Rus milletvekili: Erdoğan S-400 konusunda ABD’nin baskısına boyun eğmeyecek

Rus uçakları Suriye’de kimyasal saldırı provokasyonuna hazırlanan teröristleri imha etmiş

Rus ve Ukraynalı Papaz kavgasında Türkiye taraf mı?

Azərbaycan Sarkisyanın B planından lazımınca istifadə edə bilər

TBİLİSİDƏ İNSAN HAQLARI MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

Gürcistan 30 Ocak 2017
629

Bu gün Tbilisidə İnsan hüquqları və ailə dəyərləri mövzusunda konfrans keçirildi. Konfrans Levan Mikeladze adına fondun Gürcüstanın bir çox yerlərində keçirdiyi təlim proqramının yekunu olaraq təşkil olunmuşdu.
Konfransda dini icma rəhbər və nümayəndələri, dövlət, elm və ictimaiyyət xadimləri iştirak edirdi. Konfransı giriş sözü ilə açıq elan edən təşkilatçı fondun icraçı direktoru Arçil Qeqeşidze sözü ardıcıl olaraq spikerlərə verdi.
İki saatlıq konfransda Niderland Krallığının səfir müavini Flor Nyuten-Elzinqa, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Avropaşünaslıq və Qavqasiologiya sahəsi üzrə professor Oliver Rayser, İlya adına Dövlət Universitetinin hüquq sahəsi üzrə professor Vaxuşti Menabde, Azad Universitetin ictimai hüququn assosialaşdırılmış professoru Ketevan Abaşidze, Avropa İnteqrasiyası fondunun meneceri Vano Çxikvadze və müxtəlif dini İcma nümayəndələri çıxış edərək Avropada İnsan haqları, söz və ifadə sərbəstliyi, din və vicdan azadlığı haqda fikirlərini bölüşdülər. Dini icma nümayəndələri Avropaya inteqrasiya məsələlərinin mənfi və müsbət cəhətlərini dəyərləndirərək öz din, adət və ənənələrinin yaşanması əsasında inteqrasiya prosesinə qarşı olmadıqlarını bildirdilər.
Müsəlman dini icmanı təmsil edən Hacı Ramin İgidov ona ayrılan vaxt çərçivəsində bəşər tərəfindən hazırlanan Avropa insan hüquqlarının müsbət tərəfləri olsa da mənəvi sahələri əhatə etmədiyindən kamil hesab olunmadığını bildirdi. Çağdaş dövrdə elmin inkişafı, qanuna hörmət, düşüncə azadlığı, rüşvətxorluğun və digər haqsızlığın aşağı həddə olması sahəsində örnək ola biləcək Avropanın müəyyən məsələlərdə qüsurlarının da danılmaz olduğunu qeyd etdi. O sonra bildirdi ki, dinimizdə İnsan haqları – bütöv İslam qayda-qanunlarının ayrılmaz hissəsidir. Dinimiz İnsan həyatını müqəddəs və dəyərli hesab edir və verilən qanunların insanın şərəf, ləyaqətinə və insani məqam və keyfiyyətlərin yüksəlməsinə xidmət etdiyini qarşısına məqsəd qoyur.
Sonra konfrans diskusiya və fikir mübadiləsi çərçivəsində sona yetdi.

Ramin Igidov

Yorumlar