türkiyədə yad barmaq

Türkiye 19 Aralık 2016
414

Rusiyanın Türkiyədəki səfirinə qarşı terror hadisəsi heç bir halda Türkiyənin dostlarının işi ola bilməz.
Əvvəla, Türkiyə ilə Rusiya arasında bir neçə ay davam edən soyuq münasibətlərdən sonra hər iki tərəfdə müdriklik tapıldı ki, konsensus tapılsın. Qarşılıqlı iqtisadi maraqlar və ortaq layihələr mövcuddur. Yenicə bərpa olunan belə kövrək münasibətlərin pozulması Türkiyənin praqmatik maraqlarına ziddir.
İkincisi, az qala dünyanın əsas güclərinin terrorla zəiflətməyə çalışdığı bir vaxtda Türkiyə həmin cəbhədə açıq sifətlə döyüşənlərinin sırasını genişləndirməz. Bu qeyri-mütənasib döyüş şəraitində özünü mühasirəyə salmaqdır.
Üçüncüsü, Türkiyənin açıq terror savaşında Rusiyanı üstələyəcəyi müəmmalıdır. Bu sərt qarşıdurma müstəvisində şimal “ayısı” ənənəsinə uyğun olaraq yaralayacaq. Bu yaralar isə çoxda tez sağalan yaralar olmaz.
Ona görə bu terror Türkiyənin düşmənlərinin işidir. Terrorçunun türk vətəndaşı olması aldadıcı və iz azdıran əməliyyat sirridir.
Düşüncələrimiz və inamımız qardaş Türkiyə üçündür! Mehmed Talipli Bakü

Yorumlar