KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Şimali Koreya lideri Kim Çen In-in Çinə səfərinin pərdə arxası məqamları

Şimali Koreya lideri Kim Çen In-in Çinə səfərinin pərdə arxası məqamları

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
357 0


Şimali Koreya lideri Kim Çen In mayın 7 8-I gözlənilmədən Çinə səfər edib. Çinin Dalayan şəhərində Çin lideri Si Cinpin və Şimali Koreya lideri Kim Çen In arasında ikili görüşlər keçirilib.Əslində görüş öncəsi Çinin Dövlət Şurasının Üzvü və xarici işlər naziri Van İ artıq Dalayan şəhərdə idi.
Burada maraqlı məqamlardan biri çərşənbə axşamı Dalayan hava limanına Şimali Koreyanın “Air Koryo” aviaşirkətinin təyyarəsinin enməsi olub.Halbu ki Dalayan və Şimali Koreya arasında heç bir hava əlaqəsi yoxdur.
Əslində baxsaq bu görüşdə olduqca maraqlı məqamlar var.Çünki bu görüş planlı deildi və tamda ABŞ prezidenti Donald Trump la görüş ərəfəsində baş tutdu.Qeyd edim ki, martın sonlarında Şimali Koreya lideri Kim Çen In qatarla Çinə səfər etmişdi. Bu onun 2011-ci ildə Şimali Koreyaya rəhbərlik etməyə başlamasından sonra ilk xarici səfəri olub. Onun atası Kim Çen Ir heç zaman hava nəqliyyatından istifadə etməyib. O dəfələrlə özünün xüsusi qatarı ilə Çinə və Rusiyaya səfərlər edib. Lakin oğlu Kim Çen In isə hətta ölkə daxilində belə dəfələrlə hava nəqliyyatından istifadə edib.
Kim Çen In Çinə ilk səfərindən sonra xarici siyasətdə tam fərqli bir Şimali Koreya gördük.Hətda bu görüş sonrası Şimali Koreyayla Cənubi Koreya arasındaki yarım əsirə yaxındır davam edən müharibənin yekunlasdiğına şahid olduq.Bu zaman belə bir sual ortaya çıxır. Kim Çen In niyə gözlənilmədən Çinə səfər etdi? Həmdə bu qədər gizli şəkildə.
Düşünürəm Şimali Koreya lideri ABŞ Prezidenti Donald Trump la görüş öncəsi müəyən dərəcədə ehtiyat edir.Xüsusəndə Tump-ın provakasyon həmlələri yenicə dünyada özünə yer qurmağa çalışan Şimali Koreyaya zərər vura biler .Bu baximdan deyə bilərəm ki Kim Çen Inin Çinə bu ani səfəri məhs Çin rəhbəri Si Cinpindən Trumpla görüş öncəsi məsləhət xarekterlidir.Sonda isə onu deim ki Şimali Koreya lideri Kim Çen In-in 7 8 may tarixlərində baş tutan bu ani səfəri sonrasi ABŞ prezidenti Donald Turmp rəsmi Tvitter hesabında paylaşım edərək Şimali Koreya lideri Kim Çen In lə baş tutacaq görüş öncəsi Çin rəhbəri Si Cinpin ilə telofon danışığı edəcəyini bildirdi.
TURAN RZAYEV, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir