Türkiyə bu seçkilərə hazırlaşa bilmədi”

Эксперты прогнозируют победу Эрдогана на президентских выборах в Турции

Beşinci Nesil Uçaklara üzerine : F 35 – Su 57 (Birinci Bölüm)

Güney Kore Cumhurbaşkanı Moon’un Rusya Ziyareti

Toqquşmalar Qarabağı aşıb

Azerbaycan, Ermenistan 24 Temmuz 2017
125

Rusiya və Azərbaycan prezidentləri Qarabağdan danışsalar da, Soçi görüşünün bu mənada müsbət nəticəsi olmayıb. Olsaydı, heç olmazsa qısa müddət cəbhə bölgəsində və Azərbaycan-Ermənistan sərhəddində nisbi sakitlik yaranardı. Cəbhə bölgəsində atəşkəs intensiv pozulmaqla yanaşı, iki ölkə arasındakı sərhəddə də vəziyyət gərgindir. Toqquşmalar Qarabağı aşıb. Ermənistanın Qazax və Tovuzla sərhəddəki bölgələri səksəkə içindədir. Onlar vurur, biz cavab veririk və ya əksinə biz vururuq ki, onlar daima gərginlik içində olsunlar. Bu elə belə də davam edəcək, ard-arda Soçidə 10 görüş keçirilsə də, lokal toqquşmaların həcmi azalmayacaq. Bəlkə Kremlə də elə bu lazımdır, sanki tərəflərə mesajı belədir: “Bir-birinizə atəş bilərsiniz, ancaq genişmiqyaslı müharibəyə icazəm yoxdur”.
Elhan Şahinoğlu

Yorumlar