KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. SURİYADA TUFAN ÖNCƏSİ SƏSSİZLİK

SURİYADA TUFAN ÖNCƏSİ SƏSSİZLİK

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
305 0


ABŞ, Fransa və Böyük Britaniyanın Suriyaya hava hücumu sonrası nispi sakitlik hökm sürməkdədir.Sanki tərəflər bir birinin həmləsin gözləyir.Bu nispi sakitlik fonunda ABŞ müdafiə naziri Jim Mattisin bəzi ifadələri diqətimi çəkdi.
ABŞ Senatının Silahlı Xidmətlər Komitəsinin iclasında Mattis ABŞ-ın Suriya siyasəti ilə bağlı açıqlama verib.ABŞ-ın Suriyadan çəkilmə mövzusundakı yanaşmasının nə olduğunun soruşulması üzərinə Mattis, “Suriyadan hazırda çekilmirik. İŞİD ilə mübarizəmiz davam edir. Bu mübarizəni, bölgədən daha çox dəstək alaraq genişləndirəcik. ”
Mattisin qeyd etdiyi dəstək verəcək qüvvələr ilk başda 70-dən çox koalisiya ortağı ölkə olduğunu düşünmək olar.Lakin mən belə düşünürəm regionda pasivləşən kürd faktoru yenidən canlandırıla bilər. Bu nəticəyə gəlməyimə səbəb Mattisin “Önümüzdəki günlərdə Orta Fərad vadisində yenidən hərbi əməliyyatlar görəcəyik”deməsi oldu.Bundan əlavə Mattis Suriya-İraq sərhədindəki əməliyyatların İraq sərhədindən də dəsdək alınacağın vurğuladı. Mattis, son iki həftədə Amerikan qoşunları üçün Fransız qoşunlarına dəstək verdiyini dilə gətirdi.
İstərdim məsələyə müəyyən aydınlıq gətirim.Mattisin sözlərindən belə bir nəticəyə gəlmək olar ki yaxın günlərdə Orta Fərad vadisində koalisya qüvələri tam dəqiq desək ABŞ Fransa əməliyatlara başlayacaq və bu əməliyatlara İraq sərhədindən Kandilin dəstək verəcəyini gözləmək olar.
Sonda bir nünsıda qeyd edim ki ABŞ prezidenti Donald Trump, daha əvvəlki ifadələrində İŞİD-ə qarşı verdikləri mübarizədə sona gəldiklərini və Amerikan əsgərlərinin ən qısa müddət içində ölkəyə geri dönməsini istədiklərini ifadə etmişdi. Pentaqon isə Suriyada İŞİD ilə mübarizənin hələ də davam etdiyi və İrana alınması lazım olan tədbirlər olduğu səbəbləriylə bu ölkədə daha uzun müddət qalınması lazım olduğunu müdafiə etmişdi.
Trump, Fransa prezidenti Emmanuel Macron ilə Ağ Evdə təşkil etdiyi ortaq mətbuat konfransında da Amerikan əsgərlərinin Suriyadan ölkələrinə dönməsini istədiyini ancaq İranın İŞİD ın məğlub edilməsindən boşalan sahədə təsirli olmasını da istəmədiyini qeyd etmişdi.Görünür hazır ki nispi sakitlik tufan qabağı sakitlikdən başqa birşey deil.
TURAN RZAYEV, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir