İngiltere’nin Gazprom kararının perde arkası!

Հայաստանի տնտեսական ակտիվության ցուցանիշը հունվար-մայիսին աճել է 8.6 տոկոսով

İsrail-İran kəşfiyyat müharibəsinin yeni cəbhəsi-Afrika…

Olası ABD – İran çatışmasında Türkiye’nin izleyeceği strateji ne olur?

Suriyada hökumətə qarşı vuruşanlara niyə müxalifət Diyorum

Gündem 5 Mart 2018
76


Əslində bu mövzu uzun zamandır mənə necə deyərlər ciddi problem yaradır. Bir çox dostların qınaqları və hətta ittihamları ilə üzləşmişəm. Ona görə də yeri gəldiyi üçün bunu ayrıca izahat kimi yazıram.

Bir çox dostlar irad bildirir ki, Suriyada hökumətə qarşı vuruşanlara niyə müxalifət deyirəm, onlar terrorçudur. Əks düşüncədən olanlar da irad bildirir, Əsəd yanlıları terrorçudur, Əsəd terrorçudur deyənlər də var. Məsələnnin birinci tərəfi ondan ibarətdir ki, biz yazını ümum əhaliyə yazdığımız üçün bəzi terminləri və mövzuları açıq, izahlı yazmağa məcburuq.

Əvvələ, “müxalifət” ümumi siyasi anlayışdır, yəni hökumət əleyhinə olanlar. Bir ölkədə iqtidar var və bir də onu hakimiyyətdən düşürmək üçün mübarizə aparan qüvvələr var. onlar müxaliftdir. Normal, sivil ölkələrdə bu mübarizə siyasi yollarla aparılır. Bir sıra ölkələrdə isə ya inqilab və müharibələr olur, ya da hakimiyyətin sərt siyasətinə qarşı müxaliflər silahlı mübarizəyə əl atırlar. Bu da tarixin qaça bilmədiyi reallıqdır. Məsələn, 27 il həbsxanada oturan CAR Aparteid rejiminə qarşı mübarizənin lideri Nelson Mandelanın rəhbərlik etdiyi Afrika Milli Şurası (ANC) Aparteid rejiminə qarşı silahlı mübarizə aparmış, hətta terrora əl atmışdır.

Yəni, terror necə deyərlər, mübarizənin və ya müharibənin bir vasitəsidir. Belə deyək metodologiyadır. Yaxşı və ya pis olması ayrı məsələdir. Heç kim dünyada terrora haqq qazandırmır, amma hər kəs də düşməninə qarı terroru haqlı görür. Bu da yeni dünyanın amansız reallığıdır. Bu gün biz həm də silahlı, terror yolu ilə mübarizə aparan müxalif qüvvələrə şahidik.

Konkret Suriyaya gələndə. Burada hakimiyyət, BMT-nin hələ də rəsmi dövlət kimi tanıdığı Bəşər Əsəd hökuməti və ona dəstək verən silahlı qruplar var. Bir də ona qarşı savaşan müxtəlif ideologiya və siyasi baxışlara malik müxalif qruplar var. Mənə görə nə Türkiyənin hakimiyyət mediası kimi Bəşər Əsədin hakimiyyətinə “rejim”, terrorçu rejim filan demək, nə də İran mediası kimi hökumətə qarşı olan qüvvələrə ucdantutma “terrorçu” demək həqiqəti əks etdirmir. Yenə də yuxarıda dediyim kimi, terror üsul, konkret hərəkətdir. Suriyada hökumətə qarşı savaşanlar arasında bütün dünyanın təsdiqlədiyi terrorçu qruplar (İŞİD, ən-Nusra, əl-Qaidə və sair) var və eyni zamanda adı terror siyahısında olmayan, amma terrora metod olaraq əl atan silahlı qruplar var. Eləcə də bir tərəfin terrorçu hesab etdiyini, başqa tərəf qəhrəman hesab edir. Ona görə də bir qrupa “müxalif” demək onun hələ terrorçu olub olmadığını bildirmir. Ya da ki, əksinə. Vəssalam.
Kenan Rovşenoğlu

Yorumlar