PAŞİNYANIN BİZƏ QARŞI ARTAN TƏXRİBATLARINA NƏ ZAMAN CAVAB VERİLƏCƏK?

İran’la İsrail mi Anlaştı ?

“Macedonia: what happened, what’s happening, what might happen”

Ermenistan Başbakanı Paşinyan, Rus savaş uçağının “pilotu” oldu

Türkiyə və Rusiya anlaşdı: Suriyada atəşkəs elan olunur

Gündem 28 Aralık 2016
356

Vaşinqtonun kənarda qaldığı planın nə qədər uğurlu olacağı gələn ay keçiriləcək Astana görüşündən asılı olacaq

Türkiyə və Rusiya arasında Suriya mövzusunda ilkin atəşkəs anlaşması əldə olunub.

Rusiya və Türkiyə XİN rəhbərlərinin telefonda razılaşdırdıqları anlaşmanın detalları mətbuata sızıb. Türkiyə mediasının məlumatına görə, anlaşmaya əsasən iki ölkə Suriyada atəşkəs mövzusunda birgə hərəkət edəcək. Gələn ay Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya ilə bağlı sülh danışıqları başlayacaq. Anlaşmanın aha bir bəndinə əsasən danışıqlarda İran, Qatar və Səudiyyə Ərəbistanı da iştirak edəcək.

Yeni anlaşmanın əsas tərəfi Suriyada atəşkəsin bütün ölkə boyunca tətbiq olunmasıdır. Atəşkəs bu gündən qüvvəyə minəcək və hər iki ölkə onun qüvvədə olmasının təminatçısı rolunu oynayacaq. Eyni zamanda tərəflər terror təşkilatlarının anlaşmaya daxil edilməyəcəyini. Onlara qarşı mübarizənin davam etdiriləcəyini də qəbul ediblər. Atəşkəs uğurlu olacağı təqdirdə yuxarıda adıçəkilən ölkələrlə yanaşı, Suriyada və xaricdə fəaliyyət göstərən müxalif qruplar da Astanada aparılacaq danışıqlara qatılacaq.

Qeyd edək ki, bu həftə Ankarada Rusiya və Türkiyə mütəxəssislərinin Ankarada Suriya mövzusunda müzakirələr aparıb. Anlaşmadan dərhal sonra Rusiyanın xarici işlər naziri Lavrov deyib ki, Putin Suriyada terrora qarşı mübarizədə ölkə daxilində və xaricdə fəaliyyət göstərən. Ölkəsinin taleyinə biganə olmayan bütün qüvvələrlə danışıqlara hazır olduğunu bildirib. Lavrov deyib ki. İran və Rusiyanın dəstəyi ilə Hələbdən əhali təxliyə olunub və bu zaman az sayda mülki əhali də tələfat verib. Eyni zamanda o deyib ki, daha əvvəl Vaşinqtonla bu yöndə əldə olunan razılaşma ABŞ-ın terrorçuları digər müxaliflərdən ayırmaması səbəbindən baş tutmayıb. Lavrov konkret olaraq deyib ki, Vaşinqton İŞİD və “ən-Nusra”nı digər qruplardan ayırmadığı üçün anlaşma baş tutmayıb.

Lavrov indi Moskvanın Ankara, Tehran və digər region ölkələri ilə birlikdə Suriyada davamlı sülhün əldə olunması yolunda danışıqları davam etdirəcəklərini deyib.
Qeyd edək ki, son anlaşma ilə bağlı danışıqlar dekabrın 23-də başlayıb. əsas hədəf Suriyada atəşkəs və BMT-nin münaqişənin həlli ilə bağlı 2254 saylı qətnaməsinə uyğun şəkildə sülh danışıqlarının aparılmasıdır. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib ki, Ankara Bəşər Əsədin yer aldığı keçid prosesini dəstəkləmir. O deyib ki, Suriya müxalifəti Əsədi keçid prosesində qəbul etməyəcək.

Ancaq istənilən halda bu hadisə münaqişənin həll istiqamətində mühüm addımdır. İlk növbədə atəşkəs elan olunacaq, müharibə dayanacaq. Danışıqlar prosesinin uzanması gözlənilə də, əsas məsələ tərəf ölkələrin bu prosesə nə qədər sadiq qalacağından asılı olacaq. Məsələ ondadır ki, buna qədər Qərb koalisiyası ilə birgə hərəkət edən Türkiyə son ildə mövqeyini dəyişib. Vaşinqtonun Suriyanın şimalında kürdləri dəstəkləməsi, eləcə də Ankara ilə Qərb paytaxtları arasında gündən günə soyuyan münasibətlər sonunda Türkiyə hakimiyyətini Rusiya ilə yaxınlaşdırdı. Burda daha bir amil, yaranmış situasiyada Türkiyənin “itirən tərəf” olması idi. Çünki digər ölkələrdən fərqli olaraq Suriya ilə 900 km-dan artıq sərhədi olan Türkiyə münaqişənin ən ağır yükünü çəkməli olub. Üstəlik məhz Suriyadakı “cihad savaşı”na verdiyi dəstək səbəbindən Türkiyə özü bu gün terrorla üz-üzə qalıb. Bu mənada Ankara daha çox itirən tərəf olmamaq, ziyanın yarısından qayıtmaq olsa da. Münaqişənin tezliklə həll olunması və bu prosesdə kənarda qalmaması üçün Rusiya ilə danışıqlara getdi. Çünki hazırda Suriyada Bəşər Əsədin ayaqda qalması məhz Rusiyanın və İranın sayəsində mümkündür. Türkiyənin müstəqil şəkildə Suriya münaqişəsinin ortaq həlli prosesində tərəf olaraq iştirak etməsi onun mövqelərini möhkəmləndirir. Üstəlik Ankara kürd məsələsində anlaşa bilmədiyi Vaşinqtondan fərqli olaraq ruslardan dəstək alacağına inanır. Bu səbəbdən indi Ankara üçün daha praqmatik və real olan seçim Rusiya ilə praktiki anlaşma, atəşkəsə və geniş tərkibli danışıqlara nail olmaqdır.

Bu məsələdə yeganə suallı məqam Vaşinqtonun kənarda qalmasıdır. Aydın məsələdir ki, Vaşinqton özünün iştirak etmədiyi bir sülh danışıqları prosesini dəstəkləməyəcək, açıq şəkildə olmasa da, bu prosesi pozmağa çalışacaq. Bu mənada Qatar və Səudiyyə Ərəbistanının Astanaya gələcəyi və ya gəlsə belə, nə qədər anlaşmaya yaxın olacağı hələ bəlli deyil. Digər tərəfdən, Vaşinqton meydandakı islamçı müxalif qruplar, eləcə də kürdlərin əli ilə də atəşkəsi poza bilər. Çünki hələlik Suriyada qüvvələrin ayrılması baş verməyib, “ən-Nusra” və İŞİD-in ayrılıb digər islamçı müxaliflərin onlara qarşı savaşması sual doğurur. Çünki xüsusən də islamçı müxaliflər arasında birlik sərhədlər necə deyərlər həddən artıq şərtidir.

Beləliklə, son həftələrdə davam edən gərginliyin fonunda nəhayət münaqişənin həlli istiqamətində mühüm addım atıldı. Ancaq bu, hələlik ilk addımdır və görünən odur ki, prosesin uğurlu olması üçün uzun zamana və uyğun şərtlərə ehtiyac olacaq.

Kənan Rövşənoğlu
Musavat.comc

Yorumlar