KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Sarkisyanın “Amerika planı” və Bakıya zəng etmək oyunu

Sarkisyanın “Amerika planı” və Bakıya zəng etmək oyunu

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
401 0

Sarkisyanın “Amerika planı” və Bakıya zəng etmək oyunu
Nida Təhlil17 Noyabr 2016 12:52 769 Baxış
Sarkisyanın “Amerika planı” və Bakıya zəng etmək oyunu
Təsəvvür edək ki, təmas xəttində atəşkəs pozulur, Ermənistan prezidenti Serj Sarkisyan da bunu araşdırmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurur və…

Sarkisyan “Rusiya bu gün”beynəlxalq informasiya agentliyinin direktoru, “Rossia 1” telekanalının aparıcı Dmitri Kisleyova müsahibəsində bu təkliflə çıxış edir. O, istəyir ki, baş verən hadisələrə operativ reaksiya vermək üçün Bakı və İrəvan arasında “qaynar xətt” yaradılsın.

Bu, danışıqlar prosesini dayandırmaq üçün ən müxtəlif vasitələrə əl atan Ermənistan prezidentinin “humanist” tərəfini nümayiş etdirməsi kimi görünür. Yəni o, cəbhədə baş verənlərdən narahatdır, bunun qarşısını almaq üçün birbaşa Bakı ilə əlaqə saxlamağa belə razıdır. Və bu təklif münaqişənin həllindən məsul olan Minsk qrupu üçün cəlbedici ola bilər, lakin o, bununla özünəməxsus şəkildə yeni oyuna start verir və hesab edir ki, nəyəsə nail olacaq.

Manşet olmaq xəstəliyi

Putinin mediada “ağır topu” hesab olunan Kiselyov oktyabrın 18-də Bakıda idi. O, Azərbaycan Prezidenti İlham Əliyevdən Dağlıq Qarabağ başda olmaqla bir sıra məsələlərlə bağlı müsahibə aldı. Kiselyovun ümumilikdə Rusiya mediasının üzü olaraq, Azərbaycan liderinin qonağı olmasının oktyabrın 10-da İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi çərçivəsində İlham Əliyev, Ərdoğan və Putinin görüşündən sonraya təsadüf etməsi heç də təsadüf deyildi. Halbuki, Vladimir Putin İstanbuldan sonra İrəvana səfər etmişdi. İrəvanda Kiselyovun əvvəlcə Sarkisyandan müsahibə alacağını səbirsizliklə gözləyirdilər. Lakin bunun tam əksi oldu.

Və Kiselyovun Sarkisyanın gözünü yolda qoyaraq, əvvəlcə İlham Əliyevin dinləməyə gəlməsi regionda yaradılması nəzərdə tutulan və Dağlıq Qarabağ münaqişəsinin həllini də nəzərdə tutan Türkiyə-Azərbaycan-Rusiya formatına növbəti göndərmə hesab oluna bilərdi.

İstanbulda Əliyev-Putin-Ərdoğan zirvəsi: gələcəyin konturları cızılır – TƏHLİL
Azərbaycan prezidenti İlham Əliyev 23-cü Dünya Enerji Konfransında iştirak üçün İstanbula səfər edib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşən Azərbaycan prezidentinin müxtəlif görüşlər keçirəcəyi gözlənilir.

Prezident İlham Əliyev Kiselyova müsahibəsində “Dağlıq Qarabağa muxtariyyət statusunun verilə biləcəyini” açıqladı və “Ağıllı kompromis mümkündür: Dağlıq Qarabağda əhalinin təhlükəsizliyinin, həyat fəaliyyətinin, özünüidarəsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi” deyə bəyan etdi.

Bu təklif rəsmi Bakının münaqişənin həll edilməsində maraqlı olduğunun sübutu idi. Əks təqdirdə, təkliflərlə çıxış etməzdi. Kiselyov Bakını tərk edəndən sonra Rusiya mediası başda olmaqla, bir çox xarici ölkənin mediasında Azərbaycan liderinin təklifi manşetlərə çıxarılmışdı.

Bunun fonunda Serj Sarkisyanın Kiselyova dedikləri təəccüblü deyil. Ermənistan prezidentinin “qaynar xətt” təklifi hər şeydən əvvəl imicə hesablanmış sözlərdir. O, bununla Bakıdan geri qalmadığını göstərmək istəyir və “biz də yeni təklif irəli sürürük” gedişi edir. Lakin hər şey bununla yekunlaşmır: Sarkisyanın bir yox, bir neçə hədəfə eyni anda oynamaq xəyalına düşüb.

“Amerika planı”nı diriltmək

“Qaynar xətt”in yaradılması əslində, pozulan “atəşkəsə nəzarət mexanizmi” planının yenidən dirilməsi üçün atılan zəif addımdır. Bakı-Ankara-Moskva üçlüyünün möhkəmlənməsi Kremlin İrəvana Qarabağla bağlı təzyiqlərini artırmasına səbəb oldu. Hansı ki, rusların öz planı var və bu plan müəyyən mənada Azərbaycan torpaqlarının qaytarılması ilə nəticələnə bilər. Prosesdə Türkiyənin də olması Bakının əlini gücləndirir. Ermənistan buna qarşı “Amerika planı”na ümid edirdi.

Bu plana görə, münaqişə bölgəsində “atəşkəsə nəzarət mexanizmi” yaradılır; ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi atəşkəsin pozulması hallarına nəzarət edir;
Bu, Bakının əleyhinə olan plandır. Çünki Azərbaycan ərazi bütövlüyünü güc yolu ilə həll etmək alternativindən məhrum edilir, beynəlxalq ictimaiyyətin təzyiq etmədiyi Ermənistan Bakının da təzyiqindən xilas olmaqla işğalçı siyasətini rahat şəkildə davam etdirir.

“Putin planına” qarşı “ABŞ düsturu”: Sarkisyanın hücumunun sirri – TƏHLİL

“Roys-Engel ideyası” adlanan bu təklifin erməni lobbisinə bağlı konqresmenlər Ed Roys və Eliot Engelə məxsus olması da hər şeyin İrəvanın əlinə işlədiyini göstərirdi. Vyana görüşündə amerikalılar bunu gündəmə gətirsələr də, Sankt-Peterburqda vəziyyət dəyişdi və İrəvanın istəyi arxa plana keçdi.

Qarabağın qaytarılması prosesi başlandı – TƏHLİL

Amerikada Trampın prezident seçilməsi isə Ermənistanın bu ümidini alt-üst etdi. İndi Sarkisyan “qaynar xətt” təklifi ilə yenidən amerikalıları oyandırmaq və “bəlkə alındı” prinsipi ilə “Amerika planı”nın dövriyyəyə girməsinə nail olmaq istəyir. Çünki “qaynar xətt”in yaradılması güc alternativini müəyyən mənada sıradan çıxara bilər. Digər tərəfdən, bu xəttə kimin nəzarət edəcəyi də maraqlıdır. Sarkisyan deyir ki, 90-cı illərdə bu mövcud olub: “1990-cı illərdə belə bir təşəbbüs olub. O zaman mən müdafiə naziri idim və Azərbaycan müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olanda, biz bunu edə bilirdik”.

Lakin Sarkisyanın danışdığı dövrdə müharibə gedirdi və müharibə qanunlarına görə, tərəflərin yaralıları və həlak olanları götürmək üçün belə bir təmasa ehtiyacları var idi. İndi atəşkəs dövrüdür və bu, ən çox ermənilərə sərf edir. Ermənistan prezidentinin “qaynar xətt” istəyi də məhz mövcud status-kvonun davam etməsinə şərait yaradan atəşkəsin davam etməsinə hesablanıb. Əgər “qaynar xətt” yaradılsa belə, indiki dövrdə Bakı və İrəvanın birbaşa əlaqəsinin qurulması mümkünsüz görünür. Buna görə də əlaqə xəttinə ATƏT nəzarət edə bilər. Əslində, Sarkisyanın istəyi də budur. Çünki ATƏT-in yaradılacaq belə bir “qaynar xəttə” nəzarət etməsi Ermənistan üçün sərfəli olan şəraitin yaradılması ilə nəticələnə bilər.

Qanlı əllərin yuyulması və separatçı oyunu

Sarkisyan bu təkliflə işğalçı sifətindən də xilas olmaq istəyir. Təmas xəttində baş verən hansısa hadisəyə görə, İrəvan və Bakının əlaqə yaradaraq, məsələni aydınlaşdırması, faktiki olaraq, “işğalçı ilə işğala məruz qalanın” tərəzinin eyni gözünə qoyulmasıdır.
Bununla yanaşı, Ermənistanın cəbhədəki hadisələrə görə Bakı ilə əlaqə saxlaması, işğal olunmuş ərazilərdə yaradılan qondarma “DQR”-in de-faktor qəbul etdirilməsinə hesablanıb. Belə ki:

Ermənistan cəbhədə yeni təxribat törədir, Azərbaycan Ordusu buna cavab verir; ardınca Sarkisyan Bakıya zəng edərək, bilməmiş kimi “nə baş verir?” sualına cavab axtarır; qeyd edir ki, baş verənlərdən İrəvanın xəbəri yoxdur, bu, Xankəndinin işidir və məsələni araşdırmağa çalışacaq.

Bu, əslində, İrəvanın özünü Bakı ilə Xankəndinin arasında vasitəçi kimi təqdim etmək planı deyilmi?! Sarkisyan qurduğu oyunun baş tutmasına sadəlövhcəsinə inanır.

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir