KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Tramp qərarından geri çəkiləcəkmi

Tramp qərarından geri çəkiləcəkmi

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
367 0

Müsəlman dövlətləri Qüds ətrafında birləşdi

ABŞ prezidenti Donald Trampın Qüdsü (Yerusəlim – red.) İsrailin paytaxtı kimi tanıması Türkiyə, bir çox ərəb dövlətləri, həmçinin dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb. ABŞ-a bu qərarının beynəlxalq vəziyyəti gərginləşdirəcəyi ilə bağlı xəbərdarlıqlar olunub.

Bu prosesin davamı olaraq artıq dünyanın nəzərləri Qüdslə bağlı İstanbulda keçirilən zirvə toplantısına yönəlib. Prezident Ərdoğanın dəvəti ilə baş tutan Zirvədə iştitrak edən 16 ölkə başçısı və 48 ölkənin nümayəndəsi ABŞ-ın Qüdslə bağlı qərarına etiraz olaraq yol xəritəsi hazırlayır.
Ərəb ölkələri, 48 ölkənin nümayəndələri ABŞ-ın bu qərarından geri çəkilməsinə nail ola biləcəkmi və beynəlxalq aləmin məsələ ilə bağlı gözlədiyi gərginlik nə ilə bağlıdır?

Mövzunu Türkiyə Qafqaz Araşdırmaları Mərkəzinin sədri Həsən Oqtay və Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Versus.Az-a şərh edib.

Həsən Oqtay: “Trampın bu qərarı İsrailə rəğmən Amerikadakı Yəhudi lobbisinə sevimli görükmək üçündür”

“İslam ölkələri özlərini yenidən gözdən keçirməli və yenidən təşkilatlanmalıdırlar. Əks halda dünyada təkcə adı olub müstəqil gücü olmayan ölkələr kimi qəbul olunmaq islam ölkələrinə yaraşmaz”.

H.Oqtay bildirib ki, ABŞ prezidenti Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi və ABŞ səfirliyini Qüdsə yerləşdirmə qərarı dünyada ciddi etirazla qarşılanıb:

“Xüsusilə islam aləmi bu qərarı qəbul etməyib və qısa zaman ərzində İslam Əməkdaşlıq Təşkilatını İstanbulda Zirvəyə toplayaraq məsələni müzakirə etdilər. Trampın qərarına etiraz edilməklə yanaşı, hətta Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olaraq tanımasına müddət qoyuldu. Qüdsə qarşı açılan bu kart etirazala qarşılandığı üçün Trampın qərarına qarşı verilən bu qəraq açıq qalmış oldu”.

H.Oqtay bildirib ki, Trampın bu qərarı İsrailə rəğmən Amerikadakı Yəhudi lobbisinə sevimli görükmək üçündür:
“Putinin Mısır, Suriya, Ankara səfəri isə Trampa qarşı Ərdoğan, Putin, Misir ittifaqı kimi görüldü. Amma bu ittifaq da Trampın həmləsinin qarşılığında bir həmlə deyildi”.

Ekspert bildirib ki, Obama bürokratları sıx-sıx Trampı çaşdırmaqdadırlar. Onun fikrincə, bu imzanı da məhz bu aspektdə dəyərləndirmək lazımdır:
“Trampla keçmiş dönəm bürokratlarının mübarizəsini yaxşı görmək lazımdır. Tramp bu mübaziədə əlini gücləndirmək üçün yəhudi lobbisini arxasına alıb daxili siyasətində hərəkət qabiliyyətini artırmaq istəyərkən dünya ilə oyunda çox böyük sıxıntıya düşdü. Belə bir vəziyyətdə Trampın qərarını idarəolunmaz hala gətirmək lazım olduğu halda, buna cavab olaraq Şərqi Qüdsi Fələstin dövlətinin paytaxtı olaraq tanımaq Trampın qərarının birmənalı şəkildə tanınması şəklində qəbul olunmasıdır. Dünya siyasətini yaxşı oxumaq lazımdır. Trampın bu qərarının Türkiyə Rusiya yaxınlaşmasını nə dərəcədə sürətləndirməsi, eləcə də Türkiyə Avropa Birliyi gərginliyini yenidən müzakirə olunmasını gündəmə gətirib. Hətta İsraildə mövcud olan hökumət gərginliyi normallaşdırmağa doğru dəyişib. İsrail, Türkiyə, Rusiya bu gərginliyi yaxşı idarə edərək qazanclı çıxmaqdadır”.

Fuad Əliyev: “ABŞ bu qərarını hər hansı bir təzyiqlə geri götürməyəcək”

ALDP sədri Fuad Əliyev Versus.Az-a bildirib ki, Tramp ABŞ Konqresinin 22 il öncə qəbul etdiyi, lakin təhlükəsizlik baxımından ertələnən bu qanunu hər hansı bir təzyiqlə geri götürməyəcək. O, eyni zamanda qeyd edib ki, Tramp tərəfindən qəbul olunan qərar beynəlxalq hüquqa ziddir və Fələstin-İsrail münasibətlərinin yenidən gərginləşməsinə səbəb ola bilər:

“Trampın bu qərarı ABŞ-ın dünyada hegemonluğunu isbat etməyə çalışır və bu zaman Yaxın Şərq və regionda möhkəmlənən Türkiyəyə qarşı çıxır. Paralel olaraq öz daxili hakimiyyətinin möhkəmlənməsinə çalışır. Tramp bu davranışı ilə ABŞ-da yəhudilərin dəstəyini qazanmaq niyyəti güdür”.

Partiya sədri bu addımla regionda yeni gərginlik riskinin artırılacağını önə çəkib. Onun sözlərinə görə, İsrail tam demokratik idarəetməsi ilə fərqlənib təqdir olunsa da, onun beynəlxalq hüququ kobud şəkildə pozmasına göz yummaq olmaz:
“ABŞ prezidentinin bu addımı beynəlxalq hüquqa zidd olmaqla yanaşı, həm də BMT qətnamələrini də ayaq altına atmaqdır.”

F.Əliyev digər tərəfdən Azərbaycan Prezidentinin bu qərara sərt reaksiya verməsinə də birmənalı yanaşmayıb. Onun sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var və belə bir münasibətin sərgilənməsi ölkəmizə qarşı yanlış addımlara səbəb ola bilər.
“Bu məsələdə daha çox neytral, tərəfsiz mövqenin tutulması daha məqbul olardı”- ALDP sədri deyib.

TAHİRƏ
Versus.Az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir