Rus senatör: Türkiye’ye yönelik yaptırım tehditleriyle ABD blöf yapıyor

Peskov: Erdoğan’ı ne kadar görüyorsam eşimi de o kadar görüyorum

Rusya’da sağduyu Türkiye karşıtı provokasyonu önledi

Ermenistan’ın yeni başbakanı Türkiye için ne vaat ediyor?

Tarixi Soçi sammiti işə başlayır – Suriyanın taleyi necə həll ediləcək?

Gündem, Rusya, Türkiye 29 Ocak 2018
72

Rusiyanın Qara dəniz sahilindəki Soçi şəhərində Suriyadakı daxili müharibəyə siyasi həll yolu tapmağı qarşısına məqsəd qoyan “Suriya Milli Dialoq Konqresi” bu gün işə başlayır.

Kolgemedia.az xəbər verir ki, iki gün davam etməsi nəzərdə tutulan konqresdə Astanada keçirilən müzakirənin tərəfdaşları Türkiyə ilə İran da iştirak edir.

Suriyanın siyasi gələcəyi sabah ümumi iclasda müzakirəyə çıxarılacaq. Soçidə keçirilən Suriya konqresinə Rusiya prezidenti Vladimir Putin qatılmır. Onun yerinə xarici işlər naziri Sergey Lavrov Kremlin mesajını çatdıracaq. Rus nümayəndə heyətinə Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev başçılıq edəcək. Konqres təşəbbüsünü dəstəkləyən Astana sammiti tərəfdaşları Türkiyə və İranı isə xarici İşlər nazirinin müavinləri təmsil edəcək.

KONQRESİN BƏYANAT LAYİHƏSİ HAZIRLANIB

Suriya Milli Dialoq Konqresinin toplanmasına saatlar qalmış Moskva rəhbərliyi 1500-ə qədər konqres nümayəndəsinin qarşısına qoyulacaq yekun bəyannamə mətnini hazırlayıb. Rus təşkilatçılar tərəfindən mətbuata sızdırılan bəyanatda bu maddələr gözə çarpır:

“Suriyanın içində olduğu vəziyyətdən yeganə xilas yolu böhranın siyasi yolla həllidir. Suriya dünya icması arasında layiq olduğu yeri bir an əvvəl tutmalıdır. Məsələnin siyasi həlli Suriyanın ərazi bütövlüyü və suverenliyini zəmanət altına almalıdır.

Suriya unitar, dünyəvi bir dövlət olaraq qalmalıdır. Bu əsas prinsiplər təmin edilməlidir; Suriyada yaşayan bütün xalqlar, din və məzhəb qruplarının fikir və maraqları, demokratik şəraitdə ayrı-seçkilik olmadan nəzərə alınmalıdır. Soçi konqresi gələcəyin Suriya üçün müəyyənləşdirəcəyi Konstitusiya Komissiyasının işini müəyyən etməlidir

Gələcəyin Suriyasında qadınların rolu və hüquqları böyük əhəmiyyət daşıyır. Qadınların həyatın bütün sahələrində və yaradılacaq təşkilatlarda söz sahibi olması üçün onlara bütün pillələrdə 30 faiz kvota verilməlidir”.
Vüsalə, Kolgemedia.az

Yorumlar