KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Sarkisyan Qarabağa niye gitti

Sarkisyan Qarabağa niye gitti

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
362 0

Sarkisyan Qarabağa niye gitti elhan Ermənistan prezidenti Serj Sərkisyanın Xankəndinə gəlməsində iki məqsədi var. Onun birinci məqsədi Dağlıq Qarabağ əhalisinə ürək-dirək verməkdir ki, qorxmayın arxanızda Ermənistan və onun ordusu dayanıb. Dolayısıyla bu o deməkdir ki, Sərkisyan da anlayır ki, 2-6 aprel döyüşlərindən sonra Dağlıq Qarabağın erməni əhalisi qorxu içindədir. Qorxu üçün ciddi əsas var. Azərbaycan ordusunun sürətli yürüşü kifayət edəcək ki, Xankəndi azərbaycanlı hərbçilərin gözlə görünən məsafəsində olsun. Sərkisyanın Xankəndinə səfərində ikinci məqsədi Azərbaycanı təxribata çəkməkdir. Yəni Sərkisyan ona ümid edir ki, o Xankləndində olduğu müddətdə cəbhədə vəziyyət gərginləşsin və o beynəlxalq aləmə deyə bilsin ki, Azərbaycan ordusu onun Dağlıq Qarabağa səfərini pozmaq üçün atəşkəsi pozur.

Ona görə də Sərkisyana bu fürsəti vermək lazım deyil, görüşlərini keçirib helikopterinə minib Ermənistana qayıtsın. Onsuz da onun Xankəndinə gəlişi nə bölgənin erməni əhalisini, nə də separatçıları ruhlandıracaq, yalandan generallarla bir-iki görüş keçirib, xəritələrin qarşısında poz verib çıxıb gedəcək. Biz isə öz işimizi davam etdirməliyik, hər gün, hər saat işğalçı snayper və ya minomyot atəşindən itki verməlidir, hərbçilərinin sayı azalmalıdır, dronlarımız əvvəlkitək işğalçıları vahimə içində saxlamalıdır. Bu prosesi Serj Sərkisyanın Xankədinə səfərləri dayandırmaq imkanında deyil. Bunu erməni cəmiyyəti anlamağa başlayır. Sadəcə, elə etməliyik ki, bunu daha tez anlasınlar. Elhan Şahinoğlu/atlassam/bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir