KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Türk ordusu “Fırat qalxanı” əməliyyatını uğurla tamamladı

Türk ordusu “Fırat qalxanı” əməliyyatını uğurla tamamladı

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
390 0

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Türkiyə ordusunun “Fırat qalxanı” əməliyyatının uğurla tamamlandığını açıqladı. Bəli, hərbi baxımdan bu əməliyyatı hardasa uğurlu saymaq olar, Türkiyə Suriyada bir neçə yaşayış mərkəzini terrorçulardan azaz etməklə tampon bölgə formalaşdırdı, sərhədin bir hissəsi nəzarətə götürüldü, bir qisim köçkünün geri qaytıması üçün şərait yaradıldı, Ankaranın dəstəklədiyi Azad Suriya Ordusu güc qazandı.
Ancaq siyasi nöqteyi-nəzərdən “Fırat qalxanı” əməliyyatının tam hədəfə çatdığını söyləmək çətindir. Çünki, Ankara Suriyada silahlı kürdləri neytrallaşdıra bilmədi, tam əksinə terrorçu PKK-nın qolları olan PYD və YPG ABŞ və Rusiyadan aldığı dəstək sayəsində tərəfdarlarının sayını 60 min döyüşçüyə çatdırdı. Bu saya görə PKK-nı da geridə qoydular, gələcəkdə Türkiyəyə problem yaradacaqlar. Türkiyə DAİŞ-in Suriyadakı əsas qalası sayılan Raqqa şəhərinə hücumdan da vaz keçdi. Türkiyənin başqa alternativi yox idi. Bu şəhərin azad olunması uğrunda döyüşdə Türkiyə xeyli hərbçisini itirə bilərdi. Qoy, Raqqa ABŞ, Rusiya və silahlı kürdlərin başağrısı olsun.
Elhan ŞAhinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir