Papalık Masonluk savaşında İngiliz Masonlarının Vatikan karşıtlığı!

Moskova Belediyesi Milletler Evi’nde Türk Müziği Konseri düzenlendi

Rus senatörden Yunanistan tepkisi: Türkiye tatilini seviyoruz

Yayınımız ses getirdi ‘Akın İpek’e Londra’da ev hapsi’

Türkiyə kimi nüfuza sahib bir ölkə ilə mücadilə etmək Avropa Birliyi üçün böyük şanssızlıqdır

Türkiye 13 Mart 2017
541

Newscenter.az.13.03.2017. Hasan Oktay: “Avropa Birliyi bu olayları, haqsız mövqeyini davam etdirərəsə, o halda bundan daha çox Avropa Birliyi ölkələri, eləcə də bu quruma namizəd dövlətlər zərər görər”

Almaniya və Hollandiyanın son günlər Türkiyəyə qarşı sərgilədiyi mövqe, hər iki ölkədə yaşayan türklərə qarşı insan hüquq və azadlıqlarına ziddi hərəkətlərə yol verilməsi Ankara ilə Berlin və Amsterdam arasında münasibətlərin kifayət qədər gərginləşməsinə səbəb olub. Xüsusilə, Türkiyənin xarici işlər nazirinin Hollandiyaya girişinin qadağan edilməsi Ankarada ciddi təpki yaradıb. Artıq Türkiyənin yeni bir diplomatik krizə girdiyi tam ortadadır. Bəs görəsən, bundan sonrakı proseslər necə cərəyan edəcək? Ümumiyyətlə, Türkiyəyə qarşı Avropadan artan təzyiqlərin əsl səbəbi nədədir? Bu və ya digər suallarla Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Hasan Oktayla söhbətlədik. Hasan Oktay Türkiyənin artan nüfuzunun Avropada ciddi narahatçılıq doğurduğunu bildirib və Ankaraya qarşı olan təzyiqlərin arxasında da məhz bu məqamın dayandığını söyləyib.

-Hasan bəy, son günlər Türkiyə Almaniya və Hollandiya ilə siyasi böhran yaşamaqdadır. Sizcə, bu cür problemlərin meydana çıxmasına səbəb olan başlıca amillər hansılardır?

-Türkiyənin Osmanlı dövləti ilə başlayan və iki yüz ildən artıq davam edən Qərbləşmə strategiyası Avropa Birliyi qurulduqdan sonra sözügedən birliyə üzv olmaq fəaliyyətləri ilə davam edib. AKP höküməti qurulduğu ilk gündən etibarən Avropa Birliyi ilə müzakirələr başlamış və bu qurumla əlaqələr təktərəfli də olsa belə davam etdirilmişdi. Avropa Birliyi namizəd ölkələr sırasında Türkiyənin olmasından dolayı üzvlüklə bağlı bir sıra məsələləri daha diqqətlə incələyir, hətta işi dalana apararaq Türkiyəni AB-yə üzv qəbul etməmək üçün dirəniş göstərir. Təbii ki, AKP höküməti də bu durumu tənqid edərək Avropa Birliyininin bir xristian klubu olduğunu söyləyir, AB-nin bu hərəkətini Türkiyəyə qarşı ədalətli davranmadığını iddia edir. Proseslər belə bir məcrada cərəyan edincə tərəflər arasında qarşılıqlı etimadsızlıq, inamsızlıq yarandı. Məlum olduğu kimi Türkiyədə aprel ayının 16-da referandum keçiriləcək. Həmin referandumda ölkə hüdudlarından kənarda yaşayan Türkiyə Cümhuriyyəti vətəndaşları da səs verməklə iştirak edəcəklər. Bu ərəfədə başda Almaniya olmaqla bir çox Avropa ölkəsində yaşayan türklərə məsələni, referenduma çıxarılacaq dəyişiklikləri anlatmaq üçün həmin ölkələrdə toplantılar keçirmək istəyi ortaya qoyuldu. Amma buna qarşı başda Almaniya olmaqla Hollandiya və Avstriya Türkiyənin daxili işlərinin öz ölkələrinə sirayət edəcəyi bəhanəsi və təlaşı ilə AKP iqtidarının nəzərdə tutduğu toplantılara qarşı sərt tədbirlər almağa başadılar.

-Sizcə, Ankaraya qarşı siyasi təzyiqlərin artmasının arxasında Türkiyə-Rusiya əlaqələrinin daha da inkişaf etdirilməsi məqamı dura bilərmi?

-15 iyul dövlət çevrilişinə cəhd zamanı Avropa Birliyinin məsələyə fərqli yanaşması, bu zaman kəsimində Türkiyəni yalnız qoyması, buna qarşılıq olaraq isə Ankaranın Avropa Birliyinin ortaya qoyduğu mövqedən dolayı yeni birliklər, ittifaqlar axtarışına çıxması istər- istəməz Türkiyə-Avropa Birliyi münasibətlərini gərginləşdirdi. Bu proseslərə digər tərəfdən gözlənilmədiyi halda Türkiyə-Rusiya əlaqələrinin inkişaf etdirilməsi əlavə edilincə, Avropa Birliyi Türkiyəyə qarşı münasibətini sərtləşdirmək yolunu seçdi. Ukrayna böhranı ilə üzə çıxan, aydınlaşan Avropa Birliyinin Türkiyəyə qarşı normal olmayan münasibəti Türkiyə- Rusiya əlaqələri inkişaf etdikcə daha da sərtləşdi. Avropa Birliyi Ukrayna böhranında Türkiyənin də bu problemə cəlb edlib Avropa Birliyininn yanında olacağını hesab etdiyi halda, Ankara sözügedən böhranda tərəfsiz qalmaqla bir növ Rusiyaya dəstək olduğu görüntüsü yaratdı. Ankaranın bu mövqeyi Avropa Birliyində də eyni tərzdə qarşılandı.

-Xüsusilə, Hollandiyanın ortaya qoymuş olduğu mövqeyə qarşı Türkiyə hansı adekvat addımlar ata bilər?

-Avropa Birliyi ölkələri soyuqqanlı diplomatiya həyata keçirməyi yaxşı bilirlər. Yəni, ortaya qoyduqları davranışlarının altındaki səbəbi ustalıqla saxlayırlar. Türkiyəyə qarşı həyata keçirilən siyasətlərində özlərini haqlı çıxarmaq istiqamətində hərəkət edirlər. Bu referendum bəhanəsi ilə Türkiyəyə qarşı ortaya qoyduqları münasibətin açıq təzahürüdür. Bundan sonra da dünya KİV-ləri və ictimai rəyində AKP-nin və Rəcəb Tayyib Ərdoğanın şəxsində Türkiyəyə qarşı bir qaralama kampaniyası həyata keçiriləcək. Referendum Türkiyənin daxili işidir. Amma buna rəğmən Avropa referendum məsələsi üzərindən əsl səbəbini gizlədərək Türkiyəyə qarşı təxribatlar həyata keçirməkdədir. Düşünürəm ki, bu hadisələr fonunda Türkiyə təkcə Hollandiya deyil, emumilikdə Avropa Birliyinə qarşı daha təsirli bir strategiya həyata keçirməlidir.

-Bəs digər Avropa ölkələri də irəlidə Türkiyəyə qarşı eyni mövqeni sərgiləyə bilərlərmi?

-Bəli. 16 apreldə baş tutacaq referendum öncəsi bu gərginliklərin davam edəcəyi görünməkdədir. Avropa Birliyi dövlətlərinin hamısı olmasa da, böyük əksəriyyətinin Türkiyəyə qarşı münasibətlərini gərginləşdirəcəyi görüntüsü var. Bu da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı olan məsələdir. Belə ki, hazırda Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi üçün istənilməyən biri kimi dəyərləndirilir. Rəcəb Tayyib Ərdoğan isə Avropa Birliyinin mövqeyinin gerçək səbəbini ortaya qoya bilmək üçün referendum məsələsindən hərəkət edərək AB-nin antidemokratik davranışlarının önünü açır, ortaya qoyur. Beləliklə də, Avropa Birliyini dünya ictimaiyyətində sıxıntıya salmağa çalışır. Amma mediaa üzərindən gerçəkləşəcək bu mübarizəni qazanmaq heç də asan olmayacaq. Bir sözlə Türkiyə bir tərəfdən Avropa Birliyi ilə əlaqələri davam etdirmək, diğər tərəfdən AB-nin üzvü olan bəzi ölkələrin gerçək niyyətini ortaya çıxarmaq məcburiyyətindədir. Bunu edərkən isə daha diplomatik davranmalı, nəzarəti əldən verməməlidir.

-Ümumilikdə, KAFKASSAM olaraq bundan sonra davam edəcək prosesləri necə dəyərləndirirsiniz?

-Avropa Birliyinin dağılması əsas müzakirə mövzusu olduğu bir zamanda Türkiyə kimi nüfuza sahib bir ölkə ilə mücadilə etmək Avropa Birliyi üçün böyük şanssızlıqdır. Avropa Birliyi Türkiyəyə qarşı mövqeyini bu şəkildə davam etdirərsə və bunun üzərindən Türkiyəyə bir bədəl ödətməyə cəhd göstərərsə, bu qurumda çox böyük sıxıntılar yaşanar. Avropa Birliyi- Türkiyə ilə əlaqələri yenidən gözdən keçirilərək gizli gündəmlər kənarda tutulmalıdır. Avropa Birliyi üçün Türkiyə vaz keçilməz olaraq görülməlidir. Ona görə də siyasət, diplomatiya inkişaf etdirilməlidir. Avropa Birliyi bu olayları, haqsız mövqeyini davam etdirərəsə, o halda bundan daha çox Avropa Birliyi ölkələri, eləcə də bu quruma namizəd dövlətlər zərər görər.

-Bəs, Türkiyə bundan hansı zərər görə bilər?

-Avropa Birliyi ilə əlaqələrin zaman-zaman problemə çevrilməsi, münasibətlərin gərginləşməsi mümkün ola bilir. Amma Türkiyə Avropa Birliyi hədəflərindən vaz keçməyəcək. Nədən ki, Türkiyə Avropa Birliyi üçün həm də bir körpüdür. Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı ilə Avropa Birliyi arasındaki körpü rolunu oynamaqla həm AB, həm də Şanxay Əməkdaşlıq Təşkilatına böyük töhfələr verə bilər. Ona görə də Avropa Birliyi tarixi qorxu və tərəddüdlərini bir kənara qoyub daha məntiqli davranış ortaya qoymalıdır. Bütün halda referendum ərəfəsində bu gərginliyin davam edəcəyi görünməkdədir. Ancaq yaranmış böhranın daha da dərinləşməməsi lazımdır. Hesab edirəm ki, həm Türkiyə, həm də Avropa Birliyi son bir illik münasibətlərini yenidən gözdən keçirib hansı xətalara yol verdiklərini görməlidirlər.
http://newscenter.az/2017/03/13/turkiye-kimi-nufuza-sahib-bir-olke-ile-mucadile-etmek-avropa-birliyi-uchun-boyuk-shanssizliqdir.html

Yorumlar